Çimərlik xəstəlikləri - Dənizdə üzmək həvəskarları oxusun!

Çimərlik xəstəlikləri - Dənizdə üzmək həvəskarları oxusun!Nazirlik hansı ərazilərdə istirahət etməməyi açıqladı;" Bağırsaqda, nəfəs yollarında bakteriyalar ciddi təhlükə yarada bilər" - həkimdən xəbərdarlıq

Bu gün - iyunun 21-dən etibarən Azərbaycanda rəsmi olaraq yay mövsümü başlayır. Havanın isinməsi, məktəblərin bağlanması və istirahət mövsümünün başlaması ilə çimərliklərə maraq da artmağa başlayır. Amma günəş, qum və dənizlə bərabər, bəzi hallarda görünməyən təhlükələr də bu istirahət məkanlarında mövcud olur. Söhbət ilk növbədə gigiyenik norma və sanitariya qaydalarına cavab verməyən sahillərdən gedir.

Səhiyyə Nazirliyinin yay mövsümünə hazırlıq çərçivəsində yaydığı məlumata görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bir sıra bölgələrdə yerləşən çimərliklərdə monitorinqlər aparılıb. Bu araşdırmalara Bakı, Sumqayıt, Mingəçevir, eləcə də Lənkəran, Astara və Xaçmaz rayonları aid edilib. Məqsəd çimərlik ərazilərində dəniz suyunun sanitar-gigiyenik vəziyyətini qiymətləndirməkdir.

Nazirliyin məlumatına əsasən, dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəriciləri laboratoriya üsulları ilə tədqiq edilib. Tədqiqatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Dövlət Su Ehtiyatları Agentliyi yanında fəaliyyət göstərən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti ilə birgə həyata keçirilib.

May ayından etibarən aparılan bu müayinələrə Bakı şəhərinin Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Novxanı, Görədil, Nardaran, Bilgəh, Pirşağı, Şıx, Sahil çimərlikləri, eləcə də Sumqayıt, Lənkəran, Astara və Xaçmaz rayonlarının sahilboyu əraziləri daxil edilib.

Monitorinqlərin nəticələrinə görə, bəzi çimərliklərdə suyun bakterioloji göstəriciləri normadan kəskin şəkildə artıq olub. Belə ki, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərlikləri ilə yanaşı, Xaçmaz rayonunun Niyazoba kəndi, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi və Sütəmurdov kəndində yerləşən çimərliklərdə çirklənmə səviyyəsi yüksək olub. Bu çirklənmə insan sağlamlığı üçün təhlükə yarada biləcək yoluxucu xəstəliklərin yayılması ilə nəticələnə bilər. Səhiyyə Nazirliyi bu çimərliklərdə istirahət etməməyi tövsiyə edir.

"Yeni Müsavat" bildirir ki, sanitariya tələblərinə cavab verməyən sularda üzdükdə və ya çimərkən bəzi xəstəliklərə yoluxmaq riski artır. Onlardan dəri infeksiyalarını göstərmək olar. Xüsusilə göbələk xəstəlikləri və bakterial dermatitlər yarana bilər.

Özümüzü göz infeksiyalarından da qorumalıyıq.

Gözə infeksiya keçərsə, konjonktivit və konyunktural iltihablar yarana bilər. Qulaq xəstəliklərini diqqətdən qaçırmaq olmaz. Xüsusilə uşaqlarda tez-tez rast gəlinir. Bağırsaq infeksiyalarının( salmonelyoz, dizenteriya, rotavirus) yaranma riski böyükdür. Hepatit A isə - əsasən kanalizasiya sularının qarışdığı ərazilərdə rast gəlinir.

Əksər hallarda bu infeksiyaların müalicəsi mümkündür, lakin gecikdirilmiş halda ağırlaşmalara səbəb ola bilər. Xüsusilə yaşlılar, azyaşlı uşaqlar və xroniki xəstəliyi olanlar üçün risk daha böyükdür.

Zəif immunitetə malik şəxslər, xüsusi ilə şəkərli diabetdən və xərçəngdən əziyyət çəkənlər, immunosupressiv terapiya alanlar, uşaqlar və yaşlılar (onların orqanizmi infeksiyalara qarşı daha həssasdır) və dəri xəstəliklərindən əziyyət çəkənlər, hamilə qadınlar (infeksiya həm ana, həm də döl üçün təhlükəli ola bilər), qaraciyər, böyrək və mədə-bağırsaq problemləri olanlara gigiyenik tələblərə cavab verməyən çimərliklərdə çimmək qəti şəkildə tövsiyə olunmur.

İnfeksionistlər qeyd edirlər ki, çimərlik mövsümündə ən çox rast gəlinən infeksiyalar mədə-bağırsaq pozğunluqları, dəri və qulaq iltihablarıdır. Normativlərə uyğun olmayan çimərliklərdə dəniz suyuna kanalizasiya axıntılarının qarışması halları bu riskləri qat-qat artırır. Belə sularda çimərkən, xüsusilə suyun təsadüfən udulması ilə rota və noro viruslarına, salmonellyoz və hepatit A kimi ciddi xəstəliklərə yoluxma mümkündür.

Dəriyə birbaşa təmas zamanı isə göbələk infeksiyaları, bakterial dəri iltihabları, qurdeşənəyi (allergik reaksiya) halları ortaya çıxa bilər. Su ilə təmasdan sonra gözlərdə qızartı, dəridə səpkilər, ishal, hərarət, ürəkbulanma kimi əlamətlər yaranarsa, vaxt itirmədən həkimə müraciət etmək vacibdir.Yay aylarında istirahət etmək, dənizin və günəşin dadını çıxarmaq istəyi təbiidir. Amma təhlükəsizlik qaydaları da gözardı edilməməlidir.

Adil Qeybulla Tofiq Yaqublunu təcridxanada müayinə etdi

Professor Adil Qeybulla "Yeni Müsavat"a açıqlamasında bildirib ki, içməli və çimərlik sularına sanitar-gigiyenik tələblər mövcuddur: "Çimərlik üçün ayrılmış yerlərdə suyun kolititri və kolindeksi yoxlanılır. Bu da həmin ərazilərdə bağırsaq çöplərinin konsentrasiyasının müəyyən edilməsi üçündür. Kolititr və kolindeksin içməli su səviyyəsində olduğu yerlərdə bakterial yoluxma təhlükəsi olmur. Dənizin duzlu olması özü də antibakterial təsir göstərir, bakteriyaları öldürmə xüsusiyyəti var. 1 kubmetr suda 3 bağırsaq çöpü tapılırsa, bu yol verilən həddir. Bundan yuxarı göstərici isə çirkləndirilmiş sayılır. Çimərlik sularındakı çürüntü məhsulları və bakteriyalar dəridə və bağırsaqda problemlər yarada bilər. Belə bakteriyalardan tək xəstə insanlar deyil, sağlam adamlar da qorunmalıdır. Bağırsaqda, nəfəs yollarında bakteriyalar ciddi təhlükə yarada bilər.

Dəfələrlə şahidi oluruq ki, çimərliyə gedən insanların bir qismi hansısa istehlak məsullarını və yaxud qida qalıntılarını dənizə atır. Həmçinin plastik qabları da suya atırlar, halbuki bu cür qabların suda olması insan orqanizmi üçün çox ziyandır".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 713   Tarix: 22 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi

Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi

4 oktyabr
.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr
.

Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video

Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri

4 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr
.

Soyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər

Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə

4 oktyabr
.

Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?

Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını

11 oktyabr
.

Kərə yağını uzun müddət təzə saxlamağın yolları

Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ

11 oktyabr