Təxmini 6 il yuxu görürük
Səhərlər gözlərimizi açanda bəzən ay işığında qaçdığımızı, bəzən çoxdan dünyasını dəyişmiş bir insanla danışdığımızı, ya da reallıqla heç bir əlaqəsi olmayan qəribə hadisələrin içində olduğumuzu xatırlayırıq.
Bütün bu görüntülər – yuxular – haradan gəlir? Niyə beynimiz yatarkən belə səhnələr yaradır?
Yuxu görmək sadəcə bir təsadüfdürmü, yoxsa bu, insan beyninin dərinliklərində baş verən zəruri bir prosesin izahıdır?
Beyin heç vaxt yatmır
Yuxu görməyimizlə bağlı araşdırmalar göstərir ki, beynimiz yatarkən belə tamamilə istirahət etmir. Əksinə, REM (Rapid Eye Movement – Sürətli Göz Hərəkətləri-red.) adlanan bir yuxu fazasında beyin aktivləşir və bu zaman insanların əksəriyyəti yuxu görür.
REM yuxusu zamanı beyin bir növ "xəyali teatr" qurur – burada aktyor da, rejissor da, tamaşaçı da eyni anda biz özümüz oluruq.
Nevroloqlar yuxuların bir neçə funksiyası ola biləcəyini iddia edirlər:
Emosional emal: Gün ərzində yaşadığımız hisslər və təcrübələr yuxular vasitəsilə emal edilir. Travmalar, qorxular və sevinclər bu "emal fabriki"ndə işlənir.
Yaddaşın möhkəmləndirilməsi: Beyin yatarkən məlumatları uzunmüddətli yaddaşa ötürür. Məhz bu mərhələdə yuxular keçmiş xatirələrlə yeni məlumatlar arasında bağlantılar yaradır.
Simulyasiya funksiyası: Bəzi alimlər yuxuları gələcəkdə qarşılaşa biləcəyimiz situasiyalara hazırlıq kimi izah edirlər – bir növ "zehni məşq" kimi.
Yuxular və psixologiya
Psixoloq Ziqmund Freyd yuxuları "şüuraltının pəncərəsi" adlandırmışdı. O düşünürdü ki, insanlar yuxuda realda cəsarət etmədikləri arzularını yaşayırlar. Bu nəzəriyyə günümüzdə tam qəbul olunmasa da, yuxuların psixoloji vəziyyətimizlə sıx bağlı olduğu inkar edilmir. Məsələn, depressiyada olan şəxslər daha qaranlıq və narahat yuxular gördüklərini bildirirlər.
Niyə bəzən heç yuxu xatırlamırıq?
Əslində hamımız yuxu görürük, lakin hər zaman onu xatırlamırıq. Yuxunu yadda saxlamaq üçün bir neçə saniyəlik oyanma anı vacibdir. Əgər bu an baş vermirsə, yuxu yaddaşdan silinir. Həmçinin, stress, yuxusuzluq və bəzi dərmanlar yuxuları xatırlama qabiliyyətimizi azalda bilər.
Orta hesabla insan ömrünün təxminən 6 ili yuxu görməkdə keçir.
Körpələr böyüklərə nisbətən daha çox yuxu görür – bu da beynin inkişafı ilə əlaqələndirilir.
Əsrlərdir insanlar yuxulara mənalar verirlər. Müxtəlif mədəniyyətlərdə yuxular bəzən xəbərdarlıq, bəzən mesaj, bəzən isə gələcəyin açarı kimi qəbul olunub. Elmi baxımdan isə bu şərhlər subyektivdir.
Yuxular insan zehninin hələ də tam açılmamış sirlərindən biridir. Elm bu mövzuda irəliləsə də, hər bir yuxu fərdidir – bəlkə də buna görə onlar bu qədər maraqlıdır. Ola bilsin ki, yuxular beynimizin özünü ifadə etmək formasıdır. Və bəlkə də, gecələr gördüyümüz yuxular gündəlik həyatımızın görünməyən davamıdır – daha səmimi, daha açıq və daha real.../Qafqazinfo
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 822 Tarix: 07 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabrBelə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabrBalığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin
Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd
4 oktyabrTelefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrPaltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim
11 oktyabrWi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər
Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni
11 oktyabrUşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabrYaponlar buna görə göbəyə gül suyu damladırmışlar
Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə
11 oktyabr