Bu dəfə aliment verməyən ana cəzalandırıldı
Azərbaycanda övladlarına aliment verməyən ana cəzalandırılıb.
"Qafqazinfo"nun məlumatına görə, qadın məhkəmə qərarını icra etməməkdə təqsirli bilinib.
Afət Quliyevanın (ad-soyad şərti) 4 övladına aliment ödəməməsi ilə bağlı keçmiş əri şikayətçi olub. 3-cü qrup əlil olan ər uşaqlarının xərclərini qarşılamaq üçün alimentin ödənilməsini tələb edib.
Məhkəmənin qərarına əsasən, A.Quliyeva hər uşaq üçün aylıq 50 manat aliment ödəməlidir. Çünki o, uşaqlarını atanın yanında qoyaraq ailəni tərk etdiyinə görə məsuliyyət daşıyır. Qadın uşaqlarına aliment vermədiyi üçün daha əvvəl də iki dəfə cəzalandırılıb. Hazırda ödənilməmiş ümumi aliment borcu 6 min manatdır.
Məhkəmədə məlum olub ki, A.Quliyeva yenidən ailə həyatı qurub və Abşeron rayonunda gözəllik salonunda işləyir. Keçmiş əri qadının qanunauyğun şəkildə cəzalandırılmasını xahiş edib. O, aylıq 400 manat maaş aldığını da məhkəmənin diqqətinə çatdırıb.
Göyçay Rayon Məhkəməsinin qərarı ilə anaya 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1344 Tarix: 05 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək
7 oktyabrBakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd
7 oktyabrƏvvəl bacısını, sonra özünü bıçaqladı
Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç
2 sentyabrAzərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə
16 sentyabrŞəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsus
22 sentyabrBacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs
7 sentyabrQonaqlıqda yeyib-içən tanışların mübahisəsi ölümlə bitdi - Yenilənib
Bərdədə qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Molla Əhmədli kəndində 200-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqlanaraq öldürülüb. Onun qətlində tanışı 1996-cı il təvəllüdlü Cavad Hüseynov şübhəli bilinir. İlkin məlumata görə, tərəflər qonaqlıqda yeyib-içərkən aralarında mübahis
30 sentyabrBakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib
Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın
5 oktyabr