Bazar yerində 5 nəfəri qətlə yetirib sakit şəkildə hadisə yerindən uzaqlaşdı - VİDEO
Taylandın paytaxtı Banqkokda izdihamlı bazar yerində baş verən silahlı hücum dəhşət saçıb.
Sonxeber.az xəbər verir ki, qara köynək geyinmiş və qarşısında çanta daşıyan silahlı şəxs günorta saatlarında "Or Tor Kor" bazarına gələrək ətrafa nəzarətsiz şəkildə atəş açıb.
Hadisə nəticəsində azı 5 nəfər həlak olub. Ölənlər arasında bazar satıcıları və mühafizəçilər də var.
Silahlı şəxs hücumdan sonra ərazidən qaçaraq qısa müddət sonra öz silahı ilə intihar edib. Hadisə anı təhlükəsizlik kameralarına düşüb – kadrlarda onun əlində tapança ilə heç bir təşviş göstərmədən avtodayanacağa doğru getdiyi görünür.
Tayland polisi hadisənin səbəblərini araşdırır. Hücum edən şəxsin kimliyi hələlik açıqlanmayıb. Polis eyni zamanda hadisənin Taylandla Kamboca arasında son günlərdə yenidən alovlanan sərhəd qarşıdurmaları ilə əlaqəli olub-olmadığını da araşdırır.
Sözügedən hücum Tayland və Kamboca arasında davam edən sərhəd münaqişəsinin gərgin mərhələyə keçdiyi bir vaxtda baş verib. Keçən həftə sərhəd bölgəsində partlayan mina nəticəsində beş Tayland əsgəri yaralanıb və bu insidentdən sonra iki ölkə arasında yeni silahlı toqquşmalar başlayıb.
Son günlərdə Tayland, Kambocanın BM-21 tipli raket hücumlarına cavab olaraq F-16 qırıcı təyyarələri ilə əks-hücumlar təşkil edib. İndiyədək baş verən toqquşmalarda 35 nəfər həyatını itirib, 260 mindən çox insan isə evlərini tərk etməyə məcbur qalıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 989 Tarix: 28 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin
20 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrİran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə
20 sentyabrAvropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir
Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar
21 sentyabrTramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı
ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd
20 sentyabrİtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni
21 sentyabrUkrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib
Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah
20 sentyabr