Çin gizli əməliyyatlar üçün ağcaqanad ölçüsündə PUA hazırladı
Çinin Hunan əyalətindəki Milli Müdafiə Texnologiyaları Universitetinin alimləri gizli əməliyyatların keçirilməsi üçün ağcaqanad ölçüsündə ən kiçik pilotsuz uçuş aparatı (PUA) hazırlayıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "New York Post" nəşri məlumat verib.
Məlumata görə, dron ultraminiatür kameralar və görüntüləri, səsləri və elektron siqnalları tutmaq üçün mikrofonlarla təchiz edilib, kiçik ölçüləri isə onu praktiki olaraq adi göz üçün görünməz edir, dron, həmçinin adi radiolokasiya sisteminin yanından gözə görünmədən uça bilir.
"Bu kimi miniatür bionik robotlar, xüsusilə informasiya kəşfiyyatı və döyüş meydanında xüsusi tapşırıqlar üçün əlverişlidir", - deyə nəşr yazıb.
Lakin müdafiə sahəsində baş elmi işçi Timoti Hitin sözlərinə görə, PUA-nın mənfi tərəfləri də var. Məsələn, cinayətkarlar tərəfindən şəxsi məlumatların oğurlanması üçün istifadə edilə bilər, həmçinin ixtiranın texniki imkanları ilə bağlı da sual doğuran məqamlar var.
"Uzun müddət ərzində casusluq etmək üçün kimsə daimi şəkildə mikrodronları söndürməyə, onların batareyasını doldurmağa və topladıqları məlumatları "ələkdən keçirməklə" yanaşı, həm də yeni tapşırıqlar verməyə hazır olmalıdır. Üstəlik, bütün bunlar hədəfdə olan insan və ya biznesin əlçatan olduğu şəraitdə baş verməlidir", - deyə Timoti Hit qeyd edib.
O əlavə edib ki, ağcaqanad şəklində PUA casusluq üçün yaxşı olsa da, döyüş meydanında daha az faydalı olacaq.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 842 Tarix: 25 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər toxumaların bərpasını sürətləndir
Cəmi bir neçə dəqiqəlik yüksək intensivlikli məşq orqanizmdə uzunmüddətli, orta intensivlikli məşqlə müqayisədə daha güclü bərpa reaksiyasına səbəb ola bilər. Bu qənaətə Rokfeller Universitetinin və Melburn şəhərindəki tədqiqat mərkəzlərinin alimləri gəliblər. xəbər verir ki, araşdırmanın nəticələr
31 avqustUçuş bələdçisi təyyarədəki ən rahat oturacaqları açıqladı
Təyyarə bileti alarkən təsadüfi edilən oturacaq seçimləri səyahət rahatlığına birbaşa təsir edir. Bir uçuş bələdçisinin verdiyi məlumata görə, təyyarənin müxtəlif bölgələrindəki oturacaqlar uçuş təcrübəsini, turbulens hissiyatını və təyyarədən çıxış müddətini birbaşa dəyişə bilər. xəbər verir ki, aviasiy
30 avqustPaltaryuyan 20 il işləyə bilər - Barabana vaxtaşırı bu məhlulu tökün
Paltaryuyan maşının uzun müddət problemsiz işləməsi üçün ona mütəmadi qulluq etmək vacibdir. Bu işdə ağ sirkədən istifadə etmək mümkündür. xəbər verir ki, zaman keçdikcə paltaryuyan maşının barabanında, yuyucu vasitə bölməsində və digər hissələrində deterjan qalıqları, kir, tük və nəmlik toplanır, b
30 avqustMəşhur aktyor bacısının toyuna niyə getmədi?
Türkiyəli məşhur aktyor Burak Özçivit bacısı Burçun Özçivitin toyunda iştirak etməməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. xəbər verir ki, aktyor yazılan mənfi şərhlər səbəbindən sosial şəbəkə hesabında sərt paylaşım edib. O bildirib ki, bütün ailə xoşbəxt olduğu halda yeni evlənən cütlüyü
31 avqustAğ çörəyə ispanaq əlavə edildi - orqanizmin reaksiyası dəyişdi
Alimlər adi ağ çörəyi daha qidalı etmək üçün onun tərkibinə ispanaq əlavə etməyin mümkün təsirlərini araşdırıblar. xəbər verir ki, tədqiqatda ispanaqla zənginləşdirilmiş çörəyin istehlakından sonra orqanizmin qlükoza və insulin reaksiyası müşahidə edilib. Araşdırmanın nəticələri bu yanaşmanın çörəyi
30 avqustToyda qayınana gözəlliyi ilə DİQQƏT ÇƏKDİ - VİDEO
Toy mərasimlərindən birində lentə alınan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, videoda müğənni Dana Durdana ilə birlikdə görüntülənən qayınananın gözəlliyi və görünüşü izləyicilərin diqqətini çəkib. Sosial şəbəkə istifadəçiləri onun gənc görünüşünü müzakirə edib, görüntülər
30 avqustŞəkildə neçə üz görürsünüz? - Xarakterin sirrini açan sadə TEST
Bu şəkildə neçə üz tapa bilərsiniz? Nəticələrin dünyanı necə qavradığınızı, qərarlar qəbul etdiyinizi və gizli detalları necə gördüyünüzü ortaya çıxara biləcəyi deyilir. -ın xəbərinə görə, ilk baxışdan illüstrasiyada yalnız bir neçə üz görə bilərsiniz, amma diqqətlə baxsanız, say xeyli arta bilər. B
30 avqust