"Whatsapp"da MÖHTƏŞƏM YENİLİK - Nömrə olmadan...
WhatsApp-a yeni bir funksiyanın - qonaq çatlarının əlavə olunacağı məlum olub. Bu funksiya insanlara WhatsApp hesabı olmadan da platforma üzərindən istifadəçilərlə ünsiyyət qurmağa imkan verəcək.
Yeni funksiyanın izlərinə tətbiqin son beta versiyasında rast gəlinib.
Necə işləyir?
Yeni dialoq yaradarkən "telefon nömrəsi olmadan" seçimini etmək kifayətdir. Sistem bu zaman unikal bir keçid (link) yaradacaq. Həmin linki istənilən messencer, e-poçt və ya sosial şəbəkə vasitəsilə göndərmək olar. Lakin söhbət tərəflərindən ən azı birinin cihazında WhatsApp quraşdırılmış olmalıdır.
Məhdudiyyətlər:
Yeni funksiya rahat olsa da, bir sıra məhdudiyyətlərə malikdir:
Foto, video, GIF, səsli mesaj göndərmək və zəng etmək mümkün deyil.
Yalnız bir-birinə mesaj yazmaq mümkündür - qrup çatları dəstəklənmir.
Bununla belə, bütün mesajlar ucdan-uca şifrələnmə ilə qorunur.
Əgər qonaq istifadəçi daha sonra WhatsApp-da qeydiyyatdan keçmək qərarına gəlsə, bütün yazışma tarixçəsi qorunacaq və adi rejimdə söhbətə davam etmək mümkün olacaq.
Funksiya nə zaman rəsmi olaraq istifadəyə veriləcək?
Hazırda bu barədə dəqiq tarix yoxdur. Lakin artıq tətbiqin kodunda bu funksiyanın mövcudluğu aşkarlanıb, bu da onun yaxın yeniləmələrdə istifadəyə veriləcəyini göstərir.(Lent.az)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2503 Tarix: 10 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkim yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətini açıqladı
Tanınmış rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətlərindən birini açıqlayıb. xəbər verir ki, mütəxəssis bu barədə "Rossiya 1" telekanalında danışıb. Həkim vurğulayıb ki, yaşlı qadınlar dəmir çatışmazlığı anemiyasına diqqət yetirməlidirlər
30 avqustMəşhur restoran şəbəkəsindən aldığı hamburgerdən görün nə çıxdı
İstanbulun Ataşehir rayonunda yerləşən AVM-lərdən birində fəaliyyət göstərən dünyaca məşhur restoran şəbəkəsindən hamburger sifariş edən müştəri yeməyini yoxlayarkən gözlənilməz mənzərə ilə qarşılaşıb. Müştərinin iddiasına görə, hamburgerin içərisindəki kahı yarpaqlarının arasında sümüklü böcəyə bənzəyə
31 avqustAğ çörəyə ispanaq əlavə edildi - orqanizmin reaksiyası dəyişdi
Alimlər adi ağ çörəyi daha qidalı etmək üçün onun tərkibinə ispanaq əlavə etməyin mümkün təsirlərini araşdırıblar. xəbər verir ki, tədqiqatda ispanaqla zənginləşdirilmiş çörəyin istehlakından sonra orqanizmin qlükoza və insulin reaksiyası müşahidə edilib. Araşdırmanın nəticələri bu yanaşmanın çörəyi
30 avqust"Qəhvə yuxusu" nədir və hansı faydaları var? - Həkimdən İZAH
Neyrofizioloq Eduard Estivill adi gündüz yuxusu əvəzinə "qəhvə yuxusu"nu sınaqdan keçirməyi məsləhət görüb. xəbər verir ki, o, "Hola" nəşrinə müsahibəsində "qəhvə yuxusu"nun faydalarından danışıb. Eduard Estivillin sözlərinə görə, "qəhvə yuxusu" yatmazdan dərha
27 avqustAlkoqolun yuxuya təsiri ilə bağlı həqiqət: Həkimdən mühüm xəbərdarlıq
"Alkoqolun yuxuya getməyə kömək etməsi ilə bağlı deyilənlər əsassız deyil. Doğrudan da, spirtli içki təşvişi azaltdığı və əzələləri rahatlaşdırdığı üçün yuxuya getməyi asanlaşdıra bilər. Lakin bu zaman yuxunun ümumi strukturu pozulur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-psixiatr və narkolo
28 avqust40 il əvvələdək dünyadan xəbərləri yox idi - Zamanı da tanımırlar...
Braziliyanın Amazon bölgəsində yaşayan Amondava xalqı zaman anlayışına yanaşması ilə alimlərin diqqətini çəkir. "Qafqazinfo" xəbər verir ki, Amondava xalqı Uru-Eu-Vau-Vau icmasının bir hissəsidir və Braziliyanın şimal-qərbində, Amazon bölgəsində yaşayır. Onların xarici dünya ilə ilk təmas
27 avqustPaltaryuyana yuyucu tozla birlikdə əlavə edin: Nəticəni görənlər TƏƏCCÜBLƏNİR
Paltar yuyarkən yalnız yuyucu toz istifadə edənlərin diqqətini çəkəcək bir üsul gündəmə gəlib. Sirkən xüsusilə corab və alt paltarlarında yuyucu vasitənin təmizləyici təsirini artırır. Tərkibindəki sirkə turşusu sayəsində ağ sirkə parça üzərində yaranan pis qoxuların neytrallaşdırılmasına kömək edir
30 avqust