Rusiyalı qız öz ölkəsindən çıxa bilmək üçün terror aktına cəhd etdi - Video

Rusiyalı qız öz ölkəsindən çıxa bilmək üçün terror aktına cəhd etdi - VideoRusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları Sankt-Peterburqda terror aktı hazırlayan 23 yaşlı rusiyalı qızı saxlayıblar.

"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Rusiya vətəndaşının Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə terror aktı hazırlığında iştirakı aşkar edilərək qarşısı alınıb.

Bildirilir ki, o, 2024-cü ilin iyun ayında teleqram və vatsap vasitəsilə Ukrayna xüsusi xidmət orqanının nümayəndəsi ilə əlaqə yaradıb. Rusiyadan çıxışa və Avropa İttifaqı ölkələrindən birinin vətəndaşlığını almağa kömək müqabilində diversiya-terror fəaliyyətində iştirak etməyə hazır olduğunu bildirib.

O, tapşırığa uyğun olaraq Moskva vilayətində ictimai yerlərdə Ukraynanı dəstəkləyən şüarlar yazıb və dəmiryolu infrastruktur obyektini yandırmağa cəhd göstərib.

2025-ci ilin aprel ayında isə Sankt-Peterburqa gedib və orada müdafiə sənayesinə aid müəssisələrdən birinin əməkdaşını izləyib. Məqsədi kustar üsulla hazırlanmış partlayıcı qurğudan istifadə etməklə həmin şəxsin avtomobilini partlatmaq olub. O, terror aktı planlaşdırılan şəxsin avtomobilinin altına həmin qurğunu yerləşdirdiyi an saxlanılıb.

Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Terror aktına cəhd edən şəxsin saxlanılma anının görüntülərini təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 901   Tarix: 03 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistan və Livan arasında tərəfdaşlıqların inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Ermənistan Respublikasının Livandakı səfiri Sarmen Bağdasaryan Zahle şəhərindəki Gardenia Grain d'Or fabrikini ziyarət edib, şirkətin təsisçisi cənab Nikolas Əbu Faysal və Bekaa Sənayeçilər Birliyinin nümayəndələri ilə görüşüb. xəbər verir ki, bu barədə -a səfirlikdən məlumat verilib. Səfər "Gardeni

22 sentyabr
.

Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib

Geoloqlara çoxdan məlumdur ki, Afrika gec-tez iki hissəyə parçalanacaq. Lakin ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları indi bu prosesin əvvəl düşünüləndən xeyli irəlilədiyi qənaətinə gəliblər. Aktiv rift zonası "kritik" nöqtəyə çatıb və yaxın gələcəkdə parçalanma baş verə bilər. Bu ba

21 sentyabr
.

"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı

Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə

20 sentyabr
.

İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib

İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə

20 sentyabr
.

ABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər

22 sentyabr
.

Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib

Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad

20 sentyabr
.

Bu ölkədə niqab qadağan edilir

İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun

21 sentyabr
.

Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin

20 sentyabr
.

Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür

Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs

20 sentyabr