KİV: Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır
ABŞ Prezidenti Donald Tramp administrasiyası İranın 48 saat ərzində mümkün cavab zərbəsinə hazırlaşır.
"Report" xəbər verir ki, bu barədə NBC telekanalı ABŞ-nin Müdafiə Nazirliyinin nümayəndəsi və Ağ Evin yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.
Rəsmilərə görə, cavab zərbələrinin xarici və ya daxili obyektləri hədəfə alacağı bəlli deyil.
Telekanalın məlumatına görə, mənbələr daha əvvəl İranın zərurət yaranarsa, ABŞ-nin Yaxın Şərqdəki bazalarına və obyektlərinə zərbələr endirmək planlarının olduğunu bildirib.
ABŞ bazaları və obyektləri bir neçə aydır yüksək hazırlıq vəziyyətindədir, lakin İsrailin İranla iyunun 13-də müharibəyə başlamasından sonra İran və ya onun regiondakı müttəfiqlərinin ABŞ obyektlərinə mümkün hücumları ilə bağlı narahatlıqlar artıb.
Qeyd edək ki, iyunun 22-də ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib. İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla, üç nüvə obyekti hücuma məruz qalıb. ABŞ Prezidenti Donald Tramp Tehranın təslim olmadığı təqdirdə daha çox hücumla hədələyib. İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edərək bildirib ki, ölkə öz suverenliyini, maraqlarını və xalqını müdafiə etmək üçün bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 503 Tarix: 22 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib
20 sentyabrHaaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabrTokioda tayfun səbəbindən 461 reys ləğv edilib
Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə
21 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrSamarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib
Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"
22 sentyabrVuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabr