İnsanlar istidən axmaq olurlar: belə havanın beyinə necə təsir etdiyi AÇIQLANDI

İnsanlar istidən axmaq olurlar: belə havanın beyinə necə təsir etdiyi AÇIQLANDIİsti hava hətta ölümlə nəticələnə biləcək bir çox xəstəliyə səbəb ola bilər.

İqlim dəyişikliyi isti dövrlərin artmasına səbəb olduğundan, elm adamları həddindən artıq istinin insan beyninin işinə necə təsir etdiyini araşdırmağa qərar veriblər.

Hazırda təxminən 15.000 uşaqdan birində epilepsiya formasını ehtiva edən nevroloji xəstəlik olan Dravet sindromu var.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu cür hücumlar çox vaxt autizm, nitq çətinliyi, qidalanma problemləri və s. ilə müşayiət olunur.

London Universitet Kollecindən nevroloq Sancay Sisodiya, Dravet sindromunun istinin ağırlaşa biləcəyi bir çox nevroloji vəziyyətdən yalnız biri olduğunu söyləyib.

Həmçinin, artan temperatur və rütubətin təsiri altında epilepsiya, insult, ensefalit, dağınıq skleroz, miqren və bir sıra digər xəstəliklər daha tez-tez qeydə alınır.

Bildirilir ki, çöldəki havanın temperaturu +26°C-dən yuxarı olarsa, insanların konsentrasiyası azalır, yaddaşları pisləşir, sadə məsələləri həll etməkdə çətinlik çəkirlər.

Qeyd edilir ki, orta hesabla insan beyninin temperaturu nadir hallarda bədənin temperaturunu 1 °C-dən çox üstələyir. Bununla belə, insan düşünəndə, nəyisə xatırlayanda və ya ətraf aləmə reaksiya verəndə beyin əhəmiyyətli miqdarda öz istiliyini istehsal edir.

Bu səbəbdən bədənimiz beyni soyutmaq üçün daha çox çalışmalıdır. Qeyd olunur ki, həddindən artıq istilər bütün insanlarda beyin funksiyasını dəyişsə də, ən çox nevroloji xəstəlikləri olan insanlar əziyyət çəkir.

Həmçinin gecələr yüksək hərarət insanların normal yatmasına mane olur ki, bu da onların əhvalını pisləşdirir, həm də müəyyən xəstəliklərin əlamətlərini artırır. Məhz buna görədir ki, insanlar yayda tez-tez zəngli saatdan əvvəl oyanır, əsəbiləşir və yorğun olurlar.

"Epilepsiya xəstəsi olan bir çox insan üçün zəif yuxu spazm riskini artıra bilər". – Sisodiya vurğulayır.

Məlumatlar həmçinin göstərir ki, isti günlər demensiyalı insanlar arasında xəstəxanaya yerləşdirmə və ölüm hallarını artırır, çünki qismən yaşlı insanlar bədən istiliyini daha az tənzimləyə bilirlər.

Qeyd olunur ki, bir araşdırmada elm adamları 25 ölkədə insultdan ölüm məlumatlarını təhlil edib və müəyyən ediblər ki, işemik insultdan ölən 1000 nəfərdən əlavə iki ölüm hadisəsi ən isti günlərdə baş verib.

Böyük Britaniyadakı London İmperial Kollecində qlobal qadın sağlamlığı professoru Ceyn Herst deyir: "Həddindən artıq istilik və vaxtından əvvəl doğuş kimi mənfi hamiləlik nəticələri arasında əlaqə var".

Göstərildiyi kimi, istilərin fonunda insanlar daha aqressivləşirlər. Anormal istilər zamanı küçədə məişət zorakılığı hallarının sayı 5 faiz artır.

Ona görə də isti havalarda çoxlu su içməli və bədəninizin sərin olmasına diqqət etməlisiniz, əks halda beyniniz artıq yükün öhdəsindən gələ bilməz. Maraqlıdır ki, 2023-cü ilin iyunu qeydə alınmış tarixdə ən isti ay olub və bu, hələ başlanğıcdır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 689   Tarix: 10 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kərə yağını uzun müddət təzə saxlamağın yolları

Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ

11 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr
.

Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb

Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund

3 oktyabr
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr