Uzun müddət günəş altında qalmaq şişkinliyə səbəb olur - Həkimdən XƏBƏRDARLIQ
Uzun müddət günəş altında qalmaq limfa sistemində problemlərin yaranmasına gətirib çıxarır ki, bu da xüsusilə üzdə və ayaq biləklərində şişkinliyə səbəb olur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı dermatoloq və kosmetoloq Qalina Amosova Gazeta.ru nəşrinə müsahibəsində danışıb.
"İstilik və ultrabənövşəyi şüaların təsiri altında damarların klapanları zədələnir və maye durğunlaşmağa başlayır. Həmçinin günəş şüaları hüceyrələrarası mayeni qatılaşdırır və onu yapışqan hala gətirir. Bu da birlikdə orqanizmə mənfi təsir göstərir", - deyə həkim bildirib.
Şişkinliyin qarşısının alınması üçün kosmetoloq, xüsusilə Günəşin aktivliyinin pik nöqtədə olduğu vaxt gün altında uzun müddət qalmaqdan çəkinməyi tövsiyə edib. Əgər artıq günəş yanıqları varsa, həkim iki-üç gün ərzində zədələnmiş bölgələrə "pantenol" sürtməyi, daha sonra tərkibində antioksidantlar olan məhsullardan - C və E vitaminləri, həmçinin hialuron və ferul turşusu, aloe və seramidlərdən istifadə etməyi məsləhət görüb.
"C vitamini təhlükəli sərbəst radikalları zərərsizləşdirir və bərpa edir, E vitamini hüceyrə membranlarının lipid təbəqələrini qoruyur. Ferul turşusu C və E vitaminlərini stabilləşdirir, iltihabın əsas mediatorunun aktivləşməsini bloklayır. Yaşıl çay ekstraktı iltihabı azaldır, fibroblast DNT-sini ultrabənövşəyi şüa zədələnməsindən qoruyur. Resveratrol uzunömürlülük zülallarını aktivləşdirir, hüceyrə bərpasını gücləndirir", - deyə Qalina Amosova qeyd edib.
Yayda limfa sisteminin dəstəklənməsi üçün olan antioksidantlar, kosmetoloqun bildirdiyinə görə, qidadan da əldə edilə bilər. Onun sözlərinə görə, balığın yağlı növləri iltihabı azaldan omeqa-3 mənbəyidir. Amosova vurğulayıb ki, qızılbalığın tərkibindəki astaksantinin C vitaminindən 6 000 dəfə güclüdür.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 572 Tarix: 29 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dondurucudakı buz kublarının dadı niyə qəribə olur: bunu necə düzəltmək olar?
Soyuq içkilərə əlavə edilən şəffaf və təmiz buz kubları içkinin dadını daha xoş edir. Ancaq bəzən evdə hazırlanan buzun qəribə qoxu və ya dad verməsi bütün zövqü korlayır. Mütəxəssislərin fikrincə, bunun səbəbi əksər hallarda buz hazırlayan sistem deyil, dondurucudakı şərait və qulluq qaydalarıdır. xəbə
12 iyulBahalı dönər gündəm oldu: Nazirlik yoxlama apardı - VİDEO
İstanbulun tarixi Kapalıçarşısında çörəkarası dönərin 3 min TL-yə satılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdən sonra Türkiyənin Ticarət Nazirliyi müəssisədə yoxlama aparıb. xarici mediaya istinadla xəbər verir ki, İstanbul Ticarət İl Müdirliyi və Fatih Bələdiyyəsinin bələdiyyə nəzarətçilərini
14 iyulPsixoloqlara görə bir kişinin sevgisinin azaldığını göstərən 4 əsas əlamət
Münasibətlərdə sevginin azalması çox vaxt qəfil deyil, zamanla inkişaf edən bir prosesdir. Mütəxəssislərin fikrincə, davranışlardakı, ünsiyyət tərzindəki və emosional yaxınlıqdakı dəyişikliklər münasibətlərin gedişatı haqqında mühüm ipucları verə bilər. Ölkə.az -a istinadən xəbər verir ki, bir münasibəti
13 iyulƏlləriniz xəstəliyinizdən xəbər verir - Diqqətdən qaçan təhlükəli əlamət
Həkimlər xəbərdarlıq edirlər ki, barmaqların hərəkətində yaranan bəzi dəyişikliklər təhlükəli xroniki xəstəliyin ilk əlamətlərindən biri ola bilər. Mütəxəssislərin sözlərinə görə, barmaqları tam açmaqda çətinlik, ağrı və onların ovuc istiqamətində öz-özünə bükülməsi gizli şəkərli diabetdən xəbər ver
12 iyulSuda boğulan şəxsə necə kömək etmək lazımdır?
Suda boğulma çoxşaxəli bir prosesdir və hər zaman tənəffüs yollarına suyun dolması ilə nəticələnmir. xəbər verir ki, rusiyalı xilasedici-təlimatçı Dmitri Mikryukov bildirib ki, suda boğulma hər zaman tənəffüs yollarına su dolması ilə nəticələnmir. Onun sözlərinə görə, insan suya düşəndə əvvəlcə reflek
11 iyulOturaq işdə artıq çəki almamaq üçün nə etmək lazımdır?
Bir çox insan güclü iş yükü olan dövrlərdə çəkinin artdığını müşahidə edir. Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi stresin özü deyil, onun yaratdığı həyat tərzi dəyişiklikləridir. xəbər verir ki, bu barədə adaptiv bədən tərbiyəsi və idman üzrə mütəxəssis Olqa Derendeyeva-Kurtova -ya danışıb. Bəz
13 iyulBadımcanı yayda çox yeyin
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil, sağlamlığa faydaları ilə də seçilir. Mütəxəssislərin sözlərinə görə, bu tərəvəz düzgün şəkildə hazırlandıqda orqanizm üçün bir sıra üstünlüklər təmin edir. Axşam.az xəbər verir ki, badımcan liflə zəngin olduğu üçün həzmi yaxşılaşdırmağ
11 iyulAta və iki qızı dənizdə öülmlə burun-buruna gəldi - VİDEO
Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda sərinləmək üçün dənizə girən ata və iki qızı təhlükəsizlik üçün qoyulan şamandıraların kənarına keçdikdən sonra axına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisəni görən ətrafdakı vətəndaşlar və sahildəki əməkdaşlar dərhal müdaxilə edərək ailən
13 iyul