"30-35 il prezident olmayacağam, inanın mənə"
Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində bildirib ki, ölkəni 30 il idarə etmək fikrində deyil.
Milli.Az xəbər verir ki, Zelenskinin sözlərinə görə, əsas məsələ üzərinə düşən işi sona çatdırmaq və özünə olan hörməti qorumaqdır.
"Mən 30 il, ya da 35 il prezident olmayacağam. İnanın mənə, olmayacağam", - deyə o qeyd edib.
Zelenskinin prezidentlik müddəti ötən ilin mayında başa çatıb. Konstitusiyaya görə, bu zaman yeni seçkilər təyin olunmalı idi. Lakin ölkədə hərbi vəziyyətin davam etməsi səbəbindən seçkilər keçirilməyib.
Amerikalı bloqqer Leks Fridmana verdiyi başqa bir müsahibədə isə Zelenski deyib ki, Rusiya ilə müharibə bitməyənə qədər seçkilərdən danışmaq düzgün deyil. Onun fikrincə, indi ölkənin əsas problemi müharibə ilə bağlı məsələlərdir. Buna baxmayaraq, o etiraf edib ki, münaqişə başa çatdıqdan 90 gün sonra prezident seçkiləri keçirilə bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 819 Tarix: 13 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"iPhone" alanların nəzərinə - Qiymətlər kəskin bahalaşır
"Apple" yeni "iPhone" modellərinin qiymətini artırmağa hazırlaşır. "Qafqazinfo" "Bloomberg"ə istinadla xəbər verir ki, bu barədə agentliyin jurnalisti Mark Qurman məlumat yayıb. Məlumata görə, buna səbəb xammal, xüsusən də yaddaş kartları və çip təchizatında yaşana
24 avqustÇətin anlarda bir dosta dəstək olmaq: Bu sözləri deməyin!
Çətin günlər insanların dostluğunda həlledici məqamlardan biridir. Məhz belə vəziyyətlər münasibətlərin ehtiyac anından sonra da davam edib-etməyəcəyini müəyyən edə bilər. Qaynarinfo xəbər verir ki, psixoloq və insanlararası münasibətlər üzrə ekspert Marisa H. Franko CNBC üçün hazırladığı məqalədə dostun
25 avqustSON DƏQİQƏ: ABŞ və İran atəşkəsə razılaşdılar
ABŞ və İran arasında atəşkəs razılaşdırılıb. xəbər verir ki, bu barədə "RİA Novosti"yə Pakistan hərbi mənbələri və İranın təhlükəsizlik strukturlarındakı mənbələr məlumat veriblər. "Atəşkəs razılaşdırılıb, bu, Hörmüz boğazında sərbəst gəmiçiliyi də əhatə edir", - deyə mənbələr bildiriblər
26 avqustKoşta Aİ büdcəsini razılaşdırmaq üçün turneyə başlayır
Avropa Şurasının Prezidenti Antonio Koşta avqustun 25-dən etibarən Avropa İttifaqı (Aİ) ölkələrinin paytaxtlarına səfərə çıxacaq. "Report"un Avropa bürosunun məlumatına görə, səfərdə məqsəd Aİ-nin təxminən 2 trilyon avro həcmində növbəti yeddiillik büdcəsi (MFF) üzrə kompromisə nail olmaqdır
24 avqustABŞ ilə Meksika yeni ticarət razılaşması üzərində işləməyə başlayıb
ABŞ və Meksika yeni ticarət sazişinin hazırlanması prosesinə başlayıb. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. "Biz həmçinin ABŞ üçün əhəmiyyətli dərəcədə daha sərfəli olacaq Meksika ilə yeni müqavilə üzərində işə başlayırıq", - o, Vaşinqton ətrafındak
23 avqustAlimlər zamanı 10 dəfə daha dəqiq ölçməyin yolunu tapdılar
Vyana Texnologiya İnstitutunun alimləri atom saatlarında istifadə oluna biləcək xüsusi kristal hazırlayıblar. Tədqiqatçıların fikrincə, bu texnologiya nüvə saatlarının mövcud atom saatlarından 10 dəfə daha dəqiq olmasına imkan verə bilər. bu barədə "Interesting Engineering" nəşrinə istinadə
23 avqust