Skott Bessent: "ABŞ Çinlə ticarət razılaşması üçün bütün ilkin şərtlərin olduğunu düşünür"
Rəsmi Vaşinqtonun Çinlə ticarət müqaviləsi bağlamaq üçün bütün ilkin şərtləri var.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
"Bu həftə Stokholmda keçirilən görüş Çinlə danışıqlarımızı inkişaf etdirdi və mən inanıram ki, hər iki böyük ölkənin xeyrinə olacaq saziş bağlamaq üçün bütün ilkin şərtlər var", - bunu S.Bessent "X" sosial şəbəkəsində yazıb.
Lakin tezliklə paylaşım silinib. ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, paylaşım ona əlavə edilmiş şəkillər səhv yükləndiyi üçün yenidən dərc edilib.
O, həmçinin qeyd edib ki, paylaşımdakı ifadələr S.Bessentin bu həftə müxtəlif media orqanlarına müsahibələrində söylədiklərinə uyğundur.
"Birləşmiş Ştatlar Çinlə ticarət razılaşması əldə etmək potensialına malik olduğuna inanır, lakin onlar 100 % hazır deyil", - bu sözləri S.Bessent CNBC-yə bildirib. O həmçinin vurğulayıb ki, bu həftə Stokholmda keçirilmiş ikigünlük ticarət danışıqları zamanı ABŞ tərəfi əhəmiyyətli dərəcədə "geri çəkilib".
Qeyd edək ki, Çin avqustun 12-dək Prezident Donald Trampın administrasiyası ilə uzunmüddətli tarif razılaşmasına nail olmalıdır. Pekin və Vaşinqton may və iyun aylarında tariflərin artırılmasını dayandırmaq üçün ilkin razılaşmalar əldə ediblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 645 Tarix: 03 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrVuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabrTrampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabrƏbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə
20 sentyabrQırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib
Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə
20 sentyabrHörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm
20 sentyabr