Həftənin bu günü insanlar stresli və əsəbi olur - ALİMLƏR AÇIQLADI
Tədqiqatçılar insanların ən çox həftənin hansı günü əsəbi və özlərini toparlaya bilməz vəziyyətdə olduqlarını müəyyən ediblər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeni araşdırma həftənin əvvəlində – xüsusən də bazar ertəsi günü hiss edilən narahatlıq stress hormonu olan kortizolun səviyyəsinin uzun müddət yüksək qalmasına səbəb ola bildiyini göstərib. İlk baxışda zərərsiz görünən bu "bazar ertəsi məyusluğu" əslində ürək-damar sistemi və ümumi sağlamlıq üçün ciddi nəticələrə yol aça bilər.
Alimlər İngiltərədə aparılan uzunmüddətli yaşlanma araşdırması olan ELSA layihəsinin 3500-dən çox iştirakçısının məlumatlarını təhlil ediblər. Onlar müəyyən ediblər ki, yaşlı insanlar arasında bazar ertəsi günü narahatlıq yaşayanların saçlarında kortizol səviyyəsi digər günlərdə narahatlıq yaşayanlara nisbətən təxminən 25 faiz yüksək olub. Hormonun bu səviyyədə yığılması bədəndə aylarla toplanan uzunmüddətli stressi göstərir.
Diqqətçəkən məqam odur ki, "bazar ertəsi narahatlığı" effekti həm işləyən insanlarda, həm də artıq təqaüddə olanlarda müşahidə olunub. Bu isə həftənin ilk günü ilə orqanizmdəki stress mexanizmlərinin aktivləşməsi arasında güclü fizioloji bağlılığın olduğunu, insanın məşğulluğundan asılı olmayaraq təsir etdiyini göstərir.
Tədqiqatçıların sözlərinə görə, bazar ertəsi sadəcə həftənin başlanğıcı deyil, həm də ciddi bioloji tətikləyicidir. Bu gün hipotalamo-hipofizar-böyrəküstü vəzi oxu adlanan sistemin fəaliyyətini poza bilər – bu sistem isə kortizolun istehsalına cavabdehdir. Bu sistemin uzunmüddətli hiperaktivliyi yüksək qan təzyiqi, metabolik pozğunluqlar və immun sisteminin zəifləməsi ilə əlaqələndirilir.
Araşdırma həmçinin əvvəllər qeyd olunan bir tendensiyanı da təsdiqləyir: infarktların ən çox məhz bazar ertəsi günləri baş verməsi, bu gün orqanizmdə yaranan fizioloji dəyişikliklərlə əlaqəli ola bilər.
"Xüsusilə yaşlı insanlar üçün yeni həftənin başlanması uzunmüddətli təsir göstərə bilən biokimyəvi reaksiyalar zəncirini işə sala bilər. Bu, təkcə işlə bağlı deyil, həm də bazar ertələrinin bioloji ritmimizə necə dərindən yerləşməsi ilə bağlıdır", – tədqiqatın həmmüəllifi professor Tarani Çandola bildirib.
Alimlər hesab edirlər ki, bazar ertələrinin orqanizmə təsirinin dərindən öyrənilməsi, xüsusilə yaşlı insanlar arasında ürək-damar xəstəliklərinin profilaktikasına yönəlmiş yeni proqramların yaradılması üçün başlanğıc nöqtəsi ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1039 Tarix: 17 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yataq dəstlərini yumşaldan sadə üsul
Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək
4 oktyabrUşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrHündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə
Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti
11 oktyabrSmartfonların sürətli şarj edilməsinin sirri
Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar
4 oktyabrWi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər
Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni
11 oktyabrPaltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə
4 oktyabr