"Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb" - Video

"Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb" - VideoXaçmaz rayonunun Qadaşoba kəndində 15 yaşlı yeniyetmənin anasını qətlə yetirməsinin təfərrüatı məlum olub.

"Qafqazinfo" xəbər verir ki, mərhum Kifayət Lətifovanın qohumu Ceyhun Mustafayev Baku TV-yə açıqlamasında bildirib ki, qətl törədilərkən evdə yeniyetmə ilə anasından başqa heç kim olmayıb.

"Uşağın dediyinə görə, oyun oynamaq üçün anasından telefon istəyib, vermədiyi üçün də onu bıçaqlayıb. Hadisəni biləndə hamımız şoka düşdük. Belə hərəkət edəcək uşaq deyildi", - deyə o söyləyib.

Mərhumun bacısı Mehparə Məlikova isə hadisə barədə belə deyib: "Bacım evində özünə cəllad saxlayıb. Oğlu onu çox sevirdi. Bizə gələndə anası olmadan yatmırdı. İki dəfə əməliyyat etdirib. Uşağın bir az problemi var idi".

Qeyd edək ki, 15 yaşlı yeniyetmə bu il 9-cu sinifi bitirib. O, anası K. Lətifovanı qətlə yetirməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1760   Tarix: 02 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl

22 avqust
.

Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı

Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre

21 sentyabr
.

Şagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi

Mingəçevir şəhərində tanışına qarşı dələduzluq etmiş 1980-ci il təvəllüdlü Sevinc Mahmudova həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Mingəçevirdəki Kəlbəcər məktəbinin fizika müəllimi olan qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi üzrə təqsirl

29 sentyabr
.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr
.

Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib

Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın

5 oktyabr
.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş

5 sentyabr
.

Bakıda kişi arvadını dişlədi, tava ilə döydü

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

5 oktyabr
.

Ata 14 yaşlı qızını oğlanla danışanda tutdu, özü təcavüz etdi - Dəhşətli cinayətin təfərrüatı

Füzuli rayonunda ata doğma qızına təcavüz edib. -a istinadən xəbər verir ki, rayon sakini, 1987-ci il təvəllüdlü Vasif Ağayev (ad və soyad şərtidir - red.) 2008-ci ildə ailə qurub və birgə nikahdan 3 övladı olub. Bir müddət əvvəl Vasifin anası yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb və xəstəxanay

5 oktyabr
.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

7 oktyabr