Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycan Respublikasına səfərə gəlib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
10:09
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) üzv dövlətlərinin dövlət başçılarının iclasında iştirak etmək üçün Azərbaycana yola düşüb.
Sonxeber.az bu barədə "TRT Haber"ə istinadən məlumat yayıb.
Qeyd olunur ki, səfərdə Türkiyə liderini ölkənin xarici işlər naziri Hakan Fidan, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, ticarət naziri Ömer Bolat, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Türkiyə Prezidentinin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət edirlər.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1328 Tarix: 04 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev Avstraliyanın baş nazirinə başsağlığı verdi
Prezident İlham Əliyev Avstraliya İttifaqının Baş naziri Entoni Albanizə başsağlığı məktubu ünvanlayıb. -a istinadən məktubun mətnini təqdim edir:. "Sidneydə Hanuka bayramı ilə əlaqədar keçirilən mərasim zamanı törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması barəd
15 dekabrÖlkəmizdə humanizmin növbəti təntənəsi
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden
18 dekabrVardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses
12 dekabrAbbas Abbasov təcili Rusiyaya qayıtdı
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb edilən və barəsində axtarış elan olunan Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb. -ya istinadən xəbər verir ki, A. Abbasov bir neçə ay öncə Türkiyədə yaşayan övladlarının yanına gedib və İstanbulda qalırmış. Abba
17 dekabrPrezident qurultay iştirakçılarına müraciət etdi
Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VII qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev qurultay iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişa
16 dekabrPrezident bu şəxsləri təltif etdi (SİYAHI)
Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif ediliblər. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. "Şərəf" ordeni ilə. Məmmədova Gülçöhrə Hüseyn qızı. 3-cü dərəcəli "Əmək" ordeni ilə
18 dekabr