Tiktok-da yay menyusu

Tiktok-da yay menyusuTikTok-da yay menyusu: qarpızda kokteyldən gilas salatına kimi...

Yay aylarında havaların isinməsi ilə birlikdə həm bədənimiz, həm də zövqümüz daha yüngül, təravətli və rəngarəng menyular axtarır. Artıq rəqəmsal platformalarda, xüsusilə TikTok-da çoxsaylı kontent yaradıcıları bu tələbi qarşılayaraq izləyiciləri üçün həm faydalı, həm də dadlı yay reseptləri ilə çıxış edirlər. Onların paylaşdıqları videolarda yay üçün ideal içkilər, mövsümə uyğun tərəvəz və meyvələrlə hazırlanan salatlar, yüngül yeməklər diqqət çəkir.
Bu məqaləmizdə sizi dörd azərbaycanlı TikTok kreatoru ilə tanış edəcəyik. Onlar öz videolarında sadə, əlçatan, eyni zamanda yaradıcı reseptlər təqdim edərək izləyicilərə həm ilham verir, həm də yayın istisində sərinləməyin yollarını göstərirlər.
Bir sözlə, siz də bu mövsümdə dadlı və təravətli menyu hazırlamaq istəyirsinizsə, bu yaradıcıların səhifələrinə keçin və onların paylaşdığı rəngarəng reseptlərlə tanış olun.

Mohito və dondurma: yayın dadı evdə!

Yay gələndə mətbəxdə həm yüngüllük, həm də təravət axtarırıq. Məhz bu ehtiyacı @lovely_culinary hesabı gözəl şəkildə qarşılayır. Yaradıcının təqdim etdiyi rəngarəng, keyfiyyətli və estetik kontent istər vizual olaraq, istərsə də resept baxımından izləyicini heyran qoyur.
Hesabda son paylaşımlar əsasən yay mövzusuna həsr olunub: "Yayda nə yeyək, nə içək?" sualının dadlı cavabları burada! Məsələn, qarpızlı mohito — əsl yay klassikası! Sərinləşdirici və təbii içki isti havada həm rahatladır, həm də enerji verir.
Bundan başqa, çiyələkli mohito resepti ilə də tanış ola bilərsiniz – yay giləmeyvələrinin tamını bu içkidə hiss edəcəksiniz. Yay menyusunu isə şaftalı, bal və qaymaqdan hazırlanan ev üsulu dondurma tamamlayır. Təbii tərkibi və əla görünüşü ilə bu dondurma həm uşaqlar, həm də böyüklər üçün əla seçimdir.
Əgər siz də yayın dadını doyunca çıxarmaq, həm sağlam, həm də ləzzətli təamlar hazırlamaq istəyirsinizsə, bu hesaba nəzər salmağınızı mütləq tövsiyə edirik!

1.2 milyon baxışlı Əcəbsandal: Yayın ulduz resepti

İsti yay günlərində həm təravətli, həm də faydalı yemək və içki reseptləri axtarırsınızsa, @yemeksevgisii hesabı sizin üçün əla mənbədir! Bu hesabda bol tərəvəzli, yüngül yay yeməkləri və meyvə-giləmeyvələrdən hazırlanmış rəngarəng içkilər əsas yer tutur.
Yaradıcı tərəfindən paylaşılmış yay tərəvəzlərindən hazırlanan məşhur "Əcəbsandal" yeməyi izləyicilərin böyük marağına səbəb olub – bu video artıq 1.2 milyon baxış qazanıb! Hesabda qeyri-adi reseptlər də var: məsələn, maraqlı qarğıdalı turşusu və vitaminlə zəngin pərpətöyün yeməyi izləyicilər arasında çox sevilir.
Ən çox baxılan videolardan biri isə cəmi 3 ərzaqla hazırlanan, həm dadlı, həm də təbii yay dondurmasıdır – bu resept 755 min nəfər tərəfindən izlənilib. Hesabda kokteyl, limonad və detoks içkilərinə də geniş yer verilir, bu da yay üçün ideal içki seçimlərini asanlaşdırır.

Qarpız içində kokteyl – Yay içkilərinə yeni baxış

@fehtiram - Bu hesab təkcə TikTok izləyiciləri üçün yox, həm də mətbəx həvəskarları üçün əsl kəşfdir. Tanınmış aşpaz və məşhur kontent yaradıcısı olan Ehtiram bəyin səhifəsində təqdim olunan reseptlər həm qeyri-adi, həm də olduqca dadlıdır. O, hər zaman fərqli yanaşması və kreativ təqdimat tərzi ilə seçilir. Bu səbəbdən də minlərlə insan onu sevə-sevə izləyir.
Yay mövsümünə uyğun maraqlı reseptlərə onun hesabında tez-tez rast gəlmək olar. Məsələn, tərxunlu səbzi qovurma – bu yemək təkcə ləzzəti ilə deyil, təravətli görünüşü və yay ab-havası ilə də fərqlənir. Aşpaz resepti addım-addım izah edir, beləliklə istənilən izləyici asanlıqla bu yeməyi hazırlaya bilər.
Bəs siz gilasdan salat hazırlamısınız? Ehtiram aşpazın gilas salatı qeyri-adi olduğu qədər də dadlıdır – bu salat yayın ən sevilən ləzzətlərindən birinə çevrilə bilər.
Ən maraqlı reseptlərdən biri isə qarpızda təqdim edilən kokteyldir. Qarpız kokteyli tanış gələ bilər, amma qarpızın öz içində hazırlanıb servis edilən bu içki həm görüntüsü, həm də dadı ilə izləyicilərin diqqətini çəkib. Əlbəttə, qarpızın içində hazırlanan kokteyl – yay süfrələrinin ulduzu! Həm təqdimat, həm də təravət baxımından izləyicilərin böyük marağına səbəb olub.

Sərinləşdirici Magnoliya: Yayın Ən Zərif Desertlərindən

Yay aylarında həm mövsümün təzə ləzzətlərindən zövq almaq, həm də qışa dadlı tədarüklər görmək istəyirsinizsə, bu TikTok yemək hesabı - @leils_lifestyle
sizin üçün əsl xəzinədir! Yaradıcı həm yay menyusu üçün maraqlı reseptlər, həm də qışa hazırlıq üçün klassik və qeyri-adi üsullar təqdim edir.
Qış üçün tədarük edilən təamlardan biri – dolma üçün yarpaqlarının bankaya qoyulması – izləyicilər tərəfindən həm faydalı, həm də praktik hesab olunur. Qozlu və sapsarı rəngi ilə iştah açan ərik mürəbbəsi isə süfrələrin əvəzolunmaz şirniyyatıdır.
Yay üçün təqdim olunan dadlı ləzzətlər arasında isə sərinləşdirici magnoliya deserti xüsusi yer tutur. Estetik görünüşü və yüngül dadı ilə isti günlərdə əla seçimdir. Rəngarəng və kreativ təqdim olunan badımcan, bibər və pomidor dolması da həm görünüşü, həm də ləzzəti ilə seçilir.
Sonda demək olar ki, TikTok yaradıcılıları sayəsində yayın istisini dadlı və sərin reseptlərlə unudaraq, həm sağlam, həm də yaradıcı menyular hazırlamaq mümkündür. İstər qarpızda kokteyl, istər gilas salatı, istərsə də qışa hazırlanan mürəbbə və turşular – hər biri TikTok yaradıcılarının fədakar və zövqlü əməyi ilə süfrələrimizə yol tapır. Siz də bu yay fərqli dadlar axtarırsınızsa, bu yaradıcıların səhifələrinə göz atmağı unutmayın!


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1353   Tarix: 22 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həkim yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətini açıqladı

Tanınmış rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətlərindən birini açıqlayıb. xəbər verir ki, mütəxəssis bu barədə "Rossiya 1" telekanalında danışıb. Həkim vurğulayıb ki, yaşlı qadınlar dəmir çatışmazlığı anemiyasına diqqət yetirməlidirlər

30 avqust
.

35 yaşdan sonra qadınların sağlamlığı üçün əsas qida məhsulu - Həkimdən açıqlama

Həkim Sara Marin 35 yaşdan yuxarı qadınlara qida rasionlarına bir qidanı mütləq daxil etməyi məsləhət görüb. xəbər verir ki, "Deia" nəşri onun tövsiyələrini dərc edib. Sara Marin bu yaşda olan qadınlar üçün əsas qida məhsulu kimi sardina balığının adını çəkib. Bu balığın tərkibində çoxlu miqdard

28 avqust
.

Gənc stomatoloq klinikada 36 saat işləyib istefa verdi, görün səbəb nədir - VİDEO

Gənc stomatoloq özəl klinikada işə başladıqdan cəmi 36 saat sonra ağır iş şəraiti və işçi çatışmazlığı səbəbilə istefa verib. xarici mediaya istinadla xəbər verir ki, iki filialı olan klinikada 7 stomatoloqa cəmi bir assistentin xidmət göstərdiyini bildirən gənc həkim peşəkar standartların və gigiyen

28 avqust
.

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Astronomlar Yerdən 33 işıq ili məsafədə pulsasiya edən ulduzun ətrafında indiyədək gizli qalan planet aşkar ediblər. Səma cismi klassik tranzit üsulu ilə deyil, əks olunan işığın yaratdığı kiçik dəyişikliklər sayəsində müəyyən edilib. xəbər verir ki, bu barədə İtaliyanın "ANSA" nəşri Mill

30 avqust
.

Gecikmiş səhər və şam yeməyi ürək-damar xəstəlikləri riskini artırır

Orqanizmin vəziyyəti insanın qəbul etdiyi qidadan birbaşa asılıdır. Məlum olub ki, qidalanma rejimi də sağlamlığa təsir göstərir. Səhər və şam yeməyinin gecikdirilməsi ürək-damar xəstəliklərinin inkişafı riskini artıra bilər. Xüsusilə yaşlı insanlar bu baxımdan risk qrupuna daxildirlər. xəbər verir ki

28 avqust
.

"Qəhvə yuxusu" nədir və hansı faydaları var? - Həkimdən İZAH

Neyrofizioloq Eduard Estivill adi gündüz yuxusu əvəzinə "qəhvə yuxusu"nu sınaqdan keçirməyi məsləhət görüb. xəbər verir ki, o, "Hola" nəşrinə müsahibəsində "qəhvə yuxusu"nun faydalarından danışıb. Eduard Estivillin sözlərinə görə, "qəhvə yuxusu" yatmazdan dərha

27 avqust
.

Küçədəki beton kürələrin ƏSL MƏQSƏDİ AÇIQLANDI

Şəhər mərkəzlərində və piyada yollarında, xüsusilə səki kənarlarına yerləşdirilən beton kürələr və monolit strukturlar estetik görünüşlə yanaşı, yol təhlükəsizliyi və şəhər nizamı baxımından mühüm rol oynayır. xəbər verir ki, "beton duba" və ya "bolard" adlandırılan bu kürə və konu

30 avqust
.

Ağ çörəyə ispanaq əlavə edildi - orqanizmin reaksiyası dəyişdi

Alimlər adi ağ çörəyi daha qidalı etmək üçün onun tərkibinə ispanaq əlavə etməyin mümkün təsirlərini araşdırıblar. xəbər verir ki, tədqiqatda ispanaqla zənginləşdirilmiş çörəyin istehlakından sonra orqanizmin qlükoza və insulin reaksiyası müşahidə edilib. Araşdırmanın nəticələri bu yanaşmanın çörəyi

30 avqust
.

Maşında ürəkbulanma niyə yaranır? - SƏBƏB

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkət xəstəliyi zamanı ürəkbulanma ilə yanaşı baş ağrısı, soyuq tər və halsızlıq da müşahid

30 avqust