Amurda təyyarə qəzasında ölənlərlə bağlı vilayətdə üçgünlük matəm elan olunub - YENİLƏNİB-4

Amurda təyyarə qəzasında ölənlərlə bağlı vilayətdə üçgünlük matəm elan olunub - YENİLƏNİB-4Rusiyanın Amur vilayətində "An-24" təyyarəsinin qəzasında ölənlərlə bağlı üçgünlük matəm elan edilib.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri qubernator Vasili Orlova istinadən məlumat yayıb.

Onun sözlərinə görə, regionun bütün ərazisində bayraqlar 25, 26 və 27 iyul tarixlərində endirilmiş vəziyyətdə olacaq: "Bu dəhşətli faciə 48 nəfərin həyatına son qoyub. Həlak olanların ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm".

12:38
Rusiyanın Baş naziri Mixail Mişustin Amur bölgəsində "An-24" təyyarəsinin qəzasının nəticələrinin aradan qaldırılması üçün hökumət komissiyası yaradıb.

"Report"un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, komissiyaya nəqliyyat naziri Andrey Nikitin rəhbərlik edəcək.

M.Mişustinin tapşırığı ilə Nikitin və "Rosaviasiya"nın rəhbəri Dmitri Yadrov təyyarə qəzası yerinə uçacaqlar.

"Rosaviasiya"nın məlumatlarına görə, qəzaya uğrayan "An-24" təyyarəsi 2018-ci ildən bəri dörd hava insidentində iştirak edib.

11:36
Amur vilayətində qəzaya uğrayan "An-24" təyyarəsinin bütün sərnişinləri həlak olub.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

İlkin versiya kimi pis görüntü şəraitində eniş zamanı ekipajın səhvi nəzərdən keçirilir.

Xilasetmə qrupları ərazinin çətin keçilən olması səbəbindən qəza yerinə enə bilməyiblər, buna görə də yanmaqda olan təyyarə qalıqlarına piyada yollanıblar.

Bundan əlavə, qəza yerində yanğın baş verib.

10:48
Rusiyada radarlardan itən "An-24" sərnişin təyyarəsinin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə təcili xidmətlər məlumat verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, axtarış işləri zamanı "Rosaviasiya"nın "Mi-8" helikopteri "AN-24" təyyarəsinin gövdəsini aşkar edib.

Qurum əlavə edib ki, təyyarə düşdükdən sonra yanıb. Xilasedicilər qəza yerinə yollanırlar.

Bildirilib ki, təyyarədə 43 sərnişin (onlardan 5-i uşaq) və 6 ekipaj üzvü olub.

10:05
Rusiyanın Amur vilayətində sərnişin təyyarəsi radarlardan itib, onunla əlaqə yoxdur.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" təcili xidmətlərə istinadən məlumat yayıb.

Təyyarənin göyərtəsində 40 sərnişin və 6 ekipaj üzvü var.

Bildirilib ki, "An-24" təyyarəsi Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edirdi.

Son nöqtəyə yaxın sərnişin təyyarəsi radardan itib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1338   Tarix: 24 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nobel mükafatının məbləği artırıldı

Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb

20 sentyabr
.

Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı

İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd

19 sentyabr
.

CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib

ABŞ son bir neçə ay ərzində 1 milyard bareldən çox neftin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper "X" sosial şəbəkəsində paylaşılan videomüraciətind

20 sentyabr
.

ABŞ-də dizelin qiyməti rekordu yeniləyib

ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd

20 sentyabr
.

Ata oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı

Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə

20 sentyabr
.

Trampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi

ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd

20 sentyabr
.

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib

Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah

20 sentyabr
.

Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb

Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm

20 sentyabr
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20 sentyabr