Şimpanzelərin yeni "dəbi": qulaqlarına niyə ot taxırlar? - Alimlər AÇIQLADI
Zambiyada bir qrup şimpanze qulaqlarına və "arxa hissələrinə" ot saplaqları taxmağa başlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, alimlər primatların bunu nə üçün etdiyini araşdırıblar.
Utrext Universitetinin tədqiqatçısı Edvin van Leuven bildirib:
"Bu onu göstərir ki, insanlar kimi digər heyvanlar da bir-birlərindən, ilk baxışda mənasız görünən davranışları təqlid edirlər. Bu isə öz növbəsində, insan mədəniyyətinin təkamül kökləri barədə anlayış verə bilər".
Nəşrdə qeyd edilir ki, adətən heyvanlar bir-birlərini hansısa məqsəd üçün təqlid edirlər. Məsələn, şimpanzelər bir-birlərindən qida tapmağı və alət seçməyi öyrənirlər. Lakin bütün təqlid davranışları faydalı olmaya bilər.
Şimpanzelər arasında qulaqlara ot taxma "dəbi" ilk dəfə 2010-cu ildə Zambiyadakı Chimfunshi Wildlife Orphanage Trust adlı qoruqda müşahidə olunub. Əvvəlcə bunu Culi adlı dişi şimpanze edib, lakin sonradan daha 7 şimpanze bu davranışı təkrarlamağa başlayıb.
Alimlər hesab edirlər ki, bu davranış şimpanzelər arasında bir mədəni ənənəyə çevrilib, çünki Culi öldükdən sonra belə primatlar bu vərdişi davam etdiriblər. Onların sözlərinə görə, bu, insanlardakı dəb meyllərinə bənzəyir.
Ən maraqlısı isə odur ki, 15 ildən sonra eyni qoruqda başqa bir şimpanze qrupu da bu "dəbi" mənimsəyib. Alimlər qeyd ediblər ki, bu iki qrupun bir-biri ilə heç bir təması olmayıb.
Yeni müşahidələrə görə, 8 şimpanzedən 5-i qulaqlarında ot saplaqları ilə görülüb, 6-sı isə bu otları arxa hissələrinə taxıb. Lakin məlum olub ki, bu "dəbin" müəllifləri primatlar deyilmiş.
Van Leuven bildirib ki, ot saplarını qulaqlarına taxan şimpanzelərin eyni baxıcıları olub. Bu baxıcılar etiraf ediblər ki, bəzən öz qulaqlarına ot və ya kibrit çöpü taxırlar və şimpanzelər də buna diqqət yetirməyə başlayıblar.
Daha əvvəl alimlər şimpanzelərin idrak qabiliyyətləri ilə bağlı mühüm bir kəşf etmişdilər. Bu məqsədlə onlar qoz qırma təcrübəsi aparıblar.
Eksperimentin məqsədi eyni icmada yaşayan şimpanzelərin qozu fərqli üsullarla qıra bilib-bilmədiyini araşdırmaq olub. Bunun üçün 21 şimpanzenin 3882 cəhdini təhlil ediblər.
Nəticədə bəlli olub ki, bəzi şimpanzelər bu tapşırığın öhdəsindən qrupdakı digər primatlardan daha yaxşı gəlirlər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 928 Tarix: 18 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrAilənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind
4 oktyabrYatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl
10 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabr"50 qəpik"də maşın yuyanların diqqətinə
Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara
11 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabr