İnsanlıq yox olarsa, Yer kürəsinin yeni hakimi bu canlılar ola bilər
Planetimizdə həyatın milyardlarla illik tarixində saysız-hesabsız növlər yaranıb və yox olub. Hal-hazırda insanlar əsas növ sayılır, lakin alimlər və gələcəkşünaslar tez-tez "əgər biz olmasaydıq nə olardı?" sualını ortaya atırlar.
Sonxeber.az Qaynarinfo-ya istinadən xəbər verir ki, yeni bir araşdırmaya əsasən, insanlıq hər hansı bir səbəbdən Yer kürəsindən silinsə, planetin nəzarətini ələ keçirmək potensialına malik ən güclü namizədlər böcəklər olacaq. Bu nəzəriyyə böcəklərin inanılmaz uyğunlaşma qabiliyyəti, sürətli çoxalma xüsusiyyətləri və demək olar ki, planetin hər yerində mövcud olmaları kimi amillərə əsaslanır.
Böcəklər Yer üzərindəki canlı növlərinin böyük hissəsini təşkil edir və ən müxtəlif canlı qruplarından biridir. Buzlaqlar altındakı dərin okean çökəkliklərindən tutmuş, quraq səhralara və yüksək dağlara qədər hər mühitdə yaşaya bilirlər. Bu uyğunlaşma qabiliyyəti, onların iqlim dəyişiklikləri, təbii fəlakətlər və ya ekoloji dağıntılar kimi genişmiqyaslı hadisələrə qarşı davamlı olmalarını təmin edir. Digər tərəfdən, ekosistemin mövcudluğunu davam etdirə bilməsi üçün də böcəklərə ehtiyac var. Bitkilərin çoxalması və torpağın üzvi maddələrlə zənginləşməsi məhz bu canlıların fəaliyyəti ilə mümkün olur.
İnsanlığın səbəb olduğu ətraf mühit dəyişikliklərinə belə heyrətamiz uyğunlaşmaları, böcəklərin gələcəkdə hakimiyyət əldə etmə ehtimalını gücləndirir. Həmçinin onların qısa həyat dövrləri və sürətlə çoxalma qabiliyyətləri, təkamül prosesini sürətləndirərək dəyişən şəraitə tez uyğunlaşmalarına şərait yaradır. Elm-fantastika filmlərində insanlıq yox olduqda yerin meymunlar tərəfindən ələ keçiriləcəyi tez-tez təsvir olunsa da, böcəklərin təkamüllə planetin üstün canlısına çevrilməsi ehtimalı heç də az deyil.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1673 Tarix: 01 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə
20 sentyabrUkrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib
Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah
20 sentyabrVuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabrİran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində
20 sentyabrSamarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib
Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"
22 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabrİtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni
21 sentyabr