Krediti olanlar MÜTLƏQ OXUYUN! - "Bu banklar..."

Krediti olanlar MÜTLƏQ OXUYUN! - "Bu banklar..."Ölkədə ard-arda baş verən devalvasiyalardan sonra bank sektorunda kreditlərin verilməsində müəyyən çətinliklər yaranmışdı. Dolların manata nisbətdə məzənnəsi daha da bahalaşdıqdan sonra hətta bir çox bank kredit verməkdən imtina etmişdi. Hazırda isə kreditlərin verilməsində əvvəl olduğu kimi elə də ciddi problemlər yoxdur. Ancaq buna baxmayaraq bir çox banklar kredit verilməsi üçün əhalidən müraciət etdikləri bankın maaş yaxud pensiya kartı olmasını tələb edir.

Belə olduğu halda hər kəsi bir sual düşündürür: Hansı banklar kartsız, manatla kredit verir?

"Unibank"dan redaksiyamıza verilən məlumata görə, manatla kredit verilmə şərtlərində 1 illik iş stajı lazımdır:

"Bankımızda hazırda manatla kredit verilir. İş yerindən arayış, 1 illik iş satjı olmaqla aylıq gəliri 175 manat və ondan çox olan müştərilərə manatla kredit verilir. İlk dəfə kredit götürən şəxslərə 5000 min manata qədər kredit verilə bilər. Kreditin verilməsində illik faiz dərəcəsi 30%-dir. Komissiya haqqı 1-2% təşkil edir".

"Azərbaycan Beynəlxalq Bankı"ndan manatla kredit götürmək istəyən şəxslərin mütləq əmək və ya pensiya kartları həmin bankdan olmalıdır. Bankdan A24.Az-a bildirildi ki, əgər şəxsin bankdan kartı yoxdursa, həmin şəxslərə kredit verilmir:

"Beynəlxalq Bankdan kartı olan vətəndaşlara 15 min manata qədər kredit verilir. Kreditlərin verilmə müddəti 24-36 aya qədərdir. İllik faiz dərəcəsi 27% təşkil edir. Komissiya haqqı 1%-dir".

"Paşa Bank"da da "Azərbaycan Beynəlxalq Bankı"nda olduğu kimi vətəndaşlardan həmin maliyyə qurumunun kartı tələb olunur. Bankdan verilən məlumata görə, kart olmadığı halda vətəndaşa kredit də verilmir:

"Manatla kredit yalnız əvvəlki müştərilərimizə verilir. Kreditin verilməsi də onların əvvəl götürdükləri kreditlərə uyğun müəyyən edilir. Yəni hər hansı problem və ya gecikmə olması halları müəyyən edilir. Kreditin verilməsində illik faiz dərəcəsi 24-dür".

"Kapital Bank"da da analoji vəziyyətdir. Bankdan A24.Az-a verilən məlumata görə, maaş və ya təqaüd kartı olduğu halda manatla kredit verilir:

"Əgər vətəndaşda Kapital Bankın kartı yoxdursa, kredit verilmir. Əgər kart varsa, kreditin verilməsində iş yerindən arayış tələb olunur ki, burada da əməkhaqqı 100 manatdan aşağı olmamalıdır".

Qeyd edək ki, Kapital Bankda kredit verilməsində illik faiz dərəcəsi 29% faizdir. 300 manatdan – 20.000 manatadək kredit verilir. Kreditin müddəti isə 3 aydan – 40 aya qədərdir.

"Expressbank"dan redaksiyamıza bildirilib ki, hazırda manatla kreditlər verilir:

"300-5000 manata qədər kredit verilir. Kreditin verilmə müddəti 12 aydan 36 aya qədərdir. İllik faiz dərəcəsi 28-30%-dir. Komissiya haqqı 2% təşkil edir. Kredit üçün tələb olunan sənədlər – şəxsiyyət vəsiqəsi, iş yerindən arayış (elektron arayış da ola bilər) tələb olunduğu halda yaşayış yerindən arayış lazımdır. Kredit götürmək istəyən şəxs və zamin duran şəxs dövlət və ya özəl sektorda çalışmalı, son iş yerində əmək stajı 6 ay olmalı, yaşı minimum 20, maksimum 65 olmalıdır. Şəxs 3000 manata qədər kredit götürərsə, zaminsiz olacaq".

"Dəmir Bank"dan verilən məlumata görə, hazırda vətəndaşlara 10 min manata qədər kredit verilir:

"2 min manata qədər verilən kreditlərdə zamin tələb olunmur. Kreditin illik faiz dərəcəsi 27%-dir. Komissiya haqqı 1% təşkil edir. Kreditlərin verilməsində 6 aylıq iş stajı, iş yerindən arayış (aylıq gəlir göstərilməklə) tələb olunur".

"Banklara sual verən yoxdur ki, niyə kart tələb edirsiz? Niyə kart olsun? Bu durum bank sektoruna çox ciddi zərbə vuracaq" – Oqtay Haqverdiyev

Kart olmadan kredit verilməməsi məsələsinə münasibət bildirən tanınmış iqtisadçı ekspert Oqtay Haqverdiyev A24.Az-a açıqlamasında bankların belə şərtlər irəli sürməsində yaxşı gəlir əldə etdiklərinə diqqət çəkdi:

"Ümumiyyətlə, banklar əgər belə bir tələb qoyublarsa, deməli onların nöqteyi nəzərindən bu tələblərdən nəsə bir şey qazanırlar. Təbii ki, qazanırlar. Yoxsa belə bir tələb irəli sürülməzdi. Ancaq bu addım bank sektoruna çox böyük bir zərbədir. Bütün dünyada bu kredit məsələlərində, proseslərində çalışırlar ki, elə bir şərait yaratsınlar ki, o, əlçatan olsun. Bizimkilər isə belə edirlərsə, demək o kreditlər əlçatan olmur. Kreditin özü daha da bahalaşır. Bunu hansı məqsədlə edirlər? Bunların ağlı çatmır? Amma buna inanmıram. Çox gözəl ağılları kəsir. Bu vasitələrlə o problemli kreditlər vardı ha, bəlkə bununla o kreditləri necəsə bağlamağa çalışırlar. Dəqiq deyə bilmərəm".

"Kart tələb edən banklar digərlərinə nisbətən pis banklar deyil. Amma indiki şəraitdə özlərini belə aparmalarını həqiqətən anlamıram. Bilmədən özlərinə ziyan vururlar. Çünki insanlar (şirkətlər, müəssisələr) üzlərini bankdan döndərdilərsə, bitdi. Daha o banklarla maraqlanmayacaqlar. Ora bir də kredit üçün müraciət etməyəcəklər. Bankların da ayrı qazancları yoxdur axı, elə kreditlərdən nə qazanırlarsa, odur. Bir iqtisadçı kimi deyə bilərəm ki, bank sistemində elə bir şərait yaradılmalıdır ki, insanlar banka etibar edib, daha çox inansınlar. Daha çox depozit qoysunlar. Banklara sual verən yoxdur ki, niyə kart tələb edirsiz? Niyə kart olsun? Bu durum bank sektoruna çox ciddi zərbə vuracaq", – deyə O.Haqverdiyev əlavə edib.

Araşdırmamız zamanı müəyyən etdik ki, bu banklar həftənin şənbə günü fəaliyyət göstərmirlər:

"AGbank"

"AzərTürkBank"

"AccessBank"

"Bank Respublika"

Digər banklarla əlaqə saxlasaq da, telefon zənglərimiz cavabsız qaldı.

Mənbə:A24.Az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3763   Tarix: 18 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda vergi bəyannaməsi mobil tətbiq üzərindən təqdim ediləcək

Azərbaycanda vergi bəyannamələrinin mobil tətbiq üzərindən təqdim edilməsi nəzərdə tutulur. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis əvəzi Samir Qəhrəmanov Bakıda keçirilən "Verg

4 aprel
.

Məhərrəm ayının başlayacağı tarix AÇIQLANDI

Bu il Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayacaq. Bu ayın ən önəmli günü hesab edilən Aşura günü isə iyunun 25-nə təsadüf edəcək. Məhərrəm ayı hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur. Qeyd edək ki, Məhərrəm ay

5 aprel
.

Azərbaycanda 2020-dən bəri mina qurbanlarının sayı açıqlandı

Azərbaycanda 10 noyabr 2020-ci ildən indiyə qədər mina qurbanlarının sayı açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, statistikaya əsasən, Azərbaycanda 10 noyabr 2020-ci ildən mina qurbanlarının sayı 421 nəfərdir. Onlardan 7

4 aprel
.

Bakıda 317 minlik DƏLƏDUZLUQ: Xalq artistinin kürəkəni TUTULDU - FOTO

Bakıda qızıl satışı adı ilə 317 minlik dələduzluq edənlə bağlı yeni fakt məlum olub. -a istinadən xəbər verir ki, saxlanılan iki nəfərdən biri - Rüfət Qasımzadə mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkənidir. 13:38. Bakıda qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən ik

4 aprel
.

Elnarə Abdullayeva polisə müraciət etdi

"Bu gün "102"yə zəng etmişəm, sonra da polis bölməsinə gedib ərizə yazmışam". Bunu -a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva deyib. O qeyd edib ki, sosial şəbəkədə tanımadığı bir xanım onun haqqında əsassız və həqiqətə uyğun olmayan fikirlər yazıb. "Kim olduğunu, n

3 aprel
.

Hava ilə bağlı əhaliyə - Müraciət

Gözlənən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarınd

4 aprel
.

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana 3-cü humanitar yardım yola salınıb

Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınıb. xəbər verir ki, İrana göndərilə

4 aprel
.

Həmin 6 uşaq yenidən xəstəxanalıq oldu

Sumqayıtda Xəzri bağları adlanan yaşayış massivində dəm qazından zəhərlənən 6 uşaq yenidən xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Qafqazinfo"ya uşaqların atası Kamil Cəbrayılov məlumat verib. 9 uşaq atası olan 39 yaşlı Kamil bildirib ki, bu xəbəri eşidib işdən evə gələndə öz

3 aprel
.

BU ŞƏXSLƏRƏ ŞAD XƏBƏR: Pensiya yaşı 5 il azaldıla bilər - DETALLAR

Azərbaycanda pensiya qanunvericiliyinə edilən son dəyişikliklər bəzi kişilər üçün daha erkən təqaüdə çıxmaq imkanı yarada bilər. Yenilənmiş qaydalara görə, əvvəllər yalnız qadınlara aid edilən güzəştli pensiya hüququ müəyyən şərtlər daxilində kişilərə də tətbiq oluna bilər. Bu isə bəzi hallarda onları

5 aprel