ABŞ-dən asılılıq bitir: Avropa öz ordusunu qurur?
Bir neçə gün bundan əvvəl Böyük Britaniya və Fransanın nüvə silahından istifadə ilə bağlı birgə strateji bəyannamə imzalaması Qərbin nüvə siyasətində dönüş nöqtəsi kimi qiymətləndirildi. Artan hərbi ritorika, bir-birinə yönəlmiş ittihamlar və nüvə arsenalı ilə bağlı açıq bəyanatların qlobal sabitliyə ciddi təhlükə yaratması fonunda Birləşmiş Krallıq bu dəfə Almaniya ilə genişmiqyaslı müdafiə sazişi imzalayıb. Sənədin geosiyasi vəziyyətdə köklü dəyişikliklər və Rusiya təhlükəsi ilə əlaqədar iki ölkə arasında strateji tərəfdaşlığı nəzər tutduğu qeyd olunur. Bu isə Avropa daxilində yeni təhlükəsizlik arxitekturasının qurulmasından, təhlükəsizlik ittifaqlarının yaranmasından xəbər verir. Bu, həm də sadəcə hərbi deyil, siyasi müstəqillik anlamına da gəlir.
Siyasi şərhçi Oqtay Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, Donald Tramp Amerika Birləşmiş Ştatlarında hakimiyyətə gələndən sonra Avropanın təhlükəsizliyi ilə bağlı ciddi suallar ortaya çıxıb və üzv ölkələr artıq öz təhlükəsizliklərinin təmin olunması ilə bağlı addımlar atmalıdırlar:
"Bu baxımdan, Böyük Britaniya, Almaniya, Fransa kimi Avropanın qabaqcıl ölkələri də məhz bu istiqamətdə konkret addımlar atmaqla bağlı qərarlar verməyə başlayıblar. Xüsusi ilə də Böyük Britaniya bu məsələlərdə kifayət qədər aktivlik nümayiş etdirir və Avropa İttifaqının aparıcı ölkələri olan Fransa və Almaniya ilə də bir çox istiqamətlərdə, xüsusilə də hərbi və texnoloji sahələrdə əməkdaşlıqlara imza atılıb. O cümlədən bu ölkələr həm də Ukraynaya ciddi dəstək verən ölkələrdir".
"Məsələ bundan ibarətdir ki, Trampın siyasəti məhz Avropa ölkələrini öz təhlükəsizlikləri ilə bağlı daha ciddi addımlar atmağa məcbur edir. Bu baxımdan, hal hazırda Avropada sanki yeni ittifaqlar yaranmaqdadır. Əgər biz yalnız Fransa-Britaniya hərbi alyansından danışsaydıq, bu, sanki Antantanın yenidən dirçəldilməsi cəhdi kimi də görünə bilərdi. Amma Almaniyanın da bu prosesə qoşulması, artıq Avropanın aparıcı ölkələrinin öz səylərini və potensiallarını bu istiqamətdə birləşdirmək və mümkün Rusiya təhdidlərinə qarşı istifadə etməyə çalışmasıdır. Bu da hal-hazırkı durumda effektiv addım sayıla bilər", - deyə şərhçi vurğulayıb.
Analitik hesab edir ki, NATO ilə bağlı Avropanın müəyyən gözləntiləri olsa da, ABŞ-nin mövqeyində bu hələ ki, görünmür:
"Yəni, Vaşinqton NATO-ya üzv ölkələrə təzyiqlər edir, onları öz hərbi büdcələrini artırmaqla bağlı addımlar atmağa tələsdirir. Bu baxımdan, qeyd olunan ölkələrin münasibətlərinin bu formada müəyyənləşdirilməsi, əlbəttə ki, başa düşüləndi və əslində, hazırkı durumda vəziyyətdən çıxış yollarının biri kimi də dəyərləndirilə bilər".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 550 Tarix: 19 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir
Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar
21 sentyabrBu ölkədə niqab qadağan edilir
İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun
21 sentyabrZelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman
20 sentyabrABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrQrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl
20 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrİran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində
20 sentyabr