Pul və sevgisi olmayan dahi: Tesla nəyi gizlətdi və hansı sirlər hələ də açılmayıb?

Pul və sevgisi olmayan dahi: Tesla nəyi gizlətdi və hansı sirlər hələ də açılmayıb?10 iyul – dünya elminə dəyişkən cərəyanı, simsiz rabitəni və saysız texnoloji yenilikləri bəxş etmiş Nikola Teslanın doğum günüdür. Öz dövrünü qabaqlamış, amma sağlığında layiqli dəyərini almamış bu unikal alim, bu gün də elm və texnologiya dairələrində ehtiramla xatırlanır. Onun həyatında qeyri-adi və hələ də izah olunmamış faktlar çoxdur.

Nikola Tesla kim idi?

Sonxeber.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Tesla - sonradan şirkətə və avtomobilə ad olmuş şəxs - gənclik illərində sadəcə serb ailəsində böyümüş, gələcəyindən çox şey gözlənilməyən bir uşaq olub. Lakin böyük qardaşının faciəli ölümü ilə ailənin bütün ümidlərini ona yönəldib. Atasının istəyi onu din adamı etməyə yönəlsə də, həyatı dəyişib: xolera xəstəliyindən sonra atasının tək istəyi onun sağ qalması olub. Bu fürsətdən istifadə edən Tesla texniki təhsilə yönəlib.

1856-cı ildə Xorvatiyada ildırım və göy gurultusu içində dünyaya gələn Teslanın doğuşunu tibb bacısı "qaranlıq uşağı" adlandırıb. Anası isə cavabında "o, işığın uşağı olacaq" deyib və haqlı çıxıb.

Tesla nə ixtira etmişdi?

Nikola Tesla - öz dövründə anlaşılmayan, bəzən "dəli" adlandırılan alim - 700-dən çox patentin müəllifidir. Onun bir çox ixtiraları bu gün də insanlıq üçün aktualdır:

* Tesla bobini - yüksək gərginlikli cərəyan yaradan rezonans transformatoru
* Niaqara şəlaləsində ilk hidroelektrik stansiya
* Lüminessent lampa
* Pult ilə idarəetmə
* İlk rentgen şəkli
* Radioda siqnal ötürülməsi
* Tesla turbinası və asinxron mühərrik
* Radioda idarə olunan qayıq

O, həmçinin mobil telefonların prototipi, sürücüsüz nəqliyyat vasitələri, simsiz enerji ötürülməsi və "ölüm şüası" adlı cihazlar üzərində işləyib.
Ətraflı

Ölüm şüası və gizlədilmiş ixtiralar

Tesla 1930-cu illərdə yaratdığı "ölüm şüası" ilə qoşunları və təyyarələri məhv edəcək enerjili bir cihaz təqdim etmişdi. Onu hərbi qurumlara satmağa çalışsa da, maraq görməyib.

Vardanklif qülləsi layihəsi ilə isə bütün dünyaya simsiz və pulsuz elektrik ötürmək istəmişdi. "JP Morgan" bu layihəni əvvəlcə maliyyələşdirsə də, sonradan Teslanın planlarının resurs sahibləri üçün təhlükəli olduğunu anlayaraq maliyyəni dayandırıb. Tesla bu ideyadan da imtina etməyə məcbur olub.

Tesla haqqında qeyri-adi faktlar

* Yalnız 2 saat yuxu: Gündə cəmi 2 saat yuxu ilə işləyib, qalan vaxtını işə sərf edib.
* Dəqiq yaddaş və təsəvvür: Bütün cihazlarını əvvəlcə beynində "hazırlayıb", heç bir qeyd aparmadan "sınaqdan keçirib".
* Kəskin eşitmə: 900 km uzaqlıqdakı göy gurultusunu eşidə bildiyini deyib.
* Smartfonları qabaqladı: Gələcəkdə insanların cibində olan cihazlarla istənilən məsafədən əlaqə saxlayacağını proqnozlaşdırmışdı.
* Mikroblardan panik qorxurdu: Xolera keçirdikdən sonra gündə 18 dəsmal istifadə edər, hər şeyi təkrar-təkrar yuyardı.
* Ayrı yaşayış və yemək adətləri: Yalnız yeyib, yemək həcmini qaşıqda hesablayıb, əlcək taxmadan nahar etməyib.
* Qadınlardan uzaq durmaq: Zərif və cazibədar görünməsinə baxmayaraq, qadınlarla münasibətdən uzaq durub, onları diqqət dağınıqlığı hesab edub.
* Göyərçinlərə olan sevgi: İnsanlara deyil, göyərçinlərə bağlanıb. Xüsusilə bir ağ göyərçin üçün minlərlə dollar xərcləyib.
* 3 rəqəminə obsesiyası: Əllərini üç dəfə yuyub, binaya üç dəfə fırlanaraq girib, otaqlarının nömrəsi mütləq 3-ə bölünən olub. Son illərini Nyu-Yorkun 33-cü mərtəbəsində, 3327 nömrəli otaqda keçirib.

Nikola Tesla 1943-cü ildə, çox yoxsul şəraitdə, otel otağında vəfat edib. İxtiralarına görə nə var-dövlət, nə də firavanlıq görməyib. Lakin bəşəriyyətə bəxş etdiyi ideyalar onun adını əbədi olaraq elm tarixinə yazıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1016   Tarix: 11 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr
.

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma

11 oktyabr
.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə

11 oktyabr
.

Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb

Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund

3 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr
.

Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin

Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd

4 oktyabr