ChatGPT-dən istifadə insanın idrak qabiliyyətlərini zəiflədir - ARAŞDIRMA
Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən aparılmış yeni bir araşdırma, süni intellektin insan beyninə təsiri ilə bağlı ciddi narahatlıqlar doğurub.
Sonxeber.az Valyuta.az-a istinadən xəbər verir ki, ChatGPT kimi süni intellekt əsaslı çat-botlardan istifadə edən insanların idrak fəaliyyətində "dəhşətli nəticələr" müşahidə edilib.
Təcrübə çərçivəsində 54 tələbə esse yazma tapşırıqları yerinə yetirib və onlar üç qrupa bölünüb: birinci qrup ChatGPT və digər dil modellərindən istifadə edib, ikinci qrup internet axtarış sistemlərinə müraciət edib, üçüncü qrup isə heç bir xarici vasitədən istifadə etmədən işləyib.
Təcrübə zamanı iştirakçıların beyin aktivliyi elektroensefaloqrafiya vasitəsilə izlənilib. Nəticədə məlum olub ki, mütəmadi olaraq süni intellektdən istifadə edən şəxslərdə idrak aktivliyi əhəmiyyətli dərəcədə azalıb. Onlar məlumatları yadda saxlamaqda çətinlik çəkib, fikirlərini formalaşdırmaqda problemlər yaşayıb və ümumi zehni fəaliyyət səviyyələri aşağı düşüb. Bu təsir xüsusilə dörd aylıq intensiv istifadə dövründən sonra daha da aydın şəkildə özünü göstərib.
Tələbələr qruplarını dəyişdikdə isə süni intellektdən imtina edərək müstəqil işləməyə keçən iştirakçılar əvvəlki idrak səviyyələrini sürətlə bərpa edə bilməyiblər. Digər tərəfdən, əvvəldən müstəqil çalışan və sonradan süni intellektdən istifadə etməyə başlayan şəxslər qısa müddətli məhsuldarlıq artımı yaşasalar da, zamanla onların da idrak qabiliyyətlərində azalma qeydə alınıb.
Mütəxəssislər bildiriblər ki, süni intellekt faydalı bir alət olsa da, onun həddindən artıq istifadəsi təhsilə və tənqidi düşüncə qabiliyyətinin inkişafına mənfi təsir göstərə bilər. Bu xüsusilə təhsil müəssisələrində daha aktualdır; çünki belə texnologiyalardan asılılıq, bilik səviyyəsinin aşağı düşməsi ilə nəticələnə bilər.
Araşdırma eyni zamanda ətraf mühitlə bağlı narahatlıqları da gündəmə gətirib. Belə ki, ChatGPT kimi sistemlərə göndərilən hər sorğu əhəmiyyətli enerji resursları tələb edir. Məsələn, hər 10–50 sorğu üçün serverlərin soyudulması məqsədilə təxminən 50 ml su istifadə olunur. Artıq söz və ya rəsmi ifadələrin əlavə edilməsi isə emal ediləcək məlumat miqdarını artırır və enerji sərfiyyatını yüksəldir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR