Gəncədəki amansız qətlin təfərrüatı: Əvvəl oboy bıçağı ilə vurub, sonra daşla öldürdü
Gəncədə 44 yaşlı kişinin xüsusi amansızlıqla qətlə yetirilməsinin təfərrüatı məlum olub. Qətli törədən şəxs mərhumun sifətinə oboy bıçağı ilə çoxsaylı zərbələr vurubmuş. Sonra da daş parçası ilə başına xəsarətlər yetiribmiş.
Oxu.Az Musavat.com-a istinadla xəbər verir ki, hadisə Gəncə şəhəri, Totanlı küçəsində baş verib.
1980-ci il təvəllüdlü Şəmistan Süleymanov qohumu 1971-ci il təvəllüdlü Nəsimi Mustafayev tərəfindən qətlə yetirilib.
İstintaqla müəyyən edilib ki, qətlin baş verməsinə səbəb tərəflər arasında pula görə yaranmış mübahisə olub. Belə ki, hadisədən bir müddət əvvəl Nəsimi Mustafayev qeyri-rəsmi münasibətdə olduğu Könül adlı qadını axtarmaq üçün qohumlarının evinə gedib. Evə daxil olarkən pəncərənin şüşəsini sındırıb.
Bundan sonra ona oğurluq maddəsi ilə ittiham irəli sürülüb. İttihamda göstərilib ki, Nəsimi həmin evdən 400 manat dəyərində qızıl da oğurlayıb. Lakin Nəsimi bu ittihamı qəbul etməyib.
Nəsimi dindirilən zaman deyib:
"Mən həmin vaxt Könülü axtarmağa getmişdim. Çünki Könülün çox vaxt qohumugilə getdiyini bilirdim. Həmin gün Könülü orada tapa bilmədim. Pəncərənin şüşəsini sındırmışdım. Amma oğurluq etməmişdim. Yenə də qızılın pulunu ödəməyə razılaşdım. Ayda 50 manat ödəyəcəkdim. Hadisə günü Şəmistan mənə zəng edib həmin pulu tələb etdi. Şəmistan da onların qohumu idi. Telefonda söyüşlə danışdı. Onu görüşə çağırdım. Yenə də mənimlə mübahisə edib, söyüş söyməyə başladı. Mən də vurdum".
İstintaqla müəyyən edilib ki, Nəsimi cibində olan bıçaqla Şəmistanın qulaq, boğaz, burun və sifətinin müxtəlif nahiyələrinə zərbələr endirib. Şəmistan oboy bıçağını Nəsiminin əlindən alaraq yerə atmağı bacarıb. Lakin Nəsimi amansız əməlini davam etdirərək yerdən götürdüyü daş parçası ilə Şəmistanın baş nahiyəsinə çoxsaylı zərbələr endirib.
Nəsimiyə qarşı xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Daha əvvəl törətdiyi oğurluq əməli də nəzərə alınaraq 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1119 Tarix: 28 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kürdəmirdə qardaş bacısını qətlə yetirdi
Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl
15 sentyabr 2021Bakı sakini döyülərək öldürüldü
Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda
1 sentyabr 2021Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR
Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd
9 sentyabr 2021İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı
İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi
5 sentyabr 2021Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd
11 sentyabr 2021Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı
Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə
1 sentyabr 2021