Hansı yeməklər təkrar qızdırıldıqda əsl zəhərə çevrilir?
Bəzi məhsullar təkrar qızdırıldıqda yalnız dad və faydalı xüsusiyyətlərini itirmir, həm də orqanizm üçün toksik ola bilər. Bu, qızdırma zamanı məhsullarda baş verən kimyəvi dəyişikliklərlə bağlıdır.
Lent.az bu yeməkləri təqdim edir:
Təkrar qızdırmaq olmaz sağlamlıq üçün risklidir
Qızardılmış və ya bişmiş kartof. Soyuduqdan və təkrar qızdırıldıqdan sonra kartofda, xüsusilə otaq temperaturunda saxlanılıbsa, Clostridium botulinum bakteriyaları yarana bilər. Həmçinin təkrar istilikdə faydalı maddələr məhv olur, nişastanın quruluşu dəyişir və həzm üçün zərərli hala gəlir.
Bişmiş yumurta və ya omlet:
Yumurta temperatur dəyişikliyinə çox həssasdır. Təkrar qızdırıldıqda zülalları toksik birləşmələr yarada bilər ki, bu da mədə-bağırsaq pozğunluğuna səbəb olur. Xüsusilə, soyuducuda 24 saatdan çox saxlanmış omleti və ya yumurtanı qızdırmaq təhlükəlidir.
Toyuq əti:
Toyuq ətindəki zülal təkrar qızdırıldıqda strukturunu dəyişir, bu isə həzmi çətinləşdirir. Əgər ət lazımi soyutma olmadan saxlanılıbsa, salmonella ilə yoluxma riski də artır. Xüsusən qaymaq və bulyon əsaslı souslu yeməklərdə ehtiyatlı olmaq lazımdır.
Göbələk:
Təkrar qızdırıldığında zülal strukturu sürətlə dəyişir və toksik maddələr əmələ gətirir. Bu, zəhərlənmə və allergiyaya səbəb ola bilər. Göbələk yeməklərini ən yaxşısı bişirildiyi kimi təzə-təzə yeməkdir.
Bişmiş düyü:
Düyüdə Bacillus cereus bakteriyası ola bilər. Bu bakteriya bişirmədən sonra sağ qala və otaq temperaturunda sürətlə çoxala bilər. Təkrar qızdırmaq bəzən mikrobları tam öldürmür. Düyünü bişirdikdən dərhal sonra soyutmaq və soyuducuda maksimum 24 saat saxlamaq lazımdır.
İspanaq və çuğundur:
Bu tərəvəzlər nitratla zəngindir. Təkrar qızdırıldıqda nitratlar nitrozaminlərə kanserogen maddələrə çevrilir. Xüsusilə uşaqlar, yaşlılar və həzm sistemi problemi olanlar üçün təhlükəlidir. Onları təzə şəkildə yemək məsləhətdir.
Dəniz məhsulları:
Krevet, kalmar, midiya təkrar qızdırıldıqda həm teksturasını itirir, həm də zülalları toksinlərə parçalanır. Bu, qida zəhərlənməsi və ciddi allergik reaksiyalara səbəb ola bilər.
Zəhərlənməmək üçün yeməkləri necə saxlamaq lazımdır?
Yeməkləri hər zaman +4°C temperaturda soyuducuda saxlayın. Yeməyi otaq temperaturunda 2 saatdan çox saxlamayın. Eyni yeməyi bir dəfədən çox qızdırmayın.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 5749 Tarix: 10 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sürücü cəriməni rəqs edərək "qeyd etdi" - VİDEO
Qazaxıstanda yol hərəkəti qaydalarını pozduğu üçün polis tərəfindən cərimələnən qadın sürücü qeyri-adi davranışı ilə diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, inzibati cəriməni aldıqdan dərhal sonra TikTok-da canlı yayım açan qadın polis əməkdaşlarının yanında musiqi sədaları altında rəq
13 iyulQabları paltaryuyan tozla yumaq olar?
Qab yuyan maye bitəndə bəzi insanlar müvəqqəti çıxış yolu kimi paltaryuyucu tozu və ya yuyucu geli istifadə etməyi düşünür. İlk baxışdan hər iki məhsulun təmizləyici xüsusiyyətə malik olması bunu məntiqli göstərsə də, mütəxəssislər bunun sağlamlıq üçün risk yarada biləcəyini bildirirlər. xarici mediay
13 iyulGeniş yayılmış səhv: Smartfonu gecə hara qoymaq olmaz?
Bir çox insan gecə yatarkən mobil telefonunu çarpayının yanındakı tumbanın üzərində və ya hətta yastığının yanında saxlayır. Lakin yuxu gigiyenası üzrə mütəxəssislər bu vərdişdən imtina etməyi tövsiyə edirlər. Ölkə.az xəbər verir ki, ekspertlər smartfonun gecə ən azı bir metr, imkan olduqda isə 1,5-
13 iyulNiyə tez-tez eyni yuxuları görürük? - Yıxılmaq, qaçmaq və...
Bəzən insanlar eyni yuxunu dəfələrlə görürlər. Kimisi yuxuda hündürlükdən yıxılır, kimisi imtahana gecikir, dişlərinin töküldüyünü və ya uçduğunu görür. Mütəxəssislər bildirirlər ki, bu cür təkrarlanan yuxular təsadüfi deyil və insanın psixoloji vəziyyəti ilə bağlı müəyyən mesajlar daşıya bilər. xaric
12 iyul10 yaşlı Ali Koç beynəlxalq olimpiadada iki qızıl medal qazandı - VİDEO
İtaliyada keçirilən Beynəlxalq Elm Olimpiadasında iştirak edən 10 yaşlı Ali Koç riyaziyyat və elm kateqoriyalarında dünya birincisi olaraq Türkiyəyə iki qızıl medal qazandırıb. xarici mediaya istinadla xəbər verir ki, müxtəlif ölkələrdən olan şagirdlərin iştirak etdiyi yarışda yüksək nəticə göstərə
13 iyulQuşun pəncərəyə çırpılması nə deməkdir? - Xalq inancları
Pəncərəyə qəfil çırpılan və ya döyən quş hər kəsin diqqətini çəkən hadisələrdən biridir. Qədim dövrlərdən bəri insanlar bunu xüsusi əlamət hesab edib və müxtəlif cür yozublar. Bəziləri bunun xoş xəbərlərin müjdəçisi olduğuna, digərləri isə həyatdakı dəyişikliklərdən xəbər verdiyinə inanıb. bu inacl
12 iyulYerdə həyatın yaranması ilə bağlı yeni fərziyyə irəli sürülüb
Cənub-Qərb Tədqiqat İnstitutunun alimləri hesab edirlər ki, erkən dövrdə Yerə düşən iri asteroidlər həyatın yaranması üçün ideal şərait formalaşdırmış ola bilər. Kompüter modelləşdirməsinin nəticələrinə görə, bu toqquşmalar Yer qabığını çatladaraq ilk üzvi molekulların əmələ gələ biləcəyi geniş hidroterma
13 iyul