Sevgilisini daşla öldürməkdə təqsirləndirilən şəxs məhkəmədə hadisədən danışdı
Bakıda qadını daşla öldürməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İgid Rəcəbzadə sərbəst ifadə verərək bildirib ki, Elnarə İbrahimova ilə bir il sevgili münasibətində olub. Təqsirləndirilən onu da bildirib ki, o, sevgilisi ilə görüşmək üçün onun bacısıgilə gedirmiş. O, hadisə barədə belə ifadə verib:
"Hadisə baş verən gün Elnarə ilə marketə getmişdik. Getməzdən öncə danışıb öncədən ora gedəcəyimiz barədə razılaşmışdıq, ona geyim almağa gedirdik. Aldıqlarının pulunu mən verəcəkdim, amma heç nə almadı deyə ödəniş etmədim. Mağazadan çıxanda taksiyə mindik, hadisə baş verən yerə maşınla getdik. Daha sonra Elnarə maşını dayandırdı. Səbəbini soruşdum mənə heç nə demədi. Hadisə baş verən əraziyə çatanda qışqırmağa başladı, mənə qarşı çox ağır söyüşlər söydü, itələdi, vurdu məni. Niyə belə etdiyini öyrənməyə çalışdım, amma heç nə demədi. Sonra ona zəng gəldi, qırağa çəkilib zəngə cavab verdikdən sonra yenə yanıma gəlib məni söydü. Ona yumruq vurdum yerə yıxıldı. Vurduğum anı xatırlamıram. Daşla bir dəfə vurmuşam başına. Daşın ölçüsü kiçik idi. Daha sonra isə hadisə yerindən uzaqlaşmışam. Söyüşə görə öldürmüşəm onu. Məni nəyə görə söydü - hələ də bilmirəm".
Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəni təsdiq etməyib.
Məhkəmənin növbəti iclası sentyabrın 16-a təyin edilib.
Qeyd edək ki, ötən ilin dekabrın 17-də Sabunçu rayonu ərazisində 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1995-ci il təvəllüdlü İgid Rəcəbzadənin rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi nikah münasibətində yaşadığı Elnarə İbrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb. İgid Rəcəbzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu