Zebra əslində hansı rəngdədir: Qara-ağ, yoxsa ağ-qara?
Zebranın niyə zolaqlı olduğu və bu zolaqların hansı rəngdə olduğu - qara, yoxsa ağ - hələ də elm adamları arasında müzakirə mövzusudur.
Sonxeber.az qaynarinfo-ya istinadən bu suallara cavab verən məlumatları təqdim edir.
Zebra qara-ağdır, yoxsa ağ-qara?
Heç düşünmüsünüzmü, zebralar ağ fonda qara zolaqlıdır, yoxsa əksinə? Onlara baxanda qarın hissəsi ağ olduğu üçün bu heyvanların ağ rəngli olduğu qənaətinə gəlmək asandır. Lakin əslində zebralar qara rənglidir, sadəcə üzərində ağ zolaqlar var.
Əgər zebranın tükünü qırxsaq, dərisinin qara olduğunu görə bilərik. Ağ zolaqlar isə dərinin müəyyən hissələrində piqment - melanin - olmadığı üçün həmin yerlərdə ağ tük çıxması nəticəsində yaranır. Yəni melanin "söndürüldükdə" ağ tük çıxır və bu da göstərir ki, qara rəng zebranın əsas rəngidir.
Maraqlı fakt: Hər bir zebranın zolaqları unikal olur - bu, insan barmaq izləri kimi fərqlidir və təkrarlanmır.
Zebra niyə zolaqlıdır? - Nəzəriyyələr
Bəs qara zebraya niyə ağ zolaqlar lazımdır? Bu sualla bağlı bir neçə fərziyyə mövcuddur:
1. Həşəratların dişləmələrindən qorunmaq üçün
Bəzi alimlər hesab edirlər ki, zebra zolaqları atqanadlı milçəkləri və digər xəstəlik daşıyan həşəratları çaşdırır. Araşdırmalarda göstərilib ki, zolaqlı və ya damalı parça ilə örtülmüş atlara bu cür həşəratlar daha az qonur.
2. Bədən temperaturuna nəzarət üçün
Bu nəzəriyyə daha real hesab olunur. Qara zolaqlar istiliyi saxlayır, ağ zolaqlar isə əks etdirərək orqanizmin həddindən artıq qızmasının qarşısını alır.
3. Bir-birini tanımaq üçün
Zebraların zolaq naxışı unikal olduğundan, analar balalarını və ya sürü üzvləri bir-birlərini məhz bu naxışa görə tanıya bilirlər.
4. Maskalanmaq üçün
Zolaqlar optik illüziya effekti yaradır - aslanlar və digər yırtıcılar sürüdəki zebraların konturlarını seçməkdə çətinlik çəkirlər.
Bundan başqa, yanan torpağın üzərində yaranan istivurma zebranın zolaqlarını "axıdaraq" onu sanki yox kimi göstərir. Bu nəzəriyyə ən inandırıcı hesab olunur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 737 Tarix: 19 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrAilənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind
4 oktyabrYatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl
10 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabr"50 qəpik"də maşın yuyanların diqqətinə
Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara
11 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabr