Anası onu həbsdən xilas etdi, filmə baxması qadağan edildi, Bred Pitə görə peşman oldu

Anası onu həbsdən xilas etdi, filmə baxması qadağan edildi, Bred Pitə görə peşman olduAnası onu həbsdən xilas etdi, filmə baxması qadağan edildi, Bredd Pittə görə peşman oldu, Oskar mərasimindən evə yemək apardı – Denzel Vaşinqton kimdir?

Ölkə.Az məşhur amerikalı aktyor Denzel Vaşinqton haqqında maraqlı faktları təqdim edir.

Aktyor 1954-cü ildə Nyu Yorkda doğulub. Onun atası keşiş olub, anası isə gözəllik mərkəzində işləyib. Bəzi məlumatlara görə, aktyor atasının adını daşıyır. Bir sıra mənbələr yazır ki, ona dünyaya gəlməsində iştirak edən həkimin adı verilib.

Özünün sözlərinə görə, balacalığında çox nadinc uşaq olub. Hətta ABC News-a müsahibəsində bildirib ki, 3 ən yaxın dostu onillərlə həbsxanada qalıb. Aktyor deyir ki, onu da dostları kimi həbsə düşməkdən xilas edən şəxs anası olub. Çünki Denzel hədsiz dəcəl idi və o da dostlarının yolunu gedə bilərdi.
Maraqlıdır ki, hazırda çox məşhur aktyor olsa da, uşaq olanda Denzeli filmə baxmağa qoymurdular. Çünki onun atası keşiş idi və sadəcə 2 filmə baxmasına icazə verirdi. Denzel deyir ki, uşaq olanda aktyor olmaq onun üçün heç xəyal belə deyildi.

Arzusu həkim və ya hüquqşünas olmaq idi. Lakin hər iki ixtisas üçün uyğun olmadığını düşünən Denzel sonradan fikrini dəyişir və jurnalistika üzrə təhsil alır.

Daha sonra aktyorluğa yönələn dinzel 1999-cu ildə jurnalistlərə açıqlamasında keşiş olmaq barədə fikirlərindən də danışıb.

Aktyor müsahibələrinin birində uşaq olarkən bir qadının onun gözünə görünərək gələcəyi barədə sözlər dediyini söyləyib:

"27 mart 1975-ci ildə Nyu-Yorkda anamın gözəllik salonunda oturduğumu xatırlayıram. Güzgüdə bir qadının mənə baxdığını görürdüm. O, mənə "Sən milyonlarla insanla danışacaqsan, böyük işlər görəcəksən!" dedi".

Denzel həkim ola bilməsə də, düz 6 il "həkim Çadler" obrazını canlandırıb. Məhz bu rolu onun tanınmasına səbəb olub.
Aktyorla bağlı maraqlı faktlardan biri də budur ki, Oskar mükafatına layiq görülən "Se7en" filmində Bredd Pitin canlandırdığı detektiv obrazı əvvəlcə Denzel Vaşinqtona təklif edilsə də, o qəbul etməyib. Denzel filmi izlədikdən sonra bu qərarına görə çox peşman olub.

Ümumilikdə 50-dən çox rola çəkilən Denzel karyerası boyunca dəfələrlə Oskar mükafatına layiq görülüb. Namizəd olduğu ilk illərdsə aktyor bu mükafatı çox arzulasa da, qalib olmayacağını düşünürdü. Ona görə də namizəd kimi qatıldığı ilk mərasimi tez tərk etmişdi. Hətta aktyor evə əliboş qayıtmamaq üçün Oskar mərasiminə gələn qonaqlar üçün hazırlanmış yeməkdən də götürüb apardığını deyir:

"Rəqibim olan digər namizəd səhnəyə sadəcə mükafat vermək üçün çıxanda 3 dəqiqə ayaqda alqışlandı. Mən də dedim ki, yaxşı, paltoları götürüm, çünki bu gecə qazanmayacağımı bilirəm. Oskar mükafatı almasam da, evə əliboş qayıtmadım. Çıxanda böyük bir nimçə gördüm və özümə dedim ki, buradan nəyləsə ayrılıram".
Sonradan o,"Glori" (1989) filmindəki kölə roluna görə "Ən yaxşı köməkçi kişi aktyor" və "Training Day" (2001) filmində korrupsioner polis roluna görə "Ən yaxşı kişi aktyor" nominasiyasında "Oscar" qazanıb.

Karyerası boyu Akademiya, Qızıl Qlobus, Ekran Aktyorları Gildiyası Mükafatı və Toni Mükafatlarına layiq görülüb.
Evli və 4 uşaq atası olan Denzelin övladları da əyləncə sektorunda çalışır. Onun həyat yoldaşı və 2 övladı aktyorluqla, digərləri isə rejissorluq və prodüserliklə məşğuldur. Sənətini çox sevən aktyor kiçik oğluna məşhur personajlarından biri olan "Malcolm X" adını verib.
Denzel Vaşinqtonun ümumi sərvəti 300 milyon dollardır. O, təkcə sənəti deyil, xeyriyyəçilik fəaliyyəti ilə də tanınır. Aktyor "Equalizer"(ekvalayzer) filmlərindən qazandığı gəlirin çoxunu Afrikada 12 göz klinikası qurmaq üçün ianə edib.

Pandemiyada Qanaya tibbi yardım daşıyan 30 yük təyyarəsini öz imkanları ilə maliyyələşdirib.
Yüzlərlə tələbəyə təqüd verərək təhsil almalarına dəstək olub. Qazi ailələrdən xəstə uşaqlara yoxsulluqdan heyvan hüquqularına qədər bir çox sahədə dəstək göstərib. Onun təhsilinə dəstək verdiyi şəxslər arasında "Qara Pantera" rolu ilə tanınan aktyor məşhur aktyor Çedvik Bouzmen də var. O, bir dəfə mükafat alarkən demişdi ki, Denzel Vaşinqton olmadan "Qara Pantera" da ola bilməzdi.

Denzel çox vaxt "Holivudda qara aktyorların imkanlarını genişləndirən" insan kimi göstərilir. Onun qazandığı uğurlar sayəsində digər afroamerikalı aktyorlar da daha iri layihələrdə baş rollar almağa başlayıb.

Vaşinqton yalnız aktyor deyil, həm də uğurlu rejissordur. "Antwone Fisher" (2002) (ENTVON FİŞR) və "Fences" (FENSES) kimi filmlərə rejissorluq edib.
Onun səhnədə yeganə prinsipi isə çılpaq səhnələrə çəkilməməkdir.

Hazırda da səhnə fəaliyyəti ilə məşğul olan aktyor bir neçə filmdən sonra təqüdə çıxacağını açıqlayıb. O, yaşından dolayı daha sakit həyat tərzi keçrimək istədiyini deyir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 819   Tarix: 28 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr
.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr
.

Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?

Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"

11 oktyabr
.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr
.

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma

11 oktyabr
.

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind

3 oktyabr
.

Kərə yağını uzun müddət təzə saxlamağın yolları

Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ

11 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr