"Dəniz gözlü" şahzadənin bitməyən əsgərliyi: Hər kəsi canından bezdirib (FOTO)

"Dəniz gözlü" şahzadənin bitməyən əsgərliyi: Hər kəsi canından bezdirib (FOTO)Dünyada ən çox maraq doğuran kral ailəsi üzvü deyildikdə, ağıla dərhal Bukingem sarayı və Muntbatten Vindsor ailəsi gəlir: Keyt Middleton, şahzadə Uilyam, Kral Çarlz, kraliça Kamilla və başqaları. Lakin son illərdə onların bu sahədə ciddi bir rəqibi yaranıb - xüsusilə də Uels şahzadəsi Keyt Middleton üçün. Bu rəqib yaşı daha az olsa da, gördüyü maraq baxımından bəzən Keyt Middletonu belə kölgədə qoyan biri: İspaniya vəliəhdi şahzadəsi Leonor.

Taxta çıxacaq, amma əvəzini indi ödəyir

Qaynarinfo xəbər verir ki, artıq 19 yaşına çatmış şahzadə Leonor gələcəkdə atası Kral Felipenın yerinə taxta çıxacaq. Amma bu statusun bədəli də az deyil. Uşaqlıqdan etibarən sərt protokol qaydalarına tabe olan Leonor son iki ildir ki, hərbi xidmətdədir.

Əvvəlcə quru qoşunlarında xidmət edən Leonor daha sonra dəniz qüvvələrinə keçib və son altı ay ərzində "Jan Sebastian El Kano" adlı təlim gəmisində xidmət edib. Hazırda ölkəsinə qayıdan şahzadə yaxın vaxtlarda daha bir təlim gəmisi ilə dəniz qüvvələrində fəaliyyətini davam etdirəcək. Növbəti mərhələdə isə onu hava qüvvələrində hərbi təlim gözləyir.

"Dəniz gözlü" şahzadənin bitməyən əsgərliyi: Hər kəsi canından bezdirib (FOTO)Xidmət uzandıqca gərginlik artır

Leonor hərbi xidmətini davam etdirdikcə, atası Kral Felipenın narahatlığı da artır. Çünki gözəl vəliəhdin həyatı hər zamankından daha çox diqqət mərkəzindədir. Onun atdığı hər addım, etdiyi hər çıxış daha yaxından izlənilir.

Bu isə Leonorun təhlükəsizliyini təmin etməyi gündən-günə çətinləşdirir. Vəziyyət kral ailəsinin təhlükəsizlik komandasını da çıxılmaz duruma salıb.

İspan mətbuatının məlumatına görə, kral Felipe, qızının hava qüvvələrindəki təlimi dövründə onu müşayiət edəcək təhlükəsizlik heyətinin sayını artırmaq qərarı verib.

Təhlükəsizlik heyəti artıq tükənib

Şahzadənin təhlükəsizliyini təmin edən şəxslərə yaxın mənbələr bildirirlər ki, komanda artıq bu işdən bezib. Leonoru qorumaq üçün uzun müddət evlərindən uzaqda qalır, qeyri-müəyyən saatlarda işləyirlər. Eyni zamanda, mətbuatı izləmək, onu təqib edən jurnalistlərə nəzarət etmək və mümkün təhlükələri önləmək üçün daim ayıq qalmaq məcburiyyətindədirlər.

Bu vəziyyət təhlükəsizlik komandasının üzvləri üzərində dözülməz psixoloji və fiziki təzyiqlər yaradıb.

"Dəniz gözlü" şahzadənin bitməyən əsgərliyi: Hər kəsi canından bezdirib (FOTO)Hava qüvvələrində daha çətin şərait

Ən çətin mərhələ isə Leonorun İspaniyanın Hava və Kosmos Akademiyasındakı təlimi olacaq. Orada gəmidə olduğu kimi sərbəst hərəkət etmək mümkün deyil. Gənc şahzadə daha sıx və açıq mühitdə fəaliyyət göstərəcək və bu da təhlükəsizlik risklərini artırır.

Məhz buna görə də kral Felipe, qızını müşayiət edəcək yeni təhlükəsizlik heyətinin peşəkar təhlilini tələb edib. Nəzərdən keçirilən tədbirlər arasında rotasiya sistemi, hava şəraitində təcrübəli mütəxəssislərin cəlb olunması və nəzarətin daha effektiv aparılması üçün inkişaf etmiş texnologiyaların tətbiqi də yer alır.

Mümkün qədər diqqətdən uzaq saxlanılacaq

Bütün bu daxili dəyişikliklərlə yanaşı, kral sarayının planladığı digər addım isə şahzadə Leonorun ictimaiyyət qarşısında görünməsini müvəqqəti məhdudlaşdırmaqdır. Leonor təlimlərini adi bir tələbə kimi davam etdirəcək, lakin xüsusilə təlim gəmisi "San Xavyer"dəki ilk aylar ərzində ictimai tədbirlərdə iştirakı minimuma endiriləcək.

Qeyd edək ki, şahzadə Leonor qız övladı olsa da, vəliəhd statusuna malik olduğu üçün bu hərbi təlimləri keçmək məcburiyyətindədir. Gənclik illərində onun atası kral Felipe də orduda eyni yolla keçib.

"Dəniz gözlü" şahzadənin bitməyən əsgərliyi: Hər kəsi canından bezdirib (FOTO)"Dəniz gözlü" şahzadənin bitməyən əsgərliyi: Hər kəsi canından bezdirib (FOTO)


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1002   Tarix: 20 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib

Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə

20 sentyabr
.

Tokioda tayfun səbəbindən 461 reys ləğv edilib

Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə

21 sentyabr
.

ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib

ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey

20 sentyabr
.

KXDR öz istehsalı olan kamikadze dronları təqdim edib

Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib

20 sentyabr
.

Sərxoş qadın ərini oxlovla döyüb öldürdü

Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü

20 sentyabr
.

Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib

Geoloqlara çoxdan məlumdur ki, Afrika gec-tez iki hissəyə parçalanacaq. Lakin ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları indi bu prosesin əvvəl düşünüləndən xeyli irəlilədiyi qənaətinə gəliblər. Aktiv rift zonası "kritik" nöqtəyə çatıb və yaxın gələcəkdə parçalanma baş verə bilər. Bu ba

21 sentyabr
.

ABŞ-də dizelin qiyməti rekordu yeniləyib

ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd

20 sentyabr
.

İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər

İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində

20 sentyabr
.

Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı

Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba

20 sentyabr