Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi
Şimali Amerika və Avropada yaşayan "Nasonia vitripennis" növünə aid miniatür parazit arılar yumurtalarını milçəklərin puparilərinə (içində pup olan yetkin sürfə dərisinə) qoyurlar və onların sürfələri burada inkişaf edir. Qısa ömür dövrü (təxminən bir ay), kiçik ölçüləri (cəmi 2–3 millimetr) və laboratoriya şəraitində asan artırılması bu həşəratları genetika və epigenetika sahəsində tədqiqatlar üçün əlverişli model orqanizminə çevirib.
Bu arılar xüsusilə ona görə dəyərlidir ki, onlarda gen ifadəsini tənzimləyən DNT molekulunun modifikasiyası olan DNT metilasiyası mövcuddur. Bu mexanizm qocalmanın, gen tənzimlənməsinin və ətraf mühitin genə təsirinin öyrənilməsinə imkan verir. Məsələn, meyvə milçəklərində bu mexanizm ya zəif inkişaf edib, ya da ümumiyyətlə yoxdur.
Ətraf mühitin dəyişməsinin arıların bioloji yaşına necə təsir etdiyini öyrənmək üçün Eymon Mellonun (Eamonn B. Mallon) rəhbərlik etdiyi tədqiqat qrupu sürfələrin bir qismini əlverişsiz şəraitə, yəni aşağı temperatur və qısa işıq günü rejiminə yerləşdirib. Bu şərait inkişafın təbii şəkildə ləngiməsinə, yəni diapauzaya səbəb olur.
Lent.az-ın verdiyi xəbərə görə, PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında dərc olunan araşdırma göstərdi ki, sürfə mərhələsində diapauza şəklində keçən "yuxu" böyüklərdə epigenetik qocalmanı ləngidib. Diapauzadan üç ay sonra çıxan arılar genetik baxımdan yaşıdlarından təxminən 2,8 gün daha yaşlı idilər. Lakin 18 gün sonra bu fərq aradan qalxdı, 30 gün sonra isə "yatan" arılar digərlərindən 2,7 gün daha cavan göründü.
Metabolik göstəricilərə əsasən, diapauzadan keçmiş arılarda:
• qocalma sürəti 29 faiz azalıb,
• ölüm riski 65 faiz enib,
• orta ömür uzunluğu isə 36 faiz artıb.
Bundan əlavə, diapauza qocalmanı ləngitməyə yönəlmiş molekulyar müdafiə proqramını da işə salıb. Arılarda bioloji saatlar məməlilərdəki ilə əlaqəli eyni metabolik yolları işə saldığına görə, bu "yaş əleyhinə effekt" gələcəkdə digər orqanizmlər üzərində də sınaqdan keçirilə bilər.
Genetiklərin fikrincə, belə bir qocalma ləngiməsi sərt ətraf mühitə uyğunlaşma nəticəsində meydana gələ bilər. Belə ki, orqanizm inkişafın erkən mərhələsində çətinlikləri "qabaqcadan hiss edib" qoruyucu mexanizmləri işə salır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 588 Tarix: 03 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?
Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind
12 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabrUşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrAilənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind
4 oktyabrSmartfonların sürətli şarj edilməsinin sirri
Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar
4 oktyabrGecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil
Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə
11 oktyabr