"Qardaşı onu körpə qızı ilə yatarkən öldürübmüş..."
Bir neçə gün öncə Bakının Binəqədi rayonunda baş verən qətlin təfərrüatı məlum olub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında məlumat verib.
Hüquq müdafiəçisi bildirib ki, hadisə mərhumun 1 yaşlı qızı yanında olarkən baş verib: "Ata və azyaşlı qızı evdə yatan vaxt ana mətbəxdə olub. Qadın mətbəxdən qayıdarkən dəhşətli mənzərə ilə qarşılaşır: körpəsi qan içində, həyat yoldaşı isə həyatını itirib. Qaynı uşağı anaya verərək körpəni yumasını istəyib və qardaşını öldürdüyünü, dərhal polisə gedib təslim olacağını bildirib".
Mərhumun arvadı həyat yoldaşının narkotik istifadəçisi olsa da, sakit və mübahisədən uzaq insan olduğunu deyib: "Hadisəyə səbəb isə bir həyət evində qardaşların arasında yaranan mübahisə olub. Qardaşlardan biri özünə əlavə qapı yeri açılmasını tələb edirmiş".
Xatırladaq ki, hadisə iyulun 3-ü səhər saatlarında baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək könüllü təslim olub.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1826 Tarix: 05 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kürdəmirdə qardaş bacısını qətlə yetirdi
Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl
15 sentyabr 2021Bakı sakini döyülərək öldürüldü
Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda
1 sentyabr 2021Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR
Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd
9 sentyabr 2021İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı
İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi
5 sentyabr 2021Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd
11 sentyabr 2021Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı
Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə
1 sentyabr 2021