Sürəti dəyişəndə avtomobiliniz "tullanır"? - Mütəxəssislərdən tövsiyələr

Sürəti dəyişəndə avtomobiliniz "tullanır"? - Mütəxəssislərdən tövsiyələrSürəti dəyişdirərkən avtomobilin "ilişməsi" və ya "tullanması" ilk baxışda sürətlər qutusunda nasazlıq olduğuna işarə edir. Xüsusilə avtomat transmissiya sahibləri üçün bu vəziyyət narahatlıq doğurur. Lakin ekspertlər bildirirlər ki, bu cür əlamətlərin səbəbi əslində çox vaxt mühərrikdəki alışma sistemindəki nasazlıqlarla bağlı olur.

Oxu.Az xəbər verir ki, bu barədə pravda.ru-nun avtomobil ekspertləri xəbərdarlıq ediblər.

Onların sözlərinə görə, əgər mühərrikdə, məsələn, köhnəlmiş şamlar, sıradan çıxmış babinlər və ya zədələnmiş naqillərə görə alışma problemi varsa, bu zaman silindrlər qarışığı vaxtında yandırmır və avtomobil sürərkən dartınmalar yaranır, bu da sürətlər qutusunun gec işlədiyi təəssüratı yaradır.

"Ən vacibi isə budur ki, problemi birbaşa transmissiyada axtarmaq baha başa gələ bilər: hidroblokun dəyişdirilməsi, yağın yenilənməsi və kalibrasiya - bunların heç biri nəticə verməyə bilər. Halbuki adi bir şamın dəyişdirilməsi ilə məsələ həll oluna bilərdi", - deyə ekspertlər vurğulayırlar.

Mütəxəssislər tövsiyə edirlər ki, sürücü belə hallarda öncə mühərrikin alışma sistemini yoxlatdırsın. Bu, həm vaxt, həm də pul baxımından daha sərfəlidir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 595   Tarix: 10 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yumurtanı bir il dondurucuda saxlamaq olar - Vacib qaydalar

Yumurtanı dondurucuda bir ilə qədər saxlamaq mümkündür. xəbər verir ki, bunun üçün yumurta ağı və sarısı fərqli qaydada dondurulmalıdır. Mütəxəssislər qeyd edirlər ki, xüsusilə yumurta sarısı dondurulduqda onun quruluşunda dəyişiklik baş verə bilər. Buna görə saxlama üsulunun düzgün seçilməsi vacibdir

30 avqust
.

Soyuducunu harada yerləşdirmək daha yaxşıdır?

Mətbəxdə bir neçə santimetr yerə qənaət etmək üçün soyuducunu divara sıx yerləşdirmək düzgün deyil. Çünki cihazın ətrafında saxlanılan boşluq havanın dövranı və işləmə zamanı yaranan istiliyin xaric edilməsi baxımından mühüm rol oynayır. Mütəxəssislər soyuducu həddindən artıq dar yerdə quraşdırılarsa

29 avqust
.

"iPhone 17 pro"nu kosmosdan yerə atdılar - ANBAAN VİDEO

"RhinoShield" şirkəti "iPhone 17 Pro" smartfonunu stratosferdən yerə ataraq qeyri-adi sınaq keçirib. Təxminən 30,6 kilometr yüksəklikdən paraşütsüz yerə düşən telefon işlək vəziyyətdə qalıb və nəticə "Ginnesin Rekordlar Kitabı" tərəfindən qeydə alınıb. xəbər verir ki, sına

28 avqust
.

Məşhur restoran şəbəkəsindən aldığı hamburgerdən görün nə çıxdı

İstanbulun Ataşehir rayonunda yerləşən AVM-lərdən birində fəaliyyət göstərən dünyaca məşhur restoran şəbəkəsindən hamburger sifariş edən müştəri yeməyini yoxlayarkən gözlənilməz mənzərə ilə qarşılaşıb. Müştərinin iddiasına görə, hamburgerin içərisindəki kahı yarpaqlarının arasında sümüklü böcəyə bənzəyə

31 avqust
.

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Astronomlar Yerdən 33 işıq ili məsafədə pulsasiya edən ulduzun ətrafında indiyədək gizli qalan planet aşkar ediblər. Səma cismi klassik tranzit üsulu ilə deyil, əks olunan işığın yaratdığı kiçik dəyişikliklər sayəsində müəyyən edilib. xəbər verir ki, bu barədə İtaliyanın "ANSA" nəşri Mill

30 avqust
.

Toyda gəlinin çiçəyi atmasını gözləyən qonaqlar şok oldu - VİDEO

Toyda ənənəvi gəlin buketi atma mərasimi zamanı maraqlı anlar yaşanıb. xarici mediaya istinadla xəbər verir ki, subay qonaqlar buketi tutmaq üçün sıraya düzüldüyü vaxt gəlin çiçəyi arxaya doğru atıb. Lakin buket gözlənilməz trayektoriya ilə uçaraq qonaqların başı üzərindən keçib və toy salonunun tavanındak

31 avqust
.

Daha çox yaşamaq üçün əti nə qədər vaxtdan bir yemək lazımdır? - Uzunömürlülük üzrə mütəxəssisdən maraqlı açıqlama

Uzunömürlülük üzrə mütəxəssis Den Byuttner daha uzun və sağlam ömür sürmək üçün ətin optimal istehlak tezliyini açıqlayıb. xəbər verir ki, "ABC" nəşri onun bu barədə fikirlərini dərc edib. Den Byuttner izah edib ki, uzunömürlü insanların qidalanmasında ət əsas yer tutmur. Onlar adətən əti əsa

28 avqust
.

İlbər Ortaylının qızı atasının son günlərindən danışdı: "Mənim üçün gözəl bir vida şansı oldu"

Martın 13-də çoxsaylı orqan çatışmazlığı səbəbilə vəfat edən tanınmış tarixçi Prof. Dr. İlber Ortaylının qızı Tuna Ortaylı atasının xəstəxanadakı son günləri ilə bağlı duyğusal açıqlamalar verib. xarici mediaya istinadla xəbər verir ki, Mirgün Cabasın YouTube kanalına qonaq olan Tuna Ortaylı atasını

31 avqust
.

Toylarının bitməsinə az qalmış aldıqları xəbərlə sevincdən dəliyə döndülər - VİDEO

Həyatlarının ən xoş günlərindən birini yaşayan gəlin və bəy toylarının başa çatmasına az bir müddət qalmış aldıqları xəbərlə böyük sevinc yaşayıblar. xarici mediaya istinadla xəbər verir ki, "Fənərbaxça"nın UEFA Çempionlar Liqasına vəsiqə qazandığını öyrənən gəlin və bəy bu xəbəri toyda iştira

28 avqust