Evlilikdəki problemləri həll etmək üçün MƏSLƏHƏTLƏR

Evlilikdəki problemləri həll etmək üçün MƏSLƏHƏTLƏRİlkin mərhələdə hər şey nağıl kimi görünür romantika, dəstək, ortaq gələcəyə dair arzular. Lakin evlilikdən və ya birgə yaşamağa başladıqda reallıq üzə çıxır. Gündəlik vəzifələr, ev işləri, fərqli gözləntilər. Əgər bu məsələlər vaxtında həll edilməzsə, məişət problemləri münasibətləri tədricən sarsıda və hətta onların sonuna gətirib çıxara bilər.

Məişət həyatında ən çox dağıdıcı olan münaqişələr hansılardır və onlara necə yanaşmaq lazımdır?

Lent.az xəbər verir ki, bu barədə həyat koçu Vitaliy Kursik xarici medialardan birinə danışıb.

Məişət həqiqətən sevgini məhv edirmi?

Mütəxəssisin fikrincə, cütlüklər tez-tez eyni şeylər üzərində mübahisə etməyə başlayır: təkrarlanan incikliklər, anlaşılmazlıqlar. Problem sadəcə yuyulmamış qab-qacaq və ya yerə atılmış paltarlarla bağlı deyil, ədalətsizlik hissi və fərqli tərbiyə modelləri ilə əlaqəlidir.

Bir ailədə ana hər şeyi özü görürsə, digərində vəzifələr paylaşılır. Cütlük eyni evdə yaşamağa başlayanda bu fərqlər toqquşur. Hər iki tərəf ev işlərinə alışmayıbsa, əməkdaşlıq yerinə məsuliyyətin bir-birinə ötürülməsi başlayır. Yəni problem məişət deyil, güzəştə getmə və razılaşma bacarığının olmamasıdır.

"Yenə qabları yumadın?"

Söhbət çirkli boşqablardan getmir. Əsas məsələ tərəflərdən birinin ev işlərində bərabər pay almamasından narahat olmasıdır. Bunun həlli isə mübahisə yox, konstruktiv bölgüdür. İşləri növbələşdirmək və ya vəzifələri dəqiq bölüşdürmək olar. Əsas odur ki, hər iki tərəf ədalətli yanaşma hiss etsin.

Maliyyə münaqişələri

Ailədə tez-tez gəlir və xərclərlə bağlı mübahisələr yaranır. Kim nə qədər qazanır, nəyə pul xərcləyir, niyə lazımsız bir şey alınıb və ya bahalı yemək sifariş olunub.

Koçun sözlərinə görə, əsas məsələ budur. Siz ortaqsınız, yoxsa sadəcə birgə yaşayan insanlar? Ailə büdcəsini birlikdə aparırsınız, ya da hər kəs öz qazancı ilə ayrı hərəkət edir? Əsas odur ki, hər iki tərəf üçün uyğun olan model seçilsin.

Valideynlərin müdaxiləsi

"Ana dedi ki, sənin bişirdiyin borş yaxşı deyil" kimi sözlər ciddi mübahisəyə səbəb ola bilər. Burada əsas məsələ yemək deyil, gənc ailənin sərhədləri və müstəqilliyidir.

Borş doğrudan da daha dadlı olmasa belə, bunu səsləndirmək münasibətlərə zərər verə bilər. Əks halda, "mənim atam səndən yaxşı qazanır" kimi cavablar alınar. Belə müqayisələr acıdır və fayda vermir.

"Yenə istirahət günlərini heç nə etmədən keçirdin"

Biri üçün bu günlər dincəlmək üçündür, digəri üçün isə ev işləri görmək şansıdır. Əgər prioritetlər fərqlidirsə, münaqişə qaçılmazdır.

Birinə görə yerə atılmış corab adi şeydir, digəri üçün isə narahatlıq mənbəyidir. Əgər təmizlik standartlarınız uyğun gəlmirsə, ev işlərinə köməkçi cəlb etmək yaxşı çıxış yolu ola bilər.

Sizi qıcıqlandıran vərdişlər

Açıq qoyulmuş diş pastası, hər yerdə corablar, səsli yemək yemək – bunlar xırda məsələlərdir, amma toplanaraq əsəbi artıra bilər.

Sevdiyiniz insanın göz rənginə və ya bədənindəki izlərinə alışmısınızsa, vərdişlərinə də alışmağa çalışın. Qarşıdurma yaratmaq əvəzinə, alternativlər təklif edin və ya bu halların qarşısını alan sistem qurun.

Başqaları ilə müqayisə

"Ayselin əri özü paltar yuyur", "İsmayılın arvadı işləyib ev işlərinə də çatır" – bu kimi ifadələr motivasiya yox, inciklik yaradır.

Məişət həyatının özü düşmən deyil, münasibətlərin ayrılmaz hissəsidir. Söz-söhbətlərin faciəyə çevrilməməsi üçün əsas şərt mütəmadi ünsiyyət və anlaşmadır. Əgər danışmaq əvəzinə kin saxlanılırsa, problem böyüyür.

Münasibətləri təmiz ev və ya ideal büdcə deyil, "biz bir komandayıq" hissi qoruyur. Hətta biri zibili çıxarmağı unudanda belə.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 785   Tarix: 28 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr
.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr
.

Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?

Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"

11 oktyabr
.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr
.

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma

11 oktyabr
.

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind

3 oktyabr
.

Kərə yağını uzun müddət təzə saxlamağın yolları

Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ

11 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr