Tramp Avropanı təhdid edir: Ən çox hansı ölkələr zərər görəcək? - "Kaspi"nin TƏHLİLİ

Tramp Avropanı təhdid edir: Ən çox hansı ölkələr zərər görəcək? - "Kaspi"nin TƏHLİLİABŞ Prezidenti Donald Tramp qərarları ilə dünyanı heyrətləndirməyə davam edir. Bu dəfə Meksika və Avropa İttifaqından (Aİ) gələn mallara 30% rüsum tətbiq etdiyini açıqlaması dünyada şok effekti yaradıb. Mexiko və Brüsselə göndərdiyi iki mesajda Ağ Evin rəhbəri bildirib ki, avqustun 1-dən etibarən Aİ ilə mövcud olan ticarət kəsirini aradan qaldırmaq üçün bu ölkələrdən gələn mallara 30% rüsum tətbiq edəcəklər. Ardınca da danışıqların davam etdirilməsinin mümkünlüyünü də istisna etməyib. Oxşar mesajı Mexikoda da alıblar. Əksəriyyət proqnoz edir ki, bu qərarın həm Avropa İttifaqının, həm də ABŞ-nin iqtisadiyyatı üçün çox böyük mənfi nəticələri olacaq. Bundan əvvəl Tramp Aİ-ni 50%-lik rüsum tətbiq etməklə hədələmişdi. Bununla belə, hətta 30%-lik tarif Aİ iqtisadiyyatı üçün çox böyük nəticələrə səbəb ola bilər.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

İşgüzar aləm narahatdır

ABŞ işgüzar aləmi prezidentin məlum qərarlarından narahatdır. Onu qorxudan odur ki, iqtisadi daralma ölkəni tənəzzülə uğrada və qlobal iqtisadi artımı yavaşlada bilər. Düzdür, Tramp azalmanın sələfi Co Baydenin dövründən başladığını bildirir, lakin ekspertlər bunun idxalda görünməmiş artımla əlaqədar olduğunu söyləyirlər. Mövcud durum ondan ibarətdir ki, Trampın tətbiq etdiyi tariflər, onlara cavab olaraq ABŞ-yə qarşı atılan addımlar dünya iqtisadiyyatında böyük xaos yaradıb. ABŞ-nin analitik mərkəzləri, tanınmış alim və iqtisadçılar verilən qərarların ölkənin özünə daha çox mənfi təsir edəcəyinə dair xəbərdarlıqlarla çıxış edirlər.

Aİ-nin yeni tərəfdaşı Çin olacaq?

Trampın məktubuna Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin cavabı belə olub ki, Aİ ixracına 30% tarif tətbiq etmək Atlantik okeanın hər iki tərəfindəki biznes və istehlakçıların zərərinə olacaq, əsas transatlantik təchizat zəncirlərini sarsıdacaq. Onun sözlərinə görə, Aİ-nin maraqlarını qorumaq üçün bütün lazımi addımlar atılacaq, müvafiq cavab tədbirləri görüləcək. Əlavə edib ki, Aİ yeni ticarət tərəfdaşları da axtaracaq. Yeni ticarət tərəfdaşı dedikdə, çox güman ki, Çin nəzərdə tutulur. Bu da o deməkdir ki, Avropa Çinlə onsuz da genişlənən əməkdaşlığı daha da artıracaq. "Bild"in məlumatına görə, Almaniya Kansleri Fridrix Merts ABŞ ilə tarif danışıqlarının uğursuz olacağı barədə xəbərdarlıq edib.

Meksika Prezidenti Klaudiya Şeinbaum razılıq əldə olunacağına əminliyini ifadə edib: "Biz ABŞ hökuməti ilə hansı sahələrdə işləyə biləcəyimizi çox yaxşı bilirik. Bir məsələ var ki, o, heç vaxt danışıqlar mövzusu ola bilməz: bu da ölkəmizin suverenliyidir".

Qeyd edək ki, Tramp Aİ və Meksika ilə yanaşı, Kanada, Yaponiya və Braziliya da daxil olmaqla, 23 digər ticarət tərəfdaşına da oxşar məzmunlu məktublar göndərib. Bu məktublarda 20%-dən 50%-ə qədər dəyişən ümumi tariflər, eləcə də mis idxalına qarşı 50% rüsum tətbiqi nəzərdə tutulub.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ABŞ-nin Aİ-yə 30 faizlik gömrük rüsumunu qəti şəkildə bəyənmir. İtaliya isə ümid edir ki, ABŞ ilə ədalətli tarif razılaşması əldə olunacaq.

Ən çox hansı ölkələr zərər görəcək?

İddialara görə, bu məsələdə daha çox itirən iki ölkə ola bilər. ABŞ-nin avtomobil, polad və dəzgahlar üçün əsas bazar olduğu Almaniya ilə birlikdə, inkişaf etmiş əczaçılıq sənayesi ilə İrlandiya ön sıralardadır. Aİ-nin ən böyük iqtisadiyyatı olan Almaniya ixraca arxalandığı üçün xüsusi təzyiq altındadır: böyük avtomobil, kimya, polad və maşınqayırma sənayeləri sayəsində ABŞ ilə 84.8 milyard dollarlıq ticarət profisiti var. "Mercedes-Benz"in gəlirinin 23%-i ABŞ-nin payına düşür. Müvafiq olaraq 44 milyard və 16.4 milyard dollar profisitlə İtaliya və Fransa daha az təsirə məruz qalacaq. Bununla belə, bəzi sektorlar ciddi təhlükə altındadır. İspaniya kimi hər iki ölkənin qida və şərab sektorları xüsusilə təsirlənəcək. 30 faizlik tarif Fransanın şərab və spirtli içkilər sektoru üçün "fəlakət" ola bilər. Almaniya kimi İtaliya da avtomobil sektorundakı vəziyyətdən narahatdır. Avstriya və İsveçin də ABŞ ilə ticarət profisiti müvafiq olaraq 13.1 milyard dollar və 9.8 milyard dollardır. İrlandiya 86.7 milyard dollarla Aİ üzvləri arasında ən böyük profisitə malikdir. Bu, əsasən "Pfizer", "Eli Lilly" və "Johnson & Johnson" kimi böyük Amerika dərman şirkətlərinin mövcudluğu ilə bağlıdır.

Dünya mediası Trampın yeni təhdidləri haqqında

ABŞ Prezidentinin həmkarlarına məktublar göndərərək yeni tarifləri elan etməsi dünya mediasında da ən çox müzakirə olunan mövzuya çevrilib. Bəzi ekspertlər Donald Trampın təşəbbüslərinə sakit yanaşır, kompromis əldə etmək üçün vaxtın olduğunu xatırladırlar. Digərləri isə əksinə, bunu Ağ Ev rəhbərinin öz tərəfdaşlarına danışıqlardan yorulduğunu və bütün hədələrini həyata keçirməyə hazır olduğunu çatdırmaq cəhdi kimi qiymətləndirir. "Financial Times" yazır ki, "ABŞ-nin iki ən yaxın müttəfiqi və ticarət tərəfdaşı üçün yeni tariflərin tətbiqi perspektivi fırtına effekti yaratdı. 30 faizlik təhdid, kompromis danışıqlarına cəmi iki həftə qalıb".

"Bloomberg" isə yazıb ki, dünya ölkələri razılaşma əldə etməyə çalışdıqca Trampın səbri tükənir: "Mesaj aydın idi: Tramp birtərəfli tariflər tətbiq etmək təhdidinə əməl edəcək. Aprel ayında bazarları tələf edəndən fərqli olaraq, daha bir tarif dalğası gəlir".

Tramp ABŞ-nin dünyadakı mövqeyini sarsıdırmı?

Ekspertlərin fikrincə, Trampın hamıya qarşı tarif aqressiyası ABŞ-nin etibarlı müttəfiq, azad dünyanın lideri kimi reputasiyasını aşağı salır. Bu, ticarət tərəfdaşları üçün deyil, ABŞ-nin özü üçün problemlər vəd edir. Kato İnstitutunun xarici ticarət üzrə eksperti Kolin Qrabou deyir: "Tramp tarif qadağasını yelləyir və ABŞ-nin dünyadakı mövqeyini sarsıdır. O, uzun müddətdir davam edən müttəfiqlərinin qəzəbinə tuş gəlir və Amerikanı son dərəcə etibarsız tərəfdaş kimi qələmə verir".

İddialara görə, Tramp sözünün üstündə durmur. O, dəfələrlə öz tarif sövdələşmələrini pozub və sabah başqa bir şeydən inciməyəcəyinə və tarifləri qaldıracağı ilə hədələməyəcəyinə zəmanət yoxdur. ABŞ-nin nüfuzu və iqtisadi itkiləri artdıqca, Trampın danışıqlarda mövqeyi hər gün zəifləyir. Bununla belə, Trampın tarif xaosunun bir səhv deyil, bir xüsusiyyət olduğunu düşünənlər var.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1638   Tarix: 19 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı

ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd

20 sentyabr
.

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir

20 sentyabr
.

Kim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"

ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd

20 sentyabr
.

Qırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib

Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə

20 sentyabr
.

ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib

ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey

20 sentyabr
.

İtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"

İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni

21 sentyabr
.

Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib

Geoloqlara çoxdan məlumdur ki, Afrika gec-tez iki hissəyə parçalanacaq. Lakin ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları indi bu prosesin əvvəl düşünüləndən xeyli irəlilədiyi qənaətinə gəliblər. Aktiv rift zonası "kritik" nöqtəyə çatıb və yaxın gələcəkdə parçalanma baş verə bilər. Bu ba

21 sentyabr
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20 sentyabr
.

İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib

İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə

20 sentyabr