Yuxuda boulinq oynamaq nə deməkdir?

Yuxuda boulinq oynamaq nə deməkdir?Yuxuda boulinq oynadığını görmək – uzun müddətdir həyata keçirmək istədiyiniz arzularınızı gerçəkləşdirəcəyinizə işarədir.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də boulinq oynamaqdır.

Bəs, yuxuda boulinq oynadığını görmək hansı mənaya gəlir?

Lent.az yuxuda boulinq oynamağın hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:

Yuxuda boulinq oynadığını görmək nədir?

Diqqətinizin yüksək olmasına, konsentrasiya qabiliyyətinizin güclü olmasına və diqqət yayınıqlığının olmamasına yozulur. Uzun zamandır diqqətlə hazırladığınız bir layihəni həyata keçirəcəyinizi, yaradıcılığınıza mane olan insanlardan uzaq duracağınızı və iş yerində məhsuldar olmağınıza əngəl törədən hər şeyi həyatınızdan çıxaracağınızı bildirir. Belə bir yuxu həm də sakitliyinizi pozan, motivasiyanızı azaldan və həyatınızı qaydasında yaşamağınıza mane olan şəxslərlə artıq görüşməyəcəyiniz anlamına gəlir.

Yuxuda boulinq topu görmək nədir?

Depressiyaya düşmək, kədərlənmək, tək qalmaq və sıxıntı keçirmək kimi yozulur. Daha əvvəl yaşadığınız pis dostluq təcrübəsi səbəbilə içinizə qapanacağınızı, sosiallaşmaq istəməyəcəyinizi, evdə qalmaq və heç kimlə görüşməmək istəyəcəyinizi göstərir. Bu yuxunun başqa mənası isə – qüssədən sonra rahatlıq, ümidsizlikdən sonra açıq fikirli olmaq kimi izah edilir.

Yuxuda boulinq oynadığını görməyin digər mənası?

Güclü immun sisteminizin olacağına, daim şən qalacağınıza, haqqınızda danışılan neqativ sözləri vecinizə almadığınıza və sakitliyi qorumaq üçün əlinizdən gələni edəcəyinizə işarədir. Bu yuxu həm də ticarətə atılıb varlanmaq mənasını verir. Bütün tərəddüdlərinizi bir kənara qoyub iş quracağınıza, çoxlu qazanc əldə edəcəyinizə və ailənizə çox gözəl bir həyat bəxş edəcəyinizə işarə edir.

Yuxuda sevgili ilə boulinq oynamaq nədir?

Ailə qurub xoşbəxt olacağınızı, ailə dəyərlərinə önəm verdiyinizi, qəlb qırmaqdan çəkinən biri olduğunuzu, sevgilinizə çox dəyər verdiyinizi və aranızdakı münasibəti daha ciddi mərhələyə daşımaq istədiyinizi göstərir.

Yuxuda dostlarla boulinq oynadığını görmək nədir?

Bir dostunuza söylədiyiniz incidici sözə görə peşmanlıq duyduğunuzu və davranışlarınızı yenidən nəzərdən keçirəcəyinizi göstərir. Ailə üzvlərinizdən birinin sizə qarşı inciklik hiss etdiyini, bunu sizdən gizlətdiyini və sizə bunu demək üçün tək qalacağınız uyğun bir anı gözlədiyini bildirir.

Yuxuda boulinqdə hədəfi vura bilməmək nədir?

Bəxtsizlik, qismətin bağlanması, şanssızlıq və həyatdakı enişli-yoxuşlu dövrlər deməkdir. İş yerində qazancınızı artıra bilməyəcəyinizi, tələbəsinizsə imtahan nəticələrinizin gözlədiyiniz kimi olmayacağını və yeni köçdüyünüz evdə qayda-qanun yaratmaq üçün hələ bir az zamana ehtiyac olduğunu göstərir.

Yuxuda boulinq salonu görmək nədir?

Ailəyə yeni bir üzvün qatılması, dost çevrənizə yeni bir insanın daxil olması, dəyişiklik və yeniliklər mənasını verir. Ailənizin sizə təriflədiyi biri ilə tanış olacağınızı, sevindirici bir xəbər alacağınızı və insanlığa faydalı olmaq üçün sınaq xarakterli işlər görəcəyinizi bildirir.

Yuxuda başqası ilə boulinq oynamaq nədir?

Topladığınız pulla ev almaq, investisiya qoymaq, ikinci daşınmaz əmlak əldə etmək mənasına gəlir. Belə bir yuxu bankda uzun müddətdir yığılan pulla ev və ya torpaq alacağınızı, gələcək üçün daşınmaz əmlaka yatırım edəcəyinizi, oğlunuza və ya qızınıza miras qoymaq üçün qızıl-zinət əşyaları alacağınızı göstərir. Bu yuxunu görən insan ailəsinin gələcəkdə çətinlik çəkməməsi üçün pul yığmağa və onları rahat yaşatmaq məqsədilə yatırım etməyə meylli biri kimi yozulur.

Yuxuda boulinq labutu görmək nədir?

Evinizə uzaqdan gələcək bir qonağın olacağına, sizin qonaqpərvərliyinizə baxmayaraq həmin şəxsin sizdən razı qalmayacağına və bu səbəbdən ailənizin o şəxsin tərəfini tutaraq sizi incidəcəyinə işarə edilir. Həmçinin, gələn qonağın dedikodusu səbəbilə başınızın ağrıyacağına, bir yerə gedib dincələcəyinizə və bir dostunuza yaşadığınız çətinlikləri danışacağınızı bildirir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 739   Tarix: 21 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr
.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr
.

Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?

Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"

11 oktyabr
.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr
.

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma

11 oktyabr
.

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind

3 oktyabr
.

Kərə yağını uzun müddət təzə saxlamağın yolları

Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ

11 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr