Misir piramidalarını kimin nə zaman tikdiyi MƏLUM OLDU
Son dövrlərdə Böyük Piramidanın tarixləndirilməsi və tikinti mənşəyi ilə bağlı yeni sübutlar üzə çıxır və bu da bu əfsanəvi abidənin qədim misirlilər tərəfindən deyil, daha əvvəl mövcud olmuş bir sivilizasiya tərəfindən inşa edilmiş ola biləcəyi ilə bağlı mübahisələri alovlandırır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, britaniyalı yazıçı Qrehem Hankok iddia edir ki, geoloji və astronomik məlumatlar Böyük Piramidanın təxminən 4500 il əvvəl firon Xufunun deyil, 12 500 il əvvəl yox olmuş bir sivilizasiyanın əsəri olduğunu göstərir.
Onun fikrincə, qədim misirlilər sadəcə bu abidənin tikintisini tamamlayıb, əvvəlki bir ənənəni miras alıblar.
Hankokun əsas arqumentlərindən biri Böyük Sfenksin eroziya izləridir. O, bu cür dərin aşınmaların yalnız uzun müddət yağan leysan yağışlar nəticəsində yarana biləcəyini deyir. Halbuki Qahirə ətrafında bu cür yağıntılar sonuncu Buz dövrünün sonunda, yəni təxminən 12 000 il əvvəl müşahidə olunub.
Bu fikirlərə cavab olaraq məşhur misirşünas Zahi Həvass iddiaları rədd edib. O, XIII əsrə aid işçi məzarlarını tapdığını və Sfenksdəki aşınmaların minilliklər boyu əsən güclü küləklərlə əlaqəli olduğunu bildirib. Həvass onu da vurğulayıb ki, o və həmkarı Mark Lenner 50 ildir Giza platosunda qazıntı aparır və tapdıqları hər şey Dördüncü Sülaləyə aiddir.
Qrehem Hankok Böyük Piramidanın 23 ilə tikildiyi fikrini də "absurd" adlandırır və bu monumental tikilinin yüz illər, hətta minilliklər ərzində inşa oluna biləcəyini iddia edir. O həmçinin piramidaların altındakı təbii qaya platformalarının çox daha qədim olduğunu və onların "Zep Tepi" adlanan qədim misir mifologiyasında "İlk Zaman" kimi tanınan itmiş dövrlə əlaqəli ola biləcəyini düşünür.
Astronomik dəlillərə də toxunan yazıçı, piramidaların Orion kəməri ulduzlarına uyğun düzülüşünün yalnız 12 500 il əvvəl dəqiq uyğun gəldiyini, o zaman isə Sfenksin günəşin doğmasına qarşı Şir bürcünə baxdığını qeyd edir.
Lakin Zahi Həvass bu fikirləri elmi əsaslardan uzaq sayır. O, "Vadi əl-Carf papirusları"nın misirlilərin piramidanın inşasını necə sənədləşdirdiyini göstərdiyini bildirib. Bu papiruslarda Merer adlı bir nəzarətçinin yazıları var – o, Xufu tərəfindən işə götürüldüyünü və 40 işçidən ibarət qrupa rəhbərlik etdiyini qeyd edib. Papiruslarda, həmçinin, Tura daş karxanasından incə ağ əhəngdaşının çıxarılması və daşınması prosesi də təsvir olunub.
Həvass yekunda bildirib: "Misir tarixində piramidaların 12 000 və ya 20 000 il əvvələ aid edilməsinə əsas verən heç bir boşluq yoxdur. O dövr epipaleolitik dövr idi, yəni sivilizasiyanın formalaşmağa yeni başladığı, bu miqyasda abidələrin inşasına imkan verməyəcək qədər ibtidai bir dövr".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 6308 Tarix: 07 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?
Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind
12 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabrUşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrAilənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind
4 oktyabrSmartfonların sürətli şarj edilməsinin sirri
Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar
4 oktyabrGecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil
Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə
11 oktyabr