Milyarderin toyuna xərclədiyi məbləğ açıqlandı
"Amazon" şirkətinin qurucusu Ceff Bezosun keçmiş teleaparıcı Loren Sançeslə hazırda Venesiyada keçirilən toy mərasimi davam edir.
Axşam.az xəbər verir ki, Reuters-in yerli hakimiyyət orqanlarına istinadən yaydığı məlumata görə, bu toy İtaliyaya təxminən 1,12 milyard dollar gəlir gətirə bilər.
Veneto bölgəsinin rəhbərinin açıqlamasına əsasən, bu təntənəli mərasim milyardera 47–56 milyon dollar arasında başa gəlib. Bu məbləğə otellər, nəqliyyat və tədbirin təşkili daxildir. Yalnız 200–250 qonağın yerləşdirilməsi üçün təxminən 33 milyon dollar, logistika üçün isə 20 milyon dollar xərclənib. Üstəlik, 90 özəl təyyarə qonaqları Venesiyaya gətirib və bu, Marko Polo hava limanına təxminən 54 milyon dollar gəlir qazandıracaq.
Eyni zamanda İtaliyanın Turizm Nazirliyi qeyd edib ki, bu hadisənin dünya mediasında geniş işıqlandırılması ölkəyə ən böyük gəliri gətirəcək və bunun ardınca turist axınının ciddi şəkildə artacağı gözlənilir. Bundan əlavə, ulduz cütlük Veneto bölgəsinin laqunlarını araşdırmaq üçün həyata keçirilən layihəyə 2 milyon avro ianə edib.
Toy mərasimi çərçivəsində istifadə olunan malların və xidmətlərin təxminən 80%-i yerli venesiyalı təchizatçılardan alınıb — bunlar arasında məşhur "Rosa Salva" şirniyyat evi və "Laguna B" şüşə dizayn studiyası da var. Hətta cütlük qonaqlardan hədiyyə əvəzinə Venesiyanın xeyrinə xeyriyyə ianələri etmələrini xahiş edib. Dəvətnamələrdə üç təşkilat göstərilib: UNESCO-nun Venesiya ofisi, CORILA tədqiqat konsorsiumu və Beynəlxalq Venesiya Universiteti.
Bununla belə, iqtisadi baxımdan böyük töhfə verilməsinə rəğmən, bu dəbdəbəli tədbir yerli sakinlər arasında narahatlıq və tənqidlərə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 943 Tarix: 28 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub
Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikinin ətraf əraziləri yaxınlığında meşə yanğını baş verib və üç kiçik qəsəbənin sakinlərinə təxliyə olunmaq tapşırılıb. "Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidmətinə istinadən "Associated Press" (AP) məluma
5 iyulAlimlər xəbərdarlıq edir: 50 il ərzində bu 10 şəhər səhraya çevrilə bilər
İqlim dəyişikliyi əsrin sonunadək ABŞ-ın təbii xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Qaynarinfo xəbər verir ki, "PeerJ" jurnalında dərc olunan yeni araşdırmaya görə, istixana qazlarının yüksək emissiyası ssenarisi reallaşarsa, ABŞ-ın onlarla şəhəri səhra biomunun əhatə dairəsinə düş
8 iyulPaşinyan Rusiyaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb. N.Paşinyan Yekaterinburqda "İnnoprom-2026" sərgisində iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Ba
6 iyulTramp Türkiyəyə yola düşdü - Video
ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb. "Qafqazinfo" xəbər verir ki, Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından "Air Force One" təyyarəsi ilə Ankaraya yola çıxıb. NATO-nu
7 iyulİldə 32 milyon turist: Sinqapurun iddialı layihəsinin detalları açıqlandı
Sinqapur hakimiyyəti əyləncə adası Sentosa və ona bitişik Pulau Brani adasının genişləndirilməsini nəzərdə tutan irimiqyaslı yenidənqurma layihəsini təqdim edib. RBK-ya istinadən xəbər verir ki, plana əsasən, hər iki ada "Böyük Sentosa" adlı nəhəng turizm zonasına çevriləcək. Layihəyə əsasən
5 iyulYəmən husiləri İrana dəstək ifadə ediblər
Yəmən husiləri ABŞ və İsrailə qarşı yürütdüyü siyasətə görə İranı dəstəkləyir. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri ilə Tehrandakı görüş zamanı Yəməndə "Ənsarullah" (husi) hökumətinin Baş nazirinin müavini Cəlal əl-Ruyşan deyib. İranın xarici işlər naziri isə Amerik
5 iyulTramp ŞİKAYƏTLƏNDİ: işinin çoxluğu üzməyə və kitab oxumağa mane olur
ABŞ prezidenti Donald Tramp bildirib ki, sıx iş qrafiki Ağ ev ərazisində üzgüçülük və qolf oynamaq da daxil olmaqla, asudə vaxtının qalmasına səbəb olur. "Uzun müddətdir çimərlik geyimi geyinmirəm - çox məşğulam", - -ın xarici mediaya istinadən məlumatına görə, o qeyd edib. Tramp oxumağa vaxt
5 iyul