Tramp ABŞ baş prokurorundan Epşteyn işi üzrə ifadələrin ictimaiyyətə açıqlanmasını istəyib
ABŞ Prezidenti Donald Tramp baş prokuror Pem Bondiyə müraciət edərək, amerikalı maliyyəçi və adı insan alverində hallandırılan Cefri Epşteynin işi üzrə verilmiş ifadələrin stenoqramlarının məhkəmənin razılığı ilə açıqlanmasını istəyib.
Oxu.Az xəbər verir ki, D.Tramp bu barədə özünün "Truth Social" şəbəkə hesabında yazıb.
"Cefri Epşteynə göstərilən absurd diqqətdən dolayı, mən baş prokuror Pam Bondidən xahiş etdim ki, məhkəmənin təsdiqi ilə bütün lazımi böyük münsiflər heyəti ifadəsini təqdim etsin. Demokratların bu fırıldaqçılığına dərhal son qoyulmalıdır", - deyə D.Tramp qeyd edib.
Öz növbəsində baş prokuror Pem Bondi "X" hesabında D.Trampa cavab verib:
"Prezident Tramp, biz böyük münsiflər heyətinin stenoqramlarını sabah məhkəməyə təqdim etməyə hazırıq".
Məlumat üçün əlavə edək ki, Cefri Epşteynin işi ABŞ-də son onilliklərin ən böyük hüquqi və sosial qalmaqallarından biri kimi yadda qalıb. ABŞ-li milyarder və maliyyəçi Cefri Epşteyn azyaşlı qızları fahişəliyə cəlb etmək və insan alveri təşkil etməkdə ittiham olunurdu. Onun bu fəaliyyətində zəngin və nüfuzlu şəxslərlə əlaqələri dəfələrlə gündəmə gəlib. Onların sırasında tez-tez Donald Trampın da adı çəkilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 583 Tarix: 18 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
20 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabrAdanada 5,0 bal gücündə zəlzələ baş verib
Türkiyənin Adana əyalətində 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) saytında dərc olunmuş məlumatlara görə, zəlzələnin episentri Sayambaylı bölgəsində olub. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. Adana valiliyi hazırda heç bi
21 sentyabrKXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib
20 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrBu ölkədə niqab qadağan edilir
İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun
21 sentyabrSərxoş qadın ərini oxlovla döyüb öldürdü
Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü
20 sentyabr