Paşinyana hərbi mesaj: Rusiya Ermənistandakı bazasını niyə gücləndirir?

Paşinyana hərbi mesaj: Rusiya Ermənistandakı bazasını niyə gücləndirir?Ermənistanın "Hraparak" qəzeti Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasını gücləndirməsi barədə məlumat yayıb. Xəbərə əsasən, son həftələr Gümrüdəki bazaya çoxlu sayda hərbi texnika və sursat gətirilib. Bunun hansı məqsədlə edildiyi hələlik məlum olmasa da, versiyalardan birinə görə, Moskva Ermənistanın ondan uzaqlaşmasını həzm edə bilmədiyi üçün bu addımı atır və regionda mümkün dəyişikliklərə hazırlaşır. Nəşr həmçinin iddia edir ki, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin vəziyyəti açıq şəkildə şərh etmir.

Bəs, Rusiya Ermənistanda hərbi mövcudluğunu niyə artırır və bunun region üçün fəsadları ola bilər?

Mövzu ilə bağlı Oxu.Az-a danışan sabiq deputat, siyasi şərhçi Yusif Bağırzadə bildirib ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və sazişə uyğun olaraq 25 il üçün nəzərdə tutulmuşdu:

"Yəni 2020-ci ildə artıq müqavilənin vaxtı bitməli idi. Lakin Medvedev Rusiya prezidenti olduğu dönəmdə 2010-cu ildə yeni saziş imzalandı və Ermənistanda Rusiya hərbi bazasının mövcudluğu 2044-cü ilə qədər uzadıldı. Bu hərbi bazada şəxsi heyətin sayı 5000 nəfərdən ibarətdir və bu, Ermənistanla imzalanmış ikitərəfli müqavilədə də əks olunub. Bundan başqa hərbi bazadakı texnika sayı da məlumdur. Bura "S-300" hava hücumundan müdafiə raket sistemi, "MiQ-29" döyüş təyyarələri, "Mi-24P" və "Mi-8MT" helikopterləri, həmçinin "T-72" tankları, "BMP-1" piyada döyüş maşınları, "2S1" özüyeriyən haubitsaları, "BM-21 Qrad" reaktiv yaylım atəşi sistemləri və "Smerç" batareyaları daxildir. Lakin 2023-cü ildə bu hərbi texnikanın bir hissəsi və eləcə də şəxsi heyətin təqribən 1500 nəfəri Ukrayna cəbhəsinə cəlb olundu. İndi isə Ermənistanın açıq şəkildə qərbyönümlü siyasət yürütməsi, Rusiyaya qarşı mövqeyi Moskvanı Ermənistandakı hərbi mövcudluğunu artırmağa vadar edir".

"Düşünürəm ki, Rusiya ən yaxşı halda iki il əvvəl məcburiyyət qarşısında 102-ci bazadan çıxarılan texnika və şəxsi heyətin yerini doldurmaq istiqamətində addımlar ata bilər. Sazişdə nəzərdə tutulandan əlavə qüvvənin cəlb olunması indiki halda Ukrayna ilə müharibənin davam etdiyi müddətcə Rusiyanın özü üçün də çətindir. Üstəlik Ermənistan hakimiyyətinin də buna imkan verəcəyi inanadırıcı deyil. Çünki Paşinyan da kifayət qədər yaxşı başa düşür ki, 102-ci bazaya əlavə əsgər və texnika yığmaq ilk növbədə Ermənistanın özü üçün təhlükədir", - ekspert vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Rusiyanın Ermənistanda və ümumiyyətlə regionda hərbi mövcudluğunu artırması və ya qorumaq istəməsi Ermənistana və o cümlədən də regiona təsir imkanlarını əldən verməməyə hesablanıb:

"Rusiya Ermənistanda hərbi baza vasitəsilə ilk növbədə son dövrlərdə aktiv şəkildə Rusiyadan uzaqlaşma yolu tutan, hətta KTMT-dən belə çıxmaqla bağlı rəsmi olaraq qərar verməyə hazırlaşan Ermənistan hakimiyyətini təzyiq altında saxlamaq istəyir. Təbii ki, vəziyyətdən asılı olaraq çevrilişə dəstək və təxribatlarda da hərbi bazadan istifadə olunması ehtimalları var. Üstəlik, Rusiyanın imperiya maraqları və ambisiyaları da məlumdur ki, bu da 102-ci hərbi bazanı təkcə Ermənistan üçün yox, eləcə də Cənubi Qafqaz regionu üçün təhlükəyə çevirir".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 809   Tarix: 26 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı

Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə

20 sentyabr
.

Nəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı

Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"

21 sentyabr
.

Trampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi

ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd

20 sentyabr
.

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib

Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah

20 sentyabr
.

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir

20 sentyabr
.

Tramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı

ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd

20 sentyabr
.

Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı

Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba

20 sentyabr
.

Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb

Albaniyanın Baş naziri Edi Rama 2030 Gündəliyinə və Avropa İttifaqına (Aİ) inteqrasiyaya sadiqliyini bir daha təsdiqləyib. "Report"un Balkan bürosu xəbər verir ki, Rama BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrasına həsr olunmuş 2026-cı il "SDG Moment" yüksək səviyyəli tədbir

20 sentyabr
.

Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib

Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad

20 sentyabr