Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
Amerikanın Lafayett (İndiana ştatı) şəhərində kişi üç aylıq oğlunu vedrədə yuyucu tozda boğaraq vəhşicəsinə öldürüb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, məişət zorakılığı əlamətləri olan qadın həkimə müraciət edib. Həkimlər polis çağırıblar. Xəstə hüquq-mühafizə orqanlarına bildirib ki, 29 yaşlı əri ona lom və açarla hücum edib, döyüb. Lakin həmin an qadını ən çox səhhəti yox, ərinin üç aylıq oğlunu harasa aparması narahat edib.
Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin evində axtarış aparıb və uşağı tapa bilməyiblər. Atası körpənin yoxa çıxmasında hər hansı əli olduğunu inkar edib və yalnız həyat yoldaşına hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Ertəsi gün səlahiyyətlilər yenidən evə baxış keçirib və bu dəfə mətbəxdə narıncı vedrə tapıblar. İçərisində ölmüş uşaq tozla suda olub. Yarılma nəticəsində məlum olub ki, körpə sabunlu suya batırıldığı üçün boğularaq ölüb.
Tippekano dairəsi prokurorunun müavini Elis Mediqanın sözlərinə görə, ata daha sonra cinayəti etiraf edib və motivini açıqlayıb.
"Müttəhim arvadına və bütün qadınlara ibrət dərsi vermək istəyib. O, kişilərə hörmətsizlik edə bilməyəcəyinizi göstərmək istəyib", - Mediqan deyib.
Məlumata görə, kişi körpəni öldürmək və həyat yoldaşını öldürməyə cəhddə günahlandırılaraq 92 il müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 718 Tarix: 06 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad
20 sentyabrİranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
20 sentyabrHaaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabrQadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı
Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli
20 sentyabrTokioda tayfun səbəbindən 461 reys ləğv edilib
Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə
21 sentyabrBoğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabrTramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin
20 sentyabrABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər
22 sentyabr