Putinin iqamətgahı yanında qarğalara əlini yellədi, saxlanıldı
Rusiya Prezidenti Vladimir Putinin Moskva vilayətində Novo-Oqarevodakı iqamətgahının yaxınlığında özünü şübhəli aparan şəxs saxlanılıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Regnum" portalı yayıb.
Həmin şəxsin saxlanılmasına səbəb onun körpü üzərində dayanaraq qarğalara əlini yelləməsi olub.
Bildirilib ki, patrul xidməti həyata keçirən əməkdaşlar bir gəncin meşədə gəzdiyini və "qəribə davranışlar sərgilədiyini" müşahidə ediblər.
Belə ki, onlar gənci saxlayaraq sorğu-sual ediblər. Məlum olub ki, həmin şəxs 21 yaşlı Moskva sakinidir. Bununla belə, onun adı və soyadı açıqlanmayıb.
"Sergey (ad şərtidir – red.) Novo-Oqarevoya Moskvadan elektrik qatarı ilə gəlib, Usovo stansiyasında düşüb və qonşu Bolşoe Sarayevo kəndində yerləşən evinə qədər yolunu qısaltmaq üçün meşə ilə getməyə qərar verib. O, körpüdən keçərkən qarğaları görüb və onlara əlini yelləmək üçün dayanıb", - deyə mənbə bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ona mühafizə olunan dövlət obyektinin ərazisində olduğunu və buna görə də davranışlarının diqqət çəkdiyini izah ediblər. Daha sonradan onun hər hansı qanunazidd hərəkət planlaşdırılmadığı aydın olduqda sərbəst buraxılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ətin qiyməti 39 manata QALXDI
Badımcanı belə bişirin, dadı ətdən daha ləzzətli olur
Mayın 25-də QAZ OLMAYACAQ
Ardıcıl 5 gün iş olmayacaq
Əli Əsədov QƏRAR İMZALADI - Bu şəxslərə hər ay 100 MANAT VERİLƏCƏK
Bu universitetin qapısı möhürləndi, tələbələr ayağa qalxdı
12 il əvvəl 9 yaşlı məktəblini xilas edən - Dəyanət qəfil öldü
Xalq artisti: "Bütün qazancım həkimlərə gedir, zülüm çəkirəm"
Vəzifəli şəxs vəfat etdi - Foto
Azərbaycanda pensiyalarla bağlı YENİLİK
İslam Rzayev haqda - Yeni qərar
Azərbaycanda tanınmış idmançı məşqdən sonra öldü - FOTO
Azərbaycanda DƏHŞƏT - İnsanlar EVLƏRİNİ TƏRK ETDİ - Nə baş verir?
Bu şəxsləri işə götürənlər cərimə ediləcək
Məşhur müğənninin son görüntüsü sosial mediada viral oldu - FOTO