Pərəstişdən, nifrətə: Xalqın sevgisini itirən 10 ulduz
Şöhrət çox vaxt davamlı olmur. Dünən pərəstiş olunan ulduzlar bu gün sosial şəbəkələrdə ləğv olunur, ictimai qınağa tuş gəlir və ekranlardan yox olurlar. Bunun səbəbləri müxtəlifdir: qalmaqallar, düşünülməmiş bəyanatlar, zəhərli davranış və ya sadəcə auditoriyanın yorulması.
Lent.az xarici mediaya istinadən zamanla ictimaiyyətin rəğbətini itirən 10 məşhur barədə məlumat verir.
1. Şon Kombs (P. Diddy)
Reper və prodüser Şon Kombs barədə yüzdən çox məhkəmə iddiası və 3000-ə yaxın zorakılıq ittihamı var. İnsan alveri, cinsi zorakılıq və fiziki hücum kimi ağır cinayətlərdə günahlandırılan ulduz, hələlik məhkum olunmasa da, imici tamamilə məhv olub.
2. Krisşi Teygen
Sosial mediada dürüstlüyü və yumoru ilə sevilən Krisşi, illər əvvəl Kortni Stoddenə intiharı təşviq edən mesajları ortaya çıxdıqdan sonra ictimaiyyətin gözündən düşdü. Üzr istəsə də, onun imici əvvəlki kimi olmadı.
3. Coan Roulinq
"Harri Potter" seriyasının müəllifi bir vaxtlar uşaqları birləşdirən sima olsa da, transfobik bəyanatları səbəbindən kütləvi tənqidlərlə üzləşdi. Ədəbiyyatdakı statusu davam etsə də, ictimai imici ciddi şəkildə zədələnib.
4. Armi Hammer
2021-ci ildə bir neçə qadın tərəfindən zorakılıq və manipulyasiya ilə ittiham olunduqdan sonra Armi Hammer Hollivudda işlərini itirdi. Onun sadist fantaziyaları və zorakı davranışları ifşa olunduqdan sonra, "ideal kişi" obrazı tamamilə dağıldı.
5. Kanye West
Musiqiçi və dizayner Kanye son illərdə antisemit bəyanatlar, irqçi fikirlər və siyasətə qeyri-ciddi çıxışı ilə diqqət çəkdi. Musiqidə yenilikçi olsa da, bu gün daha çox aqressiya və dözümsüzlüklə assosiasiya olunur.
6. Kevin Speysi
Oskar mükafatçısı aktyor 2017-ci ildən bəri bir neçə kişi tərəfindən seksual təcavüzdə ittiham olundu. Məhkəmə onu günahsız saysa da, "House of Cards" serialındakı rolunu itirdi və karyerası geriyə dönməz şəkildə zərər gördü.
7. Ellen Degenres
Pozitivlik simvolu olan Ellen, işçiləri tərəfindən toksik iş mühiti yaratmaqda və zorakılığı görməzlikdən gəlməkdə ittiham olundu. Onun gülümsəyən ekran görüntüsünün arxasında fərqli bir şəxsiyyətin olması izləyiciləri şok etdi.
8. Bill Kosbi
Bir vaxtlar "Amerikanın atası" kimi tanınan Kosbi, 60-dan çox qadının cinsi təcavüz ittihamı ilə üzləşdi. Bir neçə hökm ləğv olunsa da, cəmiyyətin gözündə o, artıq sevilən sima deyil.
9. Lea Mişel
"Glee" serialının ulduzu Lea Mişel həmkarları tərəfindən eqoist və təhqiramiz davranışlarda ittiham olundu. Onun çəkiliş meydanında yaratdığı mənfi atmosfer bir çoxlarının gözündə onu real həyatda da "diva"ya çevirdi.
10. Ceyms Korden
Britaniyalı aparıcı pozitiv obrazı ilə tanınsa da, restoran işçilərinə qarşı pis rəftarı səbəbilə tənqid olundu və hətta bir restorana girişinə qadağa qoyuldu. Onun ekran arxasındakı davranışları izləyicilərini məyus etdi.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 793 Tarix: 08 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?
Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind
12 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabrUşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrAilənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind
4 oktyabrSmartfonların sürətli şarj edilməsinin sirri
Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar
4 oktyabrGecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil
Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə
11 oktyabr