Bakı sakinlərinə XƏBƏRDARLIQ: Yenidən maska taxmaq lazımdır – QƏRİBƏ SƏBƏB
Bakıda və Abşeron yarımadasında, eləcə də cənub və Aran bölgələrində tozlu, isti hava şəraiti müşahidə olunur. Mütəxəssislər bildirir ki, bu cür hava insan sağlamlığına mənfi təsir göstərir. Xüsusən astma, allergiya və digər tənəffüs problemləri olan şəxslər üçün vəziyyət daha da çətinləşir.
Belə hallarda hansı praktik üsullardan istifadə etmək mümkündür? İnsanlar həm isti, həm də tozlu hava şəraitində əsasən nələrə diqqət etməlidir?
Globalinfo.az-a danışan "Biosfer" İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib ki, yay aylarında Bakı və Abşeron yarımadası tez-tez tozlu havaya məruz qalır:
"Bu, Şərq küləkləri ilə Orta Asiya və Türkmənistan səhralarından gələn tozlu hava kütlələrinin ölkəmizə daxil olması nəticəsində baş verir. Cənub və Aran bölgələrində isə cənub-qərb küləkləri vasitəsilə yaxın Orta Şərqdən gələn hava kütlələri tozu gətirir. Bu hava şəraiti atmosfer sirkulyasiyasının təbii bir hissəsidir və zaman-zaman baş verir".
Ekoloq qeyd edib ki, insanların evdən çıxmamağa və qoruyucu vasitələrdən istifadə etməyə çalışması vacibdir:
"Xüsusən, bronxial problemləri olanlar qoruyucu maskalardan istifadə etməlidir. İsti havalar xüsusən Bakı və Abşeron yarımadasında, həmçinin Aran bölgəsində normaldır. Çünki Azərbaycan quru subtropik iqlim qurşağında yerləşir. Günəşin zərərli şüalarından qorunmaq üçün baş örtükləri və çətirlərdən istifadə edilməlidir.
Günəşin ən güclü olduğu saatlarda – 11:00-17:00 aralığında açıq havada olmamaq tövsiyə olunur. Bundan əlavə, hər kəs günəşdən qoruyucu kremdən istifadə etməlidir, xüsusən üz, qol və bədənin açıq sahələrinə tətbiq olunmalıdır. Bu, dərini ultrabənövşəyi şüaların zərərli təsirindən qorumağa kömək edəcək".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2004 Tarix: 10 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kərə yağını uzun müddət təzə saxlamağın yolları
Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ
11 oktyabrSüni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrUşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrAzərbaycanda ən gənc müəllimin neçə yaşı var?
2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib
4 oktyabrPaltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə
4 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrTurşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara
11 oktyabr