Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
20 yaşlı Şarlotta inanılmaz bir təcrübə yaşayıb: o, hamilə olduğunu öyrəndikdən cəmi 17 saat sonra ilk övladını dünyaya gətirib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Şarlotta, TikTok-da "Charlotte-Maddison" adı ilə tanınan və böyük marağa səbəb olan hekayəsini 11 iyulda paylaşıb.
Şarlotta belində bəzi dəyişiklikləri müşahidə etmişdi. O, bir qədər kökəlmişdi və artıq iki ölçü böyük cins şalvar geyinməli olurdu. Lakin bunun hamiləliklə bağlı olduğunu düşünmürdü. Şarlotta iki il yarımdır münasibətdə idi və çəki artımını "xoşbəxt münasibətlər" nəticəsində baş verdiyini hesab edirdi. Həmçinin, həyatında kifayət qədər stresli dövrlər vardı. Buna görə də baş verən dəyişikliklər onu narahat etməyib.
Şarlottanın həmçinin adət dövrü də müntəzəm olub. O, eyni zamanda hamiləlikdən qoruyucu həblər də qəbul edirmiş. İyunun Şarlotta Həkimə getdi – məqsədi özü üçün qlütensiz qidalara qarşı allergiyanın olub-olmadığını yoxlatmaq idi. Həkim bir neçə analiz apardı və onların arasında hamiləlik testi də var idi. Məhz həmin vaxt həkim ona hamilə olduğunu bildirdi. Həkim əvvəlcə hamiləliyin erkən mərhələdə olduğunu güman edib.
"Həmin anda bir az panikaya düşdüm, heç cür hamilə ola bilməyəciyimi düşünürdüm" –Şarlotta videoda deyib.
Elə həmin gün o, sevgilisi ilə birlikdə ilk USM müayinəsinə gedib və orada inanılmaz bir xəbər alıb: məlum oldu ki, körpə artıq "38 həftə 4 günlükdür", yəni təbii doğuma cəmi iki həftədən də az vaxt qalıb.
Şarlotta bu an baş verənləri demək olar ki, başa düşməyib və sanki huşunu itirib.
USM zamanı həmçinin plasentar kisə ilə bağlı bir problem aşkarlanıb və bu, doğuşun tezliklə stimullaşdırılmasını zəruri edib. Nəticədə, Şarlotta doğum şöbəsinə hospitalizasiya olunub və o, hamilə olduğunu öyrəndikdən cəmi 17 saat 21 dəqiqə sonra oğlunu dünyaya gətirib.
"Mən baş verənləri tam anlamırdım. Bunu başqa cür necə izah edim, bilmirəm. Bu, tamamilə dəli bir təcrübə idi," – deyə Şarlotta bildirib.
Sürətlə analığa gedən yoluna geri baxan Şarlotta qeyd edib ki, o, xoşbəxt və sağlamdır. Eyni zamanda, şübhə ilə yanaşan izləyiciləri nəzərə alaraq, Şarlotta xəstəxanadan aldığı rəsmi sənədləri də videoda göstərib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1218 Tarix: 15 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabrİtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni
21 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrAta oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı
Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə
20 sentyabrSi Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək
Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq
21 sentyabrSərxoş qadın ərini oxlovla döyüb öldürdü
Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü
20 sentyabrƏbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə
20 sentyabr