Paşinyanın mətbuat katibi Ermənistanda Fransanın nüvə tullantılarının saxlanması barədə məlumatı təkzib edib
Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Fransanın dövlət nüvə şirkəti "Orano"nun Ermənistana işlənmiş nüvə yanacağını gizli şəkildə daşımağa başlaması barədə yayılan məlumatı təkzib edib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, bu məlumatın yayılması Ermənistanın beynəlxalq nüfuzunu zədələmək və ölkənin Fransa ilə əməkdaşlığına kölgə salmaq məqsədi daşıyır.
N.Baqdasaryanın fikrincə, Ermənistanın siyasətinə və onun proqramlarının həyata keçirilməsinə mane olan "bəzi mərkəzlər" mövcuddur.
Qeyd edək ki, "courrierfrance24.fr" nəşrinin məlumatına görə, bu planın həyata keçirilməsi Ermənistan baş naziri Nikol Paşinyanın 2025-ci ilin fevralında Parisə səfərindən bir neçə həftə sonra başlayıb. Orada Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və yüksək rütbəli enerji rəsmiləri ilə görüşüb. Nəticədə yüklər Ermənistanın ekoloji cəhətdən ən həssas bölgələrindən biri olan, UNESCO tərəfindən qorunan milli parkın ərazisində yerləşən Dilican qoruğuna göndərilib.
Fransadan skandallı tədarüklər baş nazir Nikol Paşinyanın mülki həyat yoldaşı Anna Akopyanın icraçı direktoru olduğu "Mənim addımım" fonduna bir sıra "xeyriyyə" ianələrindən sonra başlayıb. "Courrier France 24"ün məlumatına görə, 2025-ci ilin aprel və may aylarında "Mənim addımım" xeyriyyə fondu əvvəllər heç vaxt xeyriyyəçiliklə məşğul olmayan bir fransız şirkətindən 800 min avro dəyərində iki ayrı ianə alıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 594 Tarix: 28 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni
21 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabrTrampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi
ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd
20 sentyabrQırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib
Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə
20 sentyabrTramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad
20 sentyabrAvropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir
Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar
21 sentyabrİran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə
20 sentyabrZelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman
20 sentyabrVuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabr