Nikol Paşinyan Zəngəzur dəhlizinin idarəetməsinin özəl şirkətə verilməsini istisna etməyib
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan Naxçıvana Sünikdən keçən yolun (Zəngəzur dəhlizi - red.) idarəsinin özəl şirkətə verilə biləcəyini istisna etməyib.
Sonxeber.az yerli KİV-ə istinadən xəbər verir ki, N.Paşinyan bu barədə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, idarəetmənin verilməsi məsələsində hazırda bir neçə oxşar hal var.
"Məsələn, "Zvartnots" hava limanının idarəetməsi həvalə edilib. Hesab etmirəm ki, burada Ermənistanın yurisdiksiyası və ya ərazi bütövlüyü hər hansı şəkildə pozulub", - N.Paşinyan qeyd edib.
O bildirib ki, su təchizatı sisteminin idarə edilməsi, Ermənistanın dəmir yolları və s. ilə bağlı da vəziyyət belədir. Lakin sadalanan bütün hallarda bu infrastrukturlar Ermənistanın mülkiyyətindədir.
Bundan əlavə, N.Paşinyan qeyd edib ki, Ermənistan öz ərazisindən yüklərin keçid rejiminin sadələşdirilməsinə hazırdır.
"Məni təəccübləndirir ki, bəzi qüvvələr və ya insanlar Ermənistan ərazisindən dəmir yolu hərəkətinin yenidən başlamasını faciə kimi təqdim etməyə çalışırlar. Halbuki faciə ondadır ki, Ermənistan vasitəsilə tranzit dəmir yolu əlaqəsi yoxdur", - Baş nazir vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1038 Tarix: 16 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oturaq işdə artıq çəki almamaq üçün nə etmək lazımdır?
Bir çox insan güclü iş yükü olan dövrlərdə çəkinin artdığını müşahidə edir. Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi stresin özü deyil, onun yaratdığı həyat tərzi dəyişiklikləridir. xəbər verir ki, bu barədə adaptiv bədən tərbiyəsi və idman üzrə mütəxəssis Olqa Derendeyeva-Kurtova -ya danışıb. Bəz
13 iyulYerdə həyatın yaranması ilə bağlı yeni fərziyyə irəli sürülüb
Cənub-Qərb Tədqiqat İnstitutunun alimləri hesab edirlər ki, erkən dövrdə Yerə düşən iri asteroidlər həyatın yaranması üçün ideal şərait formalaşdırmış ola bilər. Kompüter modelləşdirməsinin nəticələrinə görə, bu toqquşmalar Yer qabığını çatladaraq ilk üzvi molekulların əmələ gələ biləcəyi geniş hidroterma
13 iyulPortağalların qırmızı torbada satılmasının səbəbi məlum oldu
Marketlərdə portağalların əksəriyyətinin qırmızı və ya narıncı rəngli torbalarda satılması təsadüfi deyil. Alimlərin fikrincə, bu rəng seçimi meyvənin daha yetişmiş, canlı və iştah açıcı görünməsini təmin edən sadə, lakin təsirli bir vizual aldatma üsuluna əsaslanır. xəbər verir ki, qırmızı və ya narınc
11 iyulBadımcanı yayda çox yeyin
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil, sağlamlığa faydaları ilə də seçilir. Mütəxəssislərin sözlərinə görə, bu tərəvəz düzgün şəkildə hazırlandıqda orqanizm üçün bir sıra üstünlüklər təmin edir. Badımcan liflə zəngin olduğu üçün həzmi yaxşılaşdırmağa kömək edir v
12 iyulGeniş yayılmış səhv: Smartfonu gecə hara qoymaq olmaz?
Bir çox insan gecə yatarkən mobil telefonunu çarpayının yanındakı tumbanın üzərində və ya hətta yastığının yanında saxlayır. Lakin yuxu gigiyenası üzrə mütəxəssislər bu vərdişdən imtina etməyi tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, "NLC" nəşrinin yazdığına görə, ekspertlər smartfonun gec
13 iyulEv termometriniz niyə yanlış temperatur göstərir? -SƏBƏB
Bu günlərdə bir çox insan eyni sualı verir: niyə telefonda göstərilən temperatur, avtomobilin göstəricisi və evdəki termometr bir-birindən fərqlənir? Bu məsələyə aydınlıq gətirən meteoroloq bildirib ki, səbəb sinoptiklərin səhvi deyil, temperaturun ölçülmə üsullarındakı fərqlərdir. xarici mediaya istinadə
12 iyulBu beş Android tətbiqini dərhal silmək lazımdır
Android smartfonlarında əvvəlcədən quraşdırılmış bütün tətbiqlər vacib deyil. Bəziləri istehsalçıların tərəfdaş şirkətlərlə əməkdaşlığı çərçivəsində əlavə olunur, digərləri isə əməliyyat sistemində mövcud olan funksiyaları təkrarlayır. Ölkə.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu tətbiqləri
13 iyulDondurucudakı buz kublarının dadı niyə qəribə olur: bunu necə düzəltmək olar?
Soyuq içkilərə əlavə edilən şəffaf və təmiz buz kubları içkinin dadını daha xoş edir. Ancaq bəzən evdə hazırlanan buzun qəribə qoxu və ya dad verməsi bütün zövqü korlayır. Mütəxəssislərin fikrincə, bunun səbəbi əksər hallarda buz hazırlayan sistem deyil, dondurucudakı şərait və qulluq qaydalarıdır. xəbə
12 iyul