Da Vinçinin məşhur "Vitruvius adamı" rəsminin sirri nəhayət açıldı
Leonardo da Vinçinin məşhur "Vitruvius adamı" rəsmi üzərində aparılan yeni analiz, bədən proporsiyalarının izahında stomatologiyada tanınan bir quruluşun – "Bonvill üçbucağı"nın – həlledici ola biləcəyini irəli sürür.
Qaynarinfo xəbər verir ki, Qərb sənət tarixinin ən tanınan fiqurlarından biri olan bu rəsim, həm estetik, həm də elmi baxımdan yüz illərdir diqqətlə araşdırılır. "Mona Liza"dan sonra Leonardo da Vinçinin ən məşhur əsərlərindən biri sayılan "Vitruvius adamı", ehtimal ki, bu günə qədər gözardı edilən insan ağız quruluşu ilə bağlı bir geometriya prinsipini əks etdirir.
Rəsmin tarixi və Vitruviusun təsiri
Leonardo bu rəsmi 1490-cı ildə, qədim Roma memarı Vitruviusun "De Architectura" əsərindən ilham alaraq yaradıb. Vitruviusa görə, insan bədəninin mərkəzi nöqtəsi göbəkdir və insan arxası üstə uzanıb qollarını və ayaqlarını açdıqda, bu mərkəzdən çəkilmiş bir çevrə içində əlləri və ayaqları çevrənin sərhəddinə toxunur. Eyni zamanda, insanın boyu ilə qollarını yanlara açdıqda alınan genişlik eyni ölçüdə olur və bu, kvadrat forması ilə tamamlanır.
Da Vinçi bu prinsipləri vizual şəkildə əks etdirməyə çalışsa da, Vitruviusun mətnlərində ölçülərin dəqiq hesablanmasına dair texniki məlumatlar yox idi. Rəssamın çəkdiyi rəsim ilk baxışda bu boşluqları doldururmuş kimi görünsə də, dövrün bir çox sənətçisi oxşar cəhdlər etmiş və əksəriyyəti uğursuz olmuşdu. Hətta Leonardo özü belə, metndəki bəzi qeyri-dəqiqlikləri düzəltmək məcburiyyətində qalmışdı.
Geometrik sirr: Bonvill üçbucağı
Rəsmin arxasında yatan geometrik sirr, nəhayət bir diş həkimi – Rori Mak Svinni tərəfindən fərqli baxış bucağı ilə izah edilib. Onun fikrincə, bu sirrin cavabı Leonardo tərəfindən elə rəsmin kənarındakı qeydlərdə aydın şəkildə yazılıb, lakin heç kim onu düzgün şəkildə şərh etməyib.
Leonardo qeyd edir:
"Əgər ayaqlarını, baş hündürlüyünün on dörddə biri qədər aşağıya açarsansa və əllərini başın səviyyəsinə qaldırarsansa, bədənin mərkəzi göbək olur və ayaqların arasındakı sahə bərabəryanlı üçbucaq təşkil edir".
Mak Svinniyə görə, bu bərabəryanlı üçbucaq "Bonvill üçbucağı"nı xatırladır. XIX əsrdə diş həkimi Uilyam Bonvill aşkar etmişdi ki, alt çənənin funksional nöqtələri – iki çənə oynağı ilə alt ön dişlərin ortası – arasında bərabəryanlı üçbucaq formalaşır. Bu struktur yalnız anatomik deyil, həm də bu gün bir çox stomatoloji cihazın dizaynında istifadə olunur.
Mak Svinni əlavə edir ki, bu struktur yalnız ikiölçülü deyil – o, əslində üçölçülü bir formalı, yəni tetraedr (dördü bərabər üçbucaqdan ibarət həcmli fiqur) təşkil edir. Bu fiqurun zirvəsi isə alnın ortasında yerləşən glabella nöqtəsinə qədər uzanır. Beləliklə, həm statik anatomiya (sümük quruluşu), həm də dinamik funksiya (çənə hərəkətləri) bu strukturla izah oluna bilir.
Daha da maraqlısı isə bu quruluşun təqribən 1,63 olan ölçü nisbətidir ki, bu da Leonardo tərəfindən rəsmdə istifadə olunan 1,64 nisbəti ilə demək olar ki, tam üst-üstə düşür.
Kəllə quruluşunda sabitlik
Svinniyə görə bu nisbət yalnız alt çənədə deyil, insan kəlləsinin ümumi strukturunda da müşahidə olunur. 100 insan kəlləsi üzərində aparılmış tədqiqat nəticəsində, nasion nöqtəsindən inion nöqtəsinə qədər olan məsafə ilə bregma-inion arasındakı məsafə müqayisə edildikdə, 1,64 ± 0,04 nisbətində sabit bir ölçü tapılıb. Bu, yalnız insana xas və ideal kəllə proporsiyalarını təyin edən bir göstəricidir.
Əlbəttə, Leonardo da Vinçinin bu quruluşu "Bonvill üçbucağı" kimi tanıdığına dair konkret sübut yoxdur. Ancaq onun insan anatomiyasına olan dərin marağını və detallara verdiyi diqqəti nəzərə alsaq, bu əlaqəni sezgisel və ya təcrübəyə əsaslanaraq dərk etmiş olması çox ehtimal olunur. Onun dəftərləri, müasir anatomiya ilə təəccüblü dərəcədə üst-üstə düşən dəqiq rəsmlərlə doludur və Leonardo təbiətdə estetik ilə riyaziyyatın bir-birindən ayrılmaz olduğuna inanırdı.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video