Bu kənddə qız doğulan uşaqlar sonradan oğlan olur
Karib ölkəsi Dominikan Respublikasının ucqar Salinas kəndində nadir genetik fenomen "guevedoce" hələ də tibb aləmində maraq doğurur.
Sonxeber.az xəbər verir ki, Salinas kəndində bəzi uşaqlar doğulanda qız kimi görünür, lakin yeniyetməlik yaşına çatdıqda cinsi orqanları kişi cinsiyyətinə çevrilir. Bu vəziyyət 5-alfa reduktaza fermentinin çatışmazlığı ilə bağlıdır və tibb dünyasında "guevedoce" sindromu kimi tanınır.
Həkimlər bildirirlər ki, bu ferment testosteronun dihidrotestosterona çevrilməsində mühüm rol oynayır. Yetkinlik yaşına çatanda hormonların təsiri ilə uşaqların cinsi orqanları kişi cinsiyyətinə uyğun inkişaf edir.
Bu ilk dəfə 1970-ci illərdə Kornell Universitetinin endokrinoloqu Dr. Julianne Imperato-McGinley tərəfindən araşdırılıb və o vaxtdan bəri beynəlxalq tibb ictimaiyyəti tərəfindən diqqətlə izlənir.
Salinas kəndində bu vəziyyət nəsildən-nəslə keçir və yerli əhali bunu normal hal kimi qəbul edir. Sindromun baş verdiyi uşaqlar cəmiyyət tərəfindən kişi kimi böyüdülür. Yerli dildə bu uşaqlar "guevedoce" və ya "machihembras" adlandırılır.
Həkimlər və tədqiqatçılar bildirirlər ki, bu fenomen həm genetik, həm də sosial baxımdan unikal hadisədir və dünyanın diqqətini çəkir.(Milli.Az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1864 Tarix: 15 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ata oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı
Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə
20 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrKXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib
20 sentyabrQrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl
20 sentyabrAvropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir
Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar
21 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabr