Qətldə təqsirli bilinən gəncə ağır cəza verildi
Bakıda mübahisə etdiyi şəxslərdən birini qətlə yetirməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq Həsən Kazımov 9 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilənin 10 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, qətllə bağlı şübhəli şəxs qismində 2007-ci il təvəllüdlü Həsən Kazımov barəsində həbs qətimkan tədbiri seçilərkən, o, yetkinlik yaşına çatmadığəna görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş Penitensiar Müəssisəsində saxlanılıb.
İttihamda bildirilib ki, Həsən Kazımov 16 noyabr 2024-cü il tarixdə saat 22:30-da Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 1 ünvanında yerləşən kafeyə daxil olmaq istəyərkən, kafenin qarşısında dayanmış Ümid Hikmət oğlu Soltanov, Adil İsmayılov və digərlərinə öz aralarında nalayiq ifadələr işlətməklə yüksək səslə danışmaqlarına iradını bildirib. Bu zaman Adil Ismayılovla aralarında mübahisə yaranıb və əlbəyaxa olublar. Bundan sonra hadisə yerində olan Ümid Soltanovla da mübahisə edərək əlbəyaxa olublar. İstintaq zamanı o da müəyyən olunub ki, Həsən Kazımov üzərindəki ov bıçağı ilə Ümid Soltanovun qarın nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən çoxlu qan itirən Ümid Soltanov həyatını itirib.
Həsən Kazımov ona elan edilmiş ittihama görə özünü qismən təqsirli bilərək, baş verən hadisəni 8 nəfərin onunla mübahisə edərək əlbəyaxa olması zamanı baş verdiyini deyib.
Həsən Kazımov şübhəli şəxs qismində saxlanılaraq barəsində cinayət məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) ilə yanaşı digər maddələrlə də ittiham irəli sürülüb.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1121 Tarix: 28 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kürdəmirdə qardaş bacısını qətlə yetirdi
Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl
15 sentyabr 2021Bakı sakini döyülərək öldürüldü
Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda
1 sentyabr 2021Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR
Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd
9 sentyabr 2021İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı
İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi
5 sentyabr 2021Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd
11 sentyabr 2021Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı
Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə
1 sentyabr 2021