Rusiyada partlayışlardan sonra Türkmənistandan qaz nəql edən qaz kəməri sıradan çıxıb
Rusiyada partlayışlardan sonra "Mərkəzi Asiya-Mərkəz" magistral qaz kəməri sıradan çıxıb.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" mənbələrə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, avqustun 2-də Volqoqrad vilayətində "Mərkəzi Asiya-Mərkəz" magistral qaz kəməri sıradan çıxıb. O, "Qazprom"a məxsus qaz kəməri sisteminin bir hissəsidir və Türkmənistandan təbii qazı Özbəkistan və Qazaxıstan vasitəsilə Rusiyaya nəql edir.
Qeyd olunur ki, partlayışlar barədə xəbərlərdən sonra Rusiyanın fövqəladə hallar xidmətləri qaz kəmərinə doğru yola düşüb. Yerli sakinlərin sözlərinə görə, hüquq-mühafizə orqanları və təmir briqadaları partlayışın nəticələrini aradan qaldırmaq üçün Volqoqrad vilayətinin Nexayevski rayonunun Dinamovskoye kəndi ərazisindədir.
Bu boru kəməri Rusiya hərbi-sənaye kompleksinin bir sıra obyektlərini – Demixovski Maşınqayırma Zavodunu, MİQ Rusiya Təyyarəqayırma Korporasiyasını (1 nömrəli İstehsalat Kompleksi), "Maqnum-K" patron istehsalı zavodunu və başqa obyektləri enerji ilə təmin edir.
Bildirilir ki, Volqoqrad vilayətində "Mərkəzi Asiya-Mərkəz" magistral qaz kəməri ilə qaz nəqli qeyri-müəyyən müddətə dayandırılıb.
Daha əvvəl Ukrayna PUA-larının Samara vilayətində Novokuybışevkadakı sənaye obyektinə hücum etdiyi bildirilirdi. PUA-ların yerli neft emalı zavodunu vurduğu qeyd edilirdi.
Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Ryazan Neft Emalı Zavoduna zərbələr endirdiyi də bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 808 Tarix: 02 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman
20 sentyabrİtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni
21 sentyabrİranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
20 sentyabrBu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba
20 sentyabrKXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib
20 sentyabr"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20 sentyabrAta oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı
Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə
20 sentyabr